Məhkəmə qərarları › İş №2-1(118)-2465/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2465/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2465/2022 11.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş 902,10 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia qaldıraraq “artıq ödənilmiş 902,10 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X1 Mərkəzi Filial tərəfindən xx.xx.2006-cı tarixindən yaşa görə əmək pensiyası təyin edilərək xx.xx.2021-ci il tarixinədək ödənilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İskəndər Bəyəliyev 5 iyun 2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məlum verilmədiyi üçün onun müvafiq kart hesabına 2020-ci ilin iyun (vəfat etdiyi gündən ayın sonunc gününədək) ayından etibarən 30 sentyabr 2021 -ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. X5 məxsus kart hesabına köçürülmüş 1368,97 manat artıq pul vəsaiti bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. Bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38- ( maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsin və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Tərəflərindən ünvan 1 ünvanında yaşayan mərhum İskəndər Bəyəliyevin həyat yoldaşı Cavabdeh yaranmış 1368,97 manat borcun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2022-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin tələblərini nəzərə alaraq, 1 yanvar 2021-ci il tarixinədək vəfat etmiş şəxslərə artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi zamanı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinin həmin tarixdən sonrakı redaksiyasının tətbiq olunması nəticəsində Cavabdeh mərhum həyat yoldaşının ölümü haqqında məlumatın, həmçinin ölüm haqqında şəhadətnamənin vaxtında Mərkəzi Filiala təqdim edilməməsi səbəbindən 2020-ci ilin iyul ayından etibarən 30 sentyabr 2021 ci il tarixinədək əmək pensiyasının mərhuma məxsus kart hesabına tam məbləğdə köçürülməsi və müvafiq kart hesabından pul vəsaitinin götürülməsi səbəbindən ona münasibətdə 902,10 (doqquz yüz iki manat on qəpik) manat artıq ödənilmiş pul vəsaiti hesablanmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İşin hallarından görünür ki, X1 Mərkəzi Filial tərəfindən xx.xx.2006-cı tarixindən yaşa görə əmək pensiyası təyin edilərək xx.xx.2021-ci il tarixinədək ödənilmişdir. İskəndər Bəyəliyev 5 iyun 2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məlum verilmədiyi üçün onun müvafiq kart hesabına 2020-ci ilin iyun (vəfat etdiyi gündən ayın sonuncu gününədək) ayından etibarən 30 sentyabr 2021 -ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. X5 məxsus kart hesabına köçürülmüş 1368,97 manat artıq pul vəsaiti bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. İddiaçı hazırda artıq ödənilmiş 902,10 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsini istəyir. Məhkəmə qeyd edir ki, iddiaçı inzibati orqan artıq ödənilmiş məbləği tələb etməkdə haqlı olsada, düzgün olmayan hüquq müdafiə vasitəsi seçmişdir. Beləki inzibati orqanla mərhum pensiyaçı arasında olan hüquq münasibətləri inzibati hüquq münasibətləri olsada, inzibati orqanla hazırkı cavabdeh arasında olan hüquq münasibətləri inzibati yox, mülki hüquq münasibətləridir. Ona görədə məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi əsassız varlanma ilə bağlı normalar tətbiq edilməklə mülki məhkəmə icraatı qaydasında baxıla bilər və hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydada müvafiq hüquq müdafiə vasitələrindən istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar