Məhkəmə qərarları › İş №2-1(118)-2463/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2463/2024

29.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2463/2024 29.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı Sumqayıt şəhəri, Yaşıldərə massivi, 2-ci məhəllədə yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhəri Regional Enerji Təchizatı və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Yaşıldərə massivi, 2-ci məhəllədə yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəlidir, iki övladı var. Ailəsi böyük olduğundan və bir neçə ailənin bir yerdə yaşaması mümkünsüz olduğundan 2015-ci ildə Sumqayıt şəhəri, Yaşıldərə massivi, 2-ci məhəllədə 2 sot torpaq sahəsi alaraq orada fərdi yaşayış evi tikdirmişdir. Maddi cəhətdən çətinlik çəkdiyindən və imkansızlıq səbəbindən fərdi yaşayış evinin tikintisini 2022-ci ildə başa çatdırmışdır. 2022-ci ilin may ayında tikdirdiyi fərdi yaşayış evinə ailəvi köçərək, həmin evə su və qaz çəkdirmişdir. Lakin yaşadıqları fərdi yaşayış evinə 2022-ci ildən elektrik xətti çəkdirə bilmişdir. 2023-cü ilin avqust ayının 12-də "xxxx" ASC-nin İdarə Heyyətinin sədri cənab Vüqar Əhmədova ərizə ilə müraciət edərək enerji təchizatı şəbəkəsinə qoşulmağına icazə verilməsini xahiş etmişdir. Lakin cavabdehin Müştəri Xidmətləri İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məkrubu ilə bildirilmişdir ki, araşdırmaq məqsədilə Sumqayıt Regonal Enerji Təchizatı və Satış İdarəsinin əməkdaşları tərəfindən ünvana baxış keçirilmiş və həmin ünvanda yaşayış olmadığı müəyyən edilmiş, həmçinin mobil nömrəsinə zəng çatmadığı üçün məsələ ilə bağlı araşdırılması üçün yenidən ərizə ilə müraciət etməyi tövsiyə edilmişdir. 14 oktyabr 2023-cü ildə təkrar müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2023-cüil tarixdə qüvvəyə minmiş “Elektro energetika haqqında Qanuna” edilmiş dəyişikliklərlə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin tikinti işlərinin başlanmasına həmin məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa etmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağan edilmişdir. İddiaçı cavabdehin elektrik şəbəkəsinə qoşulmaq üçün etdiyi imtina ilə razı deyil. Belə ki, evi 2022-ci ildə, yəni qanuna dəyişiklik edildikdən bir il əvvəl mübahisəli evi tikib başa çardırmışdır. Həmin evdə yaşayır, uşaqları məktəbə gedir, işıq olmadığına görə uşaqlarının oxuması müşkül məsələyə çevrilmişdir, dünyadan təcrid vəziyyətində yaşayırlar. Onu da qeyd edir ki, iddiaçı ilə eyni vaxtda fərdi yaşayış evləri tikdirən bütün qonşular elektrik şəbəkəsinə qoşulublar, bir ildən çoxdur ki, müxtəlif bəhanələrlə ona əsassız imtinalar verilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinini dəlillərinə uyğun izahat verdi və iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izah etdi ki, Sumqayıt şəhəri, Yaşıldərə massivi, 2-ci məhəllədə yerləşən fərdi yaşayış sahəsi, 110 KV-luq hava elektrik verliş xəttin mühafizə zonasında yerləşir. Həmin xəttin mühafizə zonası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 İyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları’' ilə tənzimlənir. Həmin qaydaların 6-cı maddəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmçinin həmin Qaydaların 12-ci maddəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi qadağandır. Bu səbəbdən də yuxarda qeyd edilən fərdi yaşayış evinin enerji təchizatçı şəbəkəsinə qoşulması mümükün deyil. İdidaçının 14 oktyabr 2023-cü il tarixli təkrar müraciəti "xxxx" ASC-yə daxil olmuş və baxılmışdır. İddaçınm müraciətinə baxılaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində qüvvəyə minmiş “Elektro energetika haqqında Qanuna” edilmiş dəyişikliklərlə, AzərbaycanRespublikasının Şəhərsalma və tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin tikinti işlərinin başlanmasına həmin məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağan edilmişdir. İş materiallarında olan: -Sumqayıt şəhər bələdiyyəsi Yeni yaşayış massivi 1-3-5-ci məhəllələr üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 949 saylı arayışdan görünür ki, İddiaçı, X3 və X5 2022-ci ilin iyul ayından Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 1 ünvanında yaşayır. -"xxxx" ASC-nin İddiaçı ünvalanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, sözügedən yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz edilməsi üçün "xxxx" ASC-nin elektron xidmətlər portalı və “ASAN Kommunal" mərkəzləri vasitəsi ilə müraciəti qeydə alınmamışdır. Bununla yanaşı ərizənizdə qeyd etdiyiniz mobil nömrə vasitəsi ilə əlaqə saxlanılmış və tərəfinizdən qaydalara uyğun formada müraciət olunmadığı bildirilmişdir. "xxxx" ASC tərəfindən tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, xx.xx.2023-cü il tarixində qüvvəyə minmiş “Elektroenergetika haqqında Qanun”a edilmiş əlavə dəyişikliklərlə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin icazə alınmadan inşa edilmiş və tikilməkdə olan habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin haşlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağan edilmişdir. Qeyd olunanları nəzərə a|araq diqqətinizə çatdırırıq ki, yaşayış və qeyri-yaşayış sahələrinin elektrik enerjisi ilə təchizatı, yeni qüvvəyə minmiş Qanunun tələblərinə əsasən, mülkivvəti təsdiq edən sənədi və tikintisinə icazə verilmiş tikinti obyektinin (yaşayış və qeyri-yaşayış) müvafiq sənədini daxil etməklə "Azərişıq” ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “ASAN Kommunal", regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə həyata keçirilə bilər. Hər iki üsul vasitəsi ilə müraciət etmiş vətəndaşların təqdim etdiyi sənədlərin qaydaların tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra, tikinti obyektinin enerji təchizatı müəyyən olunmuş müddət ərzində Səhmdar Cəmiyyət tərəfindən təmin edilir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: -1.6-cı bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, istehlakçının yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerjitəchizatı sxeminin dəyişdirilməsi bu Qaydalara uyğun olaraq, elektrik qurğularının şəbəkəyə qoşulmasına dair verilən texniki şərtlərə və Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (bundan sonra - Enerji Məsələlərini Tənzimləmə Agentliyi) istismara buraxılış aktına əsasən həyata keçirilir. - 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. - 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. - 7.3-cü bəndinə əsasən hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir. -7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»nın: -1.1-ci bəndinə əsasən bu Qayda “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir. -1.2.1-ci bəndinə əsasən texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihə sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. - 1.2.3-cü bəndinə əsasən sifarişçi – ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən məişət abonentidir. -1.2.4-cü bəndinə əsasən məişət abonenti – yaşayış evlərində, həmçinin qarajlarda məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə etməsi nəzərdə tutulan istehlakçıdır. - 1.2.6-cı bəndinə əsasən mövcud 0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir. - 2.3-cü bəndinə əsasən “İzibati icraat haqqıda” Azəbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq, ETM-in nümayəndəsi sifarişcinin məkələ vasitəilə şəxsə təqdim etdiyi və ya elektron formada gödədiyi ərizəni və ona əlavə olunmuş sənədlərini qəbul etməli və qeydiyyata almalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının istifadəsində olan Sumqayıt şəhəri, Yaşıldərə massivi 2-ci məhəllədə yerləşən fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulmasına nail olmaqdan ibarətdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, onunla “Azəriqaz” İstehsalat Birliyi və "xxxx" ASC arasında müqavilələr bağlanmış, həmçinin, mübahisələndirilən ünvanda yerləşən fərdi yaşayış evinə qaz və su sayğacları quraşdırılmışdır. Bununla da göstərilən fərdi yaşayış evinin iddiaçının istifadəsində olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı istifadəsində olan həmin fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Yuxarıda qeyd edilən normativ hüquqi aktların normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, sifarişçinin enerji təchizatı şəbəkəsinə qoşulması enerji təchizatı müəssisəsi tərəfindən verilmiş texniki şərtlər əsasında həyata keçirilir və qanunvericilikdə hər bir sifarişçinin enerji təchizatı şəbəkəsinə qoşulma hüququ təsbit edilmişdir. Cavabdeh ilkin imtinasının dəlili kimi sözügedən fərdi yaşayış evinin elektrik verilişi xəttinin mühafizə zolağında yerləşməsini, daha sonra isə xx.xx.2023-cü il tarxdə qüvvəyə minmiş “Elektro energetika haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tikintisinə icazə tələb olunan, lakin Şəhərsalma və Tkinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatışəbəkəsinə qoşulmasının qadağan olmasına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, "Gərginliyi 1000 Voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nda mühafiə zonalarında yerləşən tikinti obyektlərinin ETŞ-ə qoşulmasına məhdudiyyətlər nəzərdə tutulmamışdır. Bundan başqa iddiaçının cavabdehə ilkin müraciətinin hələ 2022-ci ilə təsadüf etməsi sözügedən fərdi yaşayış evinin ən geci 2022-ci ildə inşa edildiyinə dəlalət edir. Belə olan halda cavabdehin xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş “Elektro energetika haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına istinadən iddiaçıya imtina cavab verməsi əsassız hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Göstərilən Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, qanunvericilikdə iddiaçının inşa etdiyi fərdi yaşayış evinin elektrik enerjisi şəbəkəsinə qoşulmasını istisna edən birbaşa qadağanedici normanın olmaması və ayrı-seçkiliyə yol verilməməsi prisnipi əsas götürülərək iddia tələbi təmin edilməli və İddiaçı Sumqayıt şəhəri, Yaşıldərə massivi, 2-ci məhəllədə yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Yaşıldərə massivi, 2-ci məhəllədə yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar