Məhkəmə qərarları › İş №2-1(118)-2466/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2466/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2466/2024 05.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi qarşı “Azərbaycan Respublikası Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən RB308684936SG kodlu əsasında Çin Xalq Respublikasından poçt vasitəsi ilə onun adına göndərilmiş gömrük rəsmiləşdirilməsi üçün saxlanılmış bağlamanın ona qaytarılmasını, həmçinin həmin bağlamaya görə kommersiya məqsədli bəyannamənin ləğv olunması və bağlamanı götürdüyü günə qədər yazılan gömrük pullarının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. O, xx.xx.2023-cü il tarixdə AliExpress adlanan online satış xidmətindən istifadə etməklə özü üçün dəyəri 114.41 (196.21 azn) dollar olan 1 (bir) ədəd tibbi sahədə (stomotologiya) istifadə olan binokulyar lupa ilə təchiz olunmuş fənər və eynək sifariş etmiş, sifariş etdiyi malların növu: iki nöqtəli faralar 1 ədəd, böyüdücü 1 ədəd (2,5x və ya 3,5x), batareya doldurma dəsti 1 ədəd, 1 presbiyopik böyüdücü şüşə, 2 ədəd işiq filteri. Sözü gedən mallar Çin Xalq Respublikasına onun adına xx.xx.2023-cü il tarixli bağlama ilə göndərilmişdir.xx.xx.2023-cü il tarixdə Azerbaycan Gömrüyündə qeydiyyatdan keçmişdir.Lakin Gömrük Komitəsi gətrilmiş bağlamanin məqsədini əsassız və qanunsuz şəkildə olaraq kommersiya məqsədli olduğunu iddia etmiş və Gömrük qanunvcreciliyinə əsaslanaraq malların saxlanılmasına görə ilk gün 15 manat, sonraki günlər isə 2 manatdan gömrük rusumu heslablanmışdır. Bağlamanı gömrükdən təhvil almaq üçün bəyannamə yazaraq 141 manat rüsum ödəməli olduğumu ona oradan bildirdilər. İddiaçı 141 manat rüsumu ödəməkdən imtina etmiş, çünki sifariş verdiyi malı komersiya məqsədi ilə gətirmək, şəxsi istifadə üçün sifariş vermiş, lakin buna baxmayaraq gömrük onun adına gətirilmiş bağlamasını ona təhvil verməkdən imtina etmişdir.Bununla bağlı AR Dövlət Gömrük Komitəsi Poşt və X4 Postuna xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət eləmiş və müraciətində qeyd eləmiş ki cihazı heç bir əsas və səbəb göstərilmədən Gömrük əməkdaşı tərəfindən buraxılmasına icazə verilməmiş və ona 141 AZN rüsum ödəməli olduğunu bildirdimişlər. “Poçt və ekspres daşımalar” gömrük postunun rəisi onun ərizəsinə cavab olaraq bildirmiş ki, RB308684936SG izləmə kodlu qaimə əsasında beynəlxalq poçt göndərişləri vasitəsilə vətəndaşın adına daxil olan bağlama 1 (bir) ədəd tibbi sahədə (stomatologiya) istifadə olunan binokulyar lupa ilə təchiz olunmuş fənər və eynəkdən ibarətdir. Cavabdeh imtinası qanunsuz olduğundan, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, ötən məhkəmə prosesində iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım edilərək iddia tələbinə dəqiqləşdirmənin zəruri olması bildirilsə də, lakin iddiaçı iddia tələbinə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, “Poçt və ekspres daşımalar” gömrük postuna xx.xx.2023-cü il tarixində Sinqapur Respublikasından RB308684936SG izləmə kodlu qaimə əsasında beynəlxalq poçt göndərişləri vasitəsilə iddiaçının adına daxil olan 1 (bir) ədəd tibbi sahədə (stomatologiya) istifadə olunan binokulyar lupa ilə təchiz olunmuş fənər və eynəkdən ibarət bağlama daxil olmuş və həmin mal “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1.5-ci bəndinə əsasən sözügedən malın xassələri nəzərə alınmaqla təyinatının şəxsi istifadə və istehlak məqsədləri üçün nəzərdə tutulmadığı üçün gömrük rəsmiləşdirilməsi məqsədilə saxlanılmışdır. Sözügedən bağlama gömrük orqanı tərəfindən saxlanıldıqdan sonra iddiaçıya səlahiyyətli operator tərəfindən aidiyyəti xəbərdarlıq mesajı göndərilmiş, iddiaçı “Poçt və ekspres daşımalar” gömrük postuna yaxınlaşmış və ona saxlanılan mal barəsində zəruri məlumatlar verilərək gömrük qanunvericiliyinin tələbləri izah olunmuşdur. Eyni zamanda, qeyd edilən yükə dair gömrük rəsmiləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na əsasən gömrük bəyannaməsinin təqdim edilməsi yolu ilə həyata keçiridiyi mal sahibinə bildirilsə də, mal sahibi öz növbəsində malın təyinatının şəxsi istifadə olduğuna dair fərqli səbəblər gətirməklə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsindən imtina etmişdir.Daha sonra, saxlanılmış bağlama barədə iddiaçı tərəfindən Dövlət Gömrük Komitəsinə xx.xx.2023-cü il tarixli, 3-33/2-018756/2023 nömrəli məktubla elektron müraciət ünvanlanmış, və yuxarıda qeyd edilən gömrük qanunvericiliyinin tələbləri izah olunmaqla həmin müraciət xx.xx.2023-cü il tarixli, 3-33-4300/2-R-000053/1-42/2023 qeydiyyat nömrəli məktubla cavablandırılmışdır.İddiaçının eyni məzmunlu xx.xx.2023-cü il tarixli, 3-33/2-018756/2023 nömrəli növbəti məktubunun icrası ilə əlaqədar olaraq mal sahibi ilə telefon əlaqəsi yaradılmış, o cümlədən yazılı şəkildə cavab məktubu ünvanlanmışdır.Telefon əlaqəsi zamanı iddiaçı, daha öncə digər müxtəlif kiçik stomatoloji ləvazimatların da beynəlxalq poçt göndərişləri vasitəsilə sifariş edərək təhvil aldığını bildirmişdir. İddiaçının iddia ərizəsində söz etdiyi malın anbarda saxlanılması üçün hesablanan saxlanc haqqı həqiqətləri əks etdirmir. “Poçt və ekspres daşımalar” gömrük postu gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X5 inzibati binasında həyata keçirdiyi üçün, malların saxlanıldığı anbar "xxxx" MMC- yə məxsusdur və ödənişsizdir. Hazırkı işin mübahisəsiz hallarından görünür ki, iddiaçı müvafiq rəsmiləşdirmə prosedurundan imtina etdiyi üçün, hər hansı bir gömrük bəyannaməsi təqdim etməmiş və gömrük orqanlarının X1 Sistemində RB308684936SG izləmə kodlu qaimə əsasında daxil olmuş mal üzrə hər hansı bir gömrük bəyannaməsi qeydə alınmamışdır. Həmçinin “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 0001 nömrəli Qərarın 10-cu bəndində nəzərdə tutulmuş saxlama müddəti bitdikdən sonra poçt göndərişləri poçt xidməti tərəfindən göndəriciyə geri qaytarılır. "xxxx" MMC-in “Poçt və ekspres daşımalar” gömrük postuna ünvanlamış xx.xx.2023-cü il tarixli, 3-33-4300/1-001095/2023 nömrəli müraciət ərizəsi əsasında xx.xx.2023-cü il tarixində yük ixracatçıya geri qaytarılması üçün müvafiq poçt operatoruna təhvil verilmişdir. Hazırkı işin mübahisəsiz hallarından görünür ki, iddiaçının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Poçt və ekspres daşımalar” gömrük postuna qarşı hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Poçt və ekspres daşımalar” gömrük postu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-33-4300/2-R-000053/1-42/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-33-4300/2-O-000063/1-42/2023 nömrəli məktubların surəti, etiraz ərizəsi, mübahisə predmeti olan cihaza dair foto şəkillər və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, beynəlxalq poçt göndərişləri vasitəsilə iddiaçının adına tibbi sahədə (stomatologiya) istifadə olunan binokulyar lupa ilə təchiz olunmuş fənər və eynəkdən ibarət bağlama daxil olmuş, sözügedən bağlama gömrük orqanı tərəfindən saxlanıldıqdan sonra iddiaçıya məlumat verilmişdir.İddiaçı “Poçt və ekspres daşımalar” gömrük postuna yaxınlaşmış və ona saxlanılan mal barəsində zəruri məlumatlar verilərək gömrük qanunvericiliyinin tələbləri izah olunmuş, qeyd edilən yükə dair gömrük rəsmiləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na əsasən gömrük bəyannaməsinin təqdim edilməsi yolu ilə həyata keçirildiyi iddiaçıya bildirilmiş və malın təyinatının şəxsi istifadə olduğuna dair arqument gətirməklə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsindən imtina etmişdir. Daha sonra"xxxx" MMC-in “Poçt və ekspres daşımalar” gömrük postuna ünvanlamış xx.xx.2023-cü il tarixli, 3-33-4300/1-001095/2023 nömrəli müraciət ərizəsi əsasında xx.xx.2023-cü il tarixində yük ixracatçıya geri qaytarılması üçün müvafiq poçt operatoruna təhvil verilmişdir. İddia tələbindən göründüyü kimi tələb 3 hissədən ibarətdir; 1) Azərbaycan Respublikası Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən RB308684936SG kodlu əsasında Çin Xalq Respublikasından poçt vasitəsi ilə iddiaçının adına göndərilmiş gömrük rəsmiləşdirilməsi üçün saxlanılmış bağlamanın ona qaytarılması, 2) həmin bağlamaya görə kommersiya məqsədli bəyannamənin ləğv olunması, 3) bağlamanı götürdüyü günə qədər yazılan gömrük pullarının ləğv olunması. İddia tələbinin 2 və 3-cü hissələrinə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 2466/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə hüquqi qiymət verilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin 1-ci hissəsininin mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın təsdiq edilməsi barədə xx.xx.2016cı il tarixli, 0001 nömrəli qərarın 10.1-ci bəndinə əsasən poçt göndərişlərinin alıcılara çatdırılması mümkün olmadıqda onların saxlanma müddətləri poçt göndərişinin poçt obyektinə daxil olduğu günün ertəsi günündən hesablanmaqla, digər poçt göndərişləri və daxili pul köçürmələri üçün – 30 təqvim günü təşkil edir. Qaydaların 10.2-ci bəndinə əsasən ünvançının və ya göndəricinin yazılı ərizəsinə əsasən digər poçt göndərişləri (“Məhkəmə bildirişi. Sifarişli xəbərnamə ilə” və “İcra qeydi bildirişi. Sifarişli xəbərnamə ilə” qeydli məktublar istisna olmaqla) və daxili pul köçürmələri üçün – 60 təqvim günü müddətinədək saxlanma müddətləri uzadıla bilər. Qaydaların 10.4-cü bəndinə əsasən saxlanma müddəti bitdikdə poçt göndərişləri, pul köçürmələri poçt obyekti tərəfindən göndəriciyə qaytarılır. Yuxarıda qeyd olunan qaydalardan müəyyən edildi ki, sifarişçi tərəfindən sifariş verilən mallar üçün gömrük orqanlarında saxlama müddəti müəyyən edilib. Hazırkı, iddia tələbinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sifariş edilən əşya (digər poçt göndərişi hesab edilən) kommersiya məqsədli mal hesab edildiyindən sifarişçidən həmin malın komersiya bəyamnaməsinin təqdim edilməsi və müvafiq gömrük ödənişlərinin ödənilməsi tələb edilmişdir. Lakin sifarişçi qeyd olunan əşyanın kommersiya təyinatlı olmamasına istinad edərək gömrük ödənişlərini ödəməkdən imtina etmiş və qeyd olunan halın araşdırılması ilə bağlı bir müddət sonra məhkəməyə müraciət etmişdir. İddiaçının sifariş etdiyi malın 30 günlük saxlama müddəti bitdiyindən həmin mal gömrük orqanları tərəfindən göndəriciyə geri qaytarılmışdır.İddiaçının hazırkı, iddia ərizəsində göstərilən 3 iddia tələbindən 1-nə hüquqi qiymət verilməsi qənaətinə gələn məhkəmə hesab edir ki, gömrük orqanları tərəfindən 30 günlük saxlama müddəti bitmiş əşyanın geri qaytarılmasında hər hansı bir qanun pozuntusu mövcud deyil. Belə ki, sifariş olunan stomotoloji fənər şəxsi istifadə üçün deyil kommersiya məqsədli stomotoloji klinikada istifadə üçün nəzərdə tutulmuş əşyadır və həmin əşyanın ölkə ərazisinə gətirilməsi zamanı sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi nəzərdə tutulmayıb. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati orqanının hərəkətlərində hər hansı bir qanun pozuntusu mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi qarşı “Azərbaycan Respublikası Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən RB308684936SG kodlu əsasında Çin Xalq Respublikasından poçt vasitəsi ilə onun adına göndərilmiş gömrük rəsmiləşdirilməsi üçün saxlanılmış bağlamanın ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar