Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2465/2025 22.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar X7, X8, X1 Bəylər Bəylər oğlu və İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçılar X7, X8, X12 və X4, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 05 dekabr tarixli, 15 saylı qərarı ilə ünvan 1i ünvanında fərdi yaşayış evi tikintisi üçün mülkiyyətimizə verilmiş 0,16 ha torpaq sahəsi üzərində yeni nümunəli çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 5 dekabr tarixli, 15 saylı qərarı ilə ünvan 1i ərazisində fərdi yaşayış evi tikintisi üçün mülkiyyətlərinə verilmiş 0,16 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı atası X9 Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə ünvan 1i ərazisində fərdi yaşayış evi tikintisi üçün 0,16 ha torpaq sahəsi ayrılmışdır. İddiaçının atası xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Atası vəfat etdikən sonra iddiaçı ünvan 1i ərazisində fərdi yaşayış evi tikintisi üçün 0,16 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş, lakin həmin orqan tərəfindən sözügedən daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edici sənədlərin olmaması səbəbindən ərizənin icrasından imtina edilmişdir. İddiaçı müvafiq torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etsə də, ərizəsinin icrasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması xahiş etmişdir. Məhkəmənin 09 aprel 2025-ci il tarixli qərardadı ilə İddiaçı ilə birgə X7, X8, X12 və X4 da birgə iddiaçılar qismində cəlb edilmişdirlər.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 09 aprel 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq iddiaçı məhkəməyə təqdim etdiyi ərizə ilə iddia tələbinə dəqiqləşmə edərək Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 05 dekabr tarixli, 15 saylı qərarı ilə ünvan 1i ünvanında fərdi yaşayış evi tikintisi üçün mülkiyyətlərinə verilmiş 0,16 ha torpaq sahəsi üzərində yeni nümunəli çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür. Cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, habelə məhkəməyə iddia tələbinə dair yazılı münasibəti ifadə edən sənəd təqdim etməmişdir. Bununla belə, İddiaçı cavabdeh orqana ilkin ərizə ilə müraciətinin icrasından edilmiş imtina belə əsaslandırılmışdır ki, iddiaçının ilkin ərizə ilə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müraciət etdiyi fərdi yaşayış evi JN-014 A nömrəli KOD 30211078 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən torpaq sahəsindən 275 metr aralı başqa məsafədə yerləşməkdədir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İşdə olan “Ölüm haqqında Şəhadətnamə”lərdən də göründüyü üzrə iddiaçının atası X13 xx.xx.2019-cu il tarixdə, mərhum anası X3 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişlər. İşdə olan Azərbaycan Respublikası Xaçmaz rayon 1 saylı Notariat Ofisinin 28 fevral 2024-cü il tarixli 231 nömrəli məktubunda İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum atası İddiaçı qanuni vərəsəsi olduğu müəyyən edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək işə əlavə edilmiş 5 dekabr 1997-ci il tarixli iclasın 15 saylı protokolun qərar hissəsinin 4-cü bəndində Xaçmaz rayon Laman kəndi ərazisində topraq payı almaq hüququna malik olan şəxslərə torpaq sahəsinin ayrılması nəzərdə tutulduğu müəyyən edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçıların hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, torpaq sahəsi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 5 dekabr tarixli, 15 saylı qərarı qərarı əsasında iddiaçılara ayrılmışdır. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Xaçmaz rayonu olduğu üçün həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Xaçmaz rayon, Laman kəndi olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.1-ci maddə: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5.2006-cı il iyulun 6-dəkmüvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. 9.1-ci maddə: Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqındasənədinqəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Xaçmaz rayonu, Laman kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsi iddiaçıların istifadəsindədir. İddiaçılardan İddiaçı onların istifadəsində olan torpaq sahəsi üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və texniki pasport sənədinin hazırlanmasını cavabdeh orqandan tələb etmiş, lakin cavabdeh orqan tərəfindən iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müraciətindən fərdi yaşayış evinin JN-014 A nömrəli KOD 30211078 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən torpaq sahəsindən 275 metr aralı başqa məsafədə yerləşdiyi bildirilərək mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halları araşdıraraq hesab edir ki, Xaçmaz rayonu, Laman kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun verilməsindən imtina edilməsi halının əsassız olması səbəbindən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə sorğusu nəticəsində əldə edilmiş arxiv arayış ilə birgə təqdim edilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli iclasının 15 saylı protokolunda ünvan 1i ərazisində torpaq payı almaq hüququ olan şəxslərə torpaq sahəsinin ayrılması qərara alınmışdır. Əlavə olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Xaçmaz rayon Dövlət Arxivi tərəfindən yuxarıda qeyd olunan qərar üzrə torpaq payı almaq hüququ olan şəxslərin adlı siyahısı da məhkəmə təqdim edilmişdir ki, həmin siyahıda İddiaçı mərhum atası X6 və mərhum anası X2 adları da aşkar edilmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanladığı ərizənin icrasından imtina məktubunda qeyd olunmuş hala, yəni iddia edilən torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin JN-014 A nömrəli KOD 30211078 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən torpaq sahəsindən 275 metr aralıda yerləşməsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan İddiaçı mərhum atası X6 adına verilmiş 146 inventar nömrəli, avqust 1988-ci il tarixli fərdi yaşayış evinin texniki pasportundan da fərdi yaşayış evinin mərhum X6 istifadəsində olan Xaçmaz rayonu, Laman kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində olması müəyyən edilmişdir. Beləliklə, sözügedən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasına dair iddiaçı tərəfindən qanunvericiliyə uyğun hərəkət edilmişdir. Yəni, tələb olunan sənədlər iddiaçı tərəfindən cavabdeh orqana və məhkəməyə təqdim edilmişdir. Belə ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair Şəhadətnamənin verilməsinə əsas olmuş sənəd Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli qərarı mövcud olmuşdur. Qeyd olunur ki, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı halda iddiaçılara ayrılmış torpaq sahəsinin ayrılmasına dair Şəhadətnamənin və Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 5 dekabr 1997-ci il tarixli qərarının mövcud olması, sözügedən torpaq sahəsinin iddiaçının uzun müddət istifadəsində olması, torpaq sahəsi üzərində iddiaçılara aid fərdi yaşayış evinin olması, həmçinin müvafiq torpaq sahəsinə dair üçüncü şəxslərin maraqlarına toxunulmaması və mübahisənin mövcud olmaması halları iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas kimi çıxış etdiyindən, inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallar əsassız olmaqla iş materialları ilə təkzib edildiyindən iddia təmin edilməli, Xaçmaz rayonu, Laman kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və plan-ölçü sənədinin hazırlanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçılar X7, X8, X12 və X4, İddiaçı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 05 dekabr tarixli, 15 saylı qərarı ilə ünvan 1i ünvanında fərdi yaşayış evi tikintisi üçün mülkiyyətilərinə verilmiş 0,16 ha torpaq sahəsi üzərində yeni nümunəli çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi gündən) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi gündən) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev