Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2465/2023 08.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X4 və üçüncü şəxs Məmmədov Rasim Məcid oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 18-ci mikrorayon, 45 saylı evdə yerləşən 36 saylı mənzil üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X11 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 18-ci mikrorayon, 45 saylı evdə yerləşən 36 saylı mənzil üzərində mülkiyyət hüququnun Məmmədov Rasim Məcid oğlunun adına dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 45, mənzil 36 üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X11 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Məmmədov Rasim Məcid oğlu adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 45 saylı evdə yerləşən 36 saylı mənzil iddiaçının çərhum yoldaşı X11 ayrılmışdır. Belə ki, həmin mənzil X14, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 53 saylı evdə yerləşən 79 saylı mənzil X6 məxsus olmuşdur. Mənzillərin dəyişdirilməsi qaydasında N.Pirimov və N.X1 ayrılmış Sumqayıt şəhəri, 4-cü mikrorayon, 3/66 saylı evdə yerləşən 27 saylı mənzilinə, əvəzində Məmmədov Rasim Məcid oğlu N.Pirimovaya ayrılmış Sumqayıt şəhəri, 9-cu mikrorayon, 53 saylı evdə yerləşən 1 otaqlı 79 saylı mənzilə, X15 isə N.Pirimova ayrılmış Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 45, 1 otaqlı, 36 saylı mənzilə keçmişlər. Həmin vaxtdan sözügedən mənzil N.Məcidovun və ailə üzvlərinin istifadəsində olmuşdur. Rasim Məmmədov həmin mənzildə yaşamamışdır. Hazırda iddiaçı məznili özəlləşdirmək məqsədi ilə cavabdeh idarəyə müraciət etdilkə ona imtina cavabı verilmişdir ki, arxiv sənədində həmin mənzilin Rasim Məmmədova ayrılması qeyd olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, müraciətə əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən uyğunsuzluqlar aşkar olunmuşdur. Belə ki, təqdim olunan Sumqayıt şəhər XDS icraiyyə Komitəsinin tərəfindən verilmiş 21 noyabr 1990-cı il tarixli orderdə hüquq sahibinin adı X15 göstərilsə də, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli 384 nömrəli arxiv çıxarışında hüquq sahibi olaraq Məmmədov Rasim Məcid oğlu qeyd edilmişdir.Bundan əlavə təqdim edilən Sumqayıt Şəhər İcra Hakimiyyətinin 133 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda Məmmədov Rasim Məcid oğlu adına verilmiş orderə münasibət bildirilmişdir. Üçüncü şəxs qismində cəlb edilmiş Məmmədov Rasim Məcid oğlu iddianı qəbul edərək izah etdi ki, mənzildəyişməsi nəticəsində ona ayrılmış 3 otaqlı mənzil X10 və X14 verilmiş, onlara ayrılmış iki ayrı-ayrı bir otaqlı mənzillər isə ona və X2 ayrılmışdır. X2 18-ci mikrorayon, 45 saylı evdə yerləşən 36 saylı mənzil ayrılmışdır ki, o, vəfat edənə kimi ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamışdır. Onun qardaşının mənzilinə heç bir aidiyyəti və iddiası yoxdur. İş materiallarında olan : -Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 384 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Sumqayıt şəhər XDS İK-nın xx.xx.1990-cı il tarixli 38 saylı qərarı ilə Mənzil bölüşdürmə, mənzil dəyişdirmə və mənzil tikinti kooperativi üzrə mənzil bölüşdürməsi komissiyasının xx.xx.1990-cı il tarixli, 16 nömrəli Protokoluna əsasən Pirimova Nadejda X3 ilə birlikdə Məmmədov Rasim Məcid oğluna məxsus olmuş Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 3/66, mənzil 27-ə, Məmmədov Rasim Məcid oğlu Sumqayıt şəhəri, 9-cu mijkr-n, 53 saylı evdə yerləşən 79 saylı mənzilə, qardaşı X16 isə vaxtilə N.Pirimova ayrılmış 18-ci mikrorayon, 45 saylı evdə yerləşən 36 saylı mənzilə köçmüşlər (dəyişmə əsasında). -DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X20 və Məmmədova Günel Nazim qızı ünvan 2 ünvanında qeydiyyatdadırlar. -DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Məmmədov Həmid Rasim oğlu ünvan 3 ünvanında qeydiyyatdadır. - 19 saylı MKS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı,X20 və Məmmədova Günel Nazim qızı ünvan 4 ünvanında qeydiyyatdadırlar. Mənzil sahibi X15 1991-ci ildən qeydiyyatda olmuş, 2021-ci ildə vəfat etmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sorğu ilə əlaqədar arxiv araşdırması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 53, mənzil 79-da yaşayan X10 özü və 2 uşağı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 45, mənzil 36-da yaşayan əri X21 ilə 4-cü mikrorayon, ev 3/66, mənzil 27-də yerləşən Məmmədov Rasim Məcid oğlu və X2 aid 3 otaqlı mənzildə birləşmişlər. Bu zaman 9-cu mikrorayon, ev 53, mənzil 79-a Məmmədov Rasim Məcid oğlu, qardaşı X15 isə 18-ci mikrorayon, ev 45, mənzil 36-ya köçməli idilər, lakin təqdim edilmiş sənədlərdən (yaşayış yeri üzrə Forma-2 arayışları) göründüyü kimi naməlum səbəblərdən qardaşlar sənədlərdə göstərilən ünvanlara deyil, biri digərinə aid olan mənzillərə qeydiyyata düşmüş və 30 ildən artıq müddətdə həmin mənzillərdə yaşamışlar. Belə ki, 1/2021 və 1/2176 saylı xx.xx.1990-cr il tarixli orderlər onlara təqdim edildikdən sonra onların qeydiyyata düşməklə əlaqədar hər hansı dövlət qurumuna müraciətləri zaman Rasim və Nazim Məmmədov qardaşlarının iki ayrı-ayrı bir otaqlı mənzillərə verilmiş orderlərə uyğun olaraq deyil, əksinə sənədləşməsinə yolverildiyi məlum olmuşdur. Beləliklə, müvafiq qurumların buraxdığı texniki səhv nəticəsində Məmmədov qardaşları sənədlərə uyğun olmayan ünvanlara qeydiyyata düşmüşlər. - Sumqayıt XDS İK–nin xx.xx.1990-cı il tarixli 1/2021 saylı orderindən görünür ki, mənzildəyişməsi nəticəsində Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 3/66, mənzil 27 X14, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 45, mənzil 36 isə X12 ayrılmışdır. - Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindın verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər XDS İK-nın xx.xx.1990-cı il tarixli 38 nömrəli protokolunun 10.582 saylı qərarından çıxarışı məhkəməyə göndərilmişdir. - ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göstərilən Qanunun 4-cü maddəsinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin imtina üçün yeganə dəlili arxiv çıxarışında mənzilin hüquqi sahibi kimi Məmmədov Rasim Məcid oğlunun göstərilməsindən ibarətdir. Bununla bağı məhkəmə qeyd edir ki, əslində arxiv çıxarışında yanlışlığa yol verilməmişdir və açıq-aydın şəkildə X5 Sumqayıt şəhəri, 9-cu mikrorayon, 53 saylı evdə yerləşən 79 sayı mənzilin Məmədov Rasim Məcid oğluna, X13 Sumqayıt şəhəri, 18-ci mikrorayon, 45 saylı evdə yerləşən 36 saylı mənzilin isə R.Məmmədovun qardaşına keçdiyi göstərilmişdir. Sadəxə həmin arxiv çıxarışında R.Məmmədovun qardaşının X15 olması göstərilməmişdir. Lakin həmin qərardan bir neçə gün sonra, yəni 21.11.190-cı il tarixdə verilmiş orderin X8 adına verilməsi həmin qərarda onun nəzərdə tutulduğunu təsdiq edir. Məhkəmə hesab edr ki, göstərilən hallar və N.Məmmədovun ailə üzvlərinin (iddiaçının və uşaqlarının) həmin mənzildə qeydiyyatda olmaqla orada yaşamaları mübahisə obyekti olan mənzilin məhz X11 ayrıldığına dəlalət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə qeyd edir ki, İddiaçı mərhum əri X8 qanun üzrə vərəsəsidir. Yuxarıda qeyd olunan hüquq normasının tələbinə görə iddiaçıya hüququn ölmüş şəxsə məxsus olması haqqında cavabdeh tərəfindən arayış verilməlidir. Məhkəmə qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin etirazının dəlilləri əsassız hesab edilərək iddia təmin olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 45 saylı evdə yerləşən 36 saylı mənzil üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 18-ci mikrorayon, 45 saylı evdə yerləşən 36 saylı mənzil üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2465/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2465/2023
08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver