Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-247/2021 16.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı, X1, X5, X4, X6, X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair JN-630 KOD 30306018 nömrəli Dövlət Aktına əsasən 4.39 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Alpan kəndində Aqrar İslahat aparılan zaman ona və beş nəfər ailə üzvünə (arvadı X2, uşaqları X9, X10, X11 və X8) kənd təsərrüfatı məhsullarının istehsalı üçün 4,39 ha torpaq sahəsi verilməsi qərara alnmışdır. Bütün ölkə üzrə olduğu Quba rayonu Alpan kəndində də Aqrar islahat zamanı vətəndaşlara verilən pay torpaqlarının bir hissəsi bağ sahəsindən, bir hissəsi ilə boş torpaq sahəsinə verilirdi. Onun və ailə üzvlərinin adına Torpağa Mülkiyyət Hüququna dair JN-630 KOD 30306018 nömrəli Dövlət Aktı verilən zaman məlum oldu ki, onlara verilməli olan torpaq sahəsinə birinin ölçüsündə texniki səhv edilmiş 2,90 ha yazılması yerinə səhvən 0,29 ha yazılmışdır. Bu yanlışlıqla bağlı o zaman Quba rayonu Alpan kənd icra nümayəndəliyinə və kənddə hələ ləğv olunmamış Sabir adına X18 Komissiyasına müraciət etmişdir. Ona verilmiş torpaq sahəsində səhvlə bağlı məsələ araşdırılmış, Quba rayon Alpan İƏV-nin nümayəndəsinin, Quba rayon Torpaq Şöbəsinin müdirinin, mütəxəssislərin, Alpan bələdiyyəsinin üzvünün və onun iştirakı ilə 23 oktyabr 2001-ci il tarixində Quba rayon Alpan kəndində Akt tərtib edildi. Həmin aktda ona və ailəsinə torpaq payı verilən zaman əkin yeri 2,90 ha əvəzinə 0,29 ha kimi yazıldığı, bununla əlaqədar vətəndaşa torpaq normasına uyğun olaraq torpaq sahəsinin təhkim edilməsi üçün bələdiyyə ehtiyat fondundan 375 nömrəli konturdan 2,40 hektar əkinə yararlı torpaq sahəsi yerində ölçülərək ona tanıdılması, ona verilmiş 630 nömrəli Dövlət Aktının alınıb düzəlişin aparılana qədər, ona baş sxemdən çıxarış və təhkim aktı verilməsi, sənədləşmənin aparılması X24 Komissiyasına tapşırılmışdır. Bundan sonra Alpan bələdiyyə şurasının qərarı ilə ona pay torpağından çatışmayan hissənin Alpan bələdiyyəsinin 375 nömrəli kontordakı 2,40 hektarlıq əkin sahəsindən ayrılıb verilməsi, həmin qərarın nəzərə alınması Sabir adına Sovxozun AİK-dən xahiş edilməsi qeyd edilmişdir. Bundan sonra ona ayrılmış 2,40 ha torpaq sahəsinin yerləşən planı Quba rayonu Alpan bələdiyyəsinin yerquluşu xəritəsindən çıxarışda göstərilmişdir. Bundan sonra Sabir adına X18 Komissiyasının 18 dekabr 2001-ci il tarixli 8 nömrəli İddiaçı əkindən olan pay torpağının tam norma həcmində ayrılıb verilməsi barədə iclas protokoluna əsasən 1998-ci ildə vətəndaşlara pay torpağı ayrılarkən İddiaçı 2,90 ha əvəzinə 0,29 ha əkin sahəsindən pay torpağın təhkim edilmiş, həmin səhvə Respublika Yerquruluşu İdarəsi ilkin xəritələnin hazırlanması zamanı yol verildiyi, İddiaçı şikayətinə əsasən Quba rayon Torpaq Şöbəsi məsələni araşdırmış və 23.10.2001-ci il tarixdə Alpan bələdiyyəsinə məxsus, 375 nömrəli kontordakı 2,40 hektar əkin sahəsini aktda İddiaçı yerində ölçüb təhkim etdiyini, həmin sahənin İddiaçı verilməsi barədə Alpan bələdiyyəsi də müvafiq qərar çıxardığı bildirmişdir. Həmin iclas protokolunun qərarına əsasən vətəndaşlara pay torpağının bölgüsü zamanı Respublika Yerquruluşu İdarəsində bölgü xəritələri hazırlanarkən texniki səhv olaraq İddiaçı və onun ailə üzvləri üçün 2,90 ha əvəzinə 0,29 hektar əkin sahəsi ayrıldığı nəzərə alınmış, İddiaçı çatışmayan 2,60 hektar əkindən pay torpağının Alpan bələdiyyəsinə məxsus 375 nömrəli kontordakı 2,40 hektar əkin sahəsindən ayrılıb verilməsi, İddiaçı verilmiş Dövlət Aktında dəyişiklik edilməsi qərara alınmışdır. Bundan sonra ona yeni Torpağa Mülkiyyət Hüququna dair JN- 630 nömrəli KOD 30306018 nömrəli Dövlət Aktı verilmiş, həmin dövlət aktında ona və ailə üzvlərinə verilmiş torpaq sahəsi 4,39 ha göstərilmiş, ona yeni kontordan 2,70 ha torpaq sahəsi verilmişdir. Həmin vaxtdan mülkiyyətində olan 4,39 ha torpaq sahəsini istifadə edir. Hətta 4,39 ha torpaq sahəsinə aid subsidiyada almış. Quba rayonu Alpan kənd icra, nümayəndəliyinin təsərrüfatbaşına kitablarından çıxarışlar da onun və ailənin mülkiyyətində 4,39 ha torpaq sahəsinin olması qeyd edilmişdir. 2017-ci ildə ona məlum oldu ki, sonradan Sabir adına Sovxozun AİK-nın, Quba rayonu Alpan bələdiyyəsinin qərarı ilə ona verilmiş yenidən verilmiş 2,70 ha torpaq sahəsinə, cəmi 4,39 ha torpaq sahəsinin verilməsinə dair Torpağa Mülkiyyət Hüququna dair JN-630 nömrəli KOD 30306018 nömrəli Dövlət Aktı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bazasına əlavə edilməmişdir. O Torpağa Mülkiyyət Hüququna dair JN-630 nömrəli KOD 30306018 nömrəli Dövlət Aktı əsasında Quba rayonu Alpan kəndində yerləşən 4,39 ha torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, 5 saylı Xaçmaz Ərazi İdarəsindən ona verilmiş 29 iyul 2020-ci il tarixli məktubda ona verilmiş JN- 630 KOD 30306018 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında” 630 nömrə ilə göstərilən 2,700323 ha hissəsi ərazi idarəsinin elektron məlumat bazasında öz əksini tapmadığı bildirilmişdir. Ona görə də çıxarış verilməsindən imtina edilmişdir. Ona 2,40 ha torpaq sahəsi Sabir adına Sovxozun AİK-nın, Quba rayonu Alpan bələdiyyəsinin qərarı ilə verilmiş, bu barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən təsdiq edilmiş, həmçinin ona 6,30 ha torpaq sahəsinin verilməsi ilə bağlı JN-630 KOD 30306018 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Bu barədə bələdiyyənin, icra nümayəndəliyinin və Aqrar İslahat Komissiyasının iclas protkollarımn və qərarlarının surətləri vardır. Həmin sənədlərin surətlərinin, ona məxsus Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında” 630 nömrə ilə göstərilən 2,700323 ha hissəsi ərazi idarəsinin elektron məlumat bazasında öz əksini tapmamasmdan onun heç bir günahı yoxdur. Hazırda ona və ailə üzvlərinə məxsus Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 4,39 ha torpaq sahəsinə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməsi onun Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş mülkiyyət hüquqlarımın pozulmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Quba rayonu, Alpan kəndi ərazisində yerləşən 4.39 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 24.12.2019-cu il tarixli **********, **********, ********** qeydiyyat nömrəli ərizələr ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizəyə əlavə edilmiş JN-63Q (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair’’ Dövlət Aktında 630 nömrə üə göstərilən 27003.23 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Dövlət Aktında göstərilən koordinatlara əsasən həmin torpaq sahəsi digər şəxsin mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən İddiaçı ərizələrinizin icrasından 21.01.2020-ci il tarixli, **********07 nömrəli məktubla imtina olunmuşdur. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunduğu kimi, mübahisələndirilən JN-630 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında 630 nömrə ilə göstərilən 27003.23 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır və dövlət aktında göstərilən koordinatlara əsasən həmin torpaq sahəsi digər şəxsin mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşür. Bununla bağlı icraatda olan iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. (Vəsatət əlavə olunur) Qeyd edilənlərə əsasən cavabdeh təşkilat iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X17 iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar, cavabdeh orqan və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti nümayəndələrinin iştiraklarını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə iddiaçı, cavabdeh orqan və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 29.07.2020-ci il tarixli **********37 saylı imtina məktubu, 19.10.2020-ci il tarixli, **********32 nömrəli etirazı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-630 KOD 30306018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının notarial qaydada təsdiqlənmiş surəti, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidməti tərəfindən verilmiş 19.05.2021-ci il tarixli, **********49 saylı mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasını tələb etdiyi müvafiq torpaq sahəsinin digər şəxslərin adına olan torpaqlar sahələri ilə üst-üstə düşdüyündən ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq müəyyən olundu ki, İddiaçı verilmiş JN-630 KOD 30306018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 630 nömrə ilə qeyd edilmiş 27003,23 kv.m torpaq sahəsi Vahid elektron baza məlumatlarında pay torpağı kimi deyil, kəndin prespektiv inkişafı torpaqları kimi qeydə alınmışdır. İddiaçı iddia etdiyi ərazidə faktiki olaraq 2.45 ha torpaq sahəsi istifadə edir. Həmçinin 27003,23 kv.m torpaq sahəsinin koordinatlarını naturada müəyyən etmək mümkün olmadığından, həmin torpağın iddiaçının istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşməsini də müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi ekpertiza nəticəsində iddiaçının istifadəsində olan 27003,23 kv.m torpaq sahəsi Vahid elektron baza məlumatlarında pay torpağı kimi deyil, kəndin prespektiv inkişafı torpaqlarına aid olduğundan iddiaçının adına həmin torpağa dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi qanunvericiliyin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, Torpaq sahəsinin hüquqi statusu Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndində müəyyən edilir. Həmin normaya görə, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən dövlət ehtiyat fondu torpaqlarına bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməmiş dövlət torpaqları daxildir. Dövlət ehtiyat fondu torpaqlarına istifadə hüququna xitam verilən, habelə konservasiya nəticəsində təsərrüfat dövriyyəsindən çıxarılmış torpaq sahələri aid edilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir. Həmin Məcəllənin 47.5-ci maddəsinə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar bələdiyyə ehtiyat fondu torpaqlarına aiddir. Qeyd olunan normadan məlum olur ki, prespektiv inkişafı torpaqları bələdiyyə ehtiyat fondu torpaqlarına aiddir. JN-630 Kod 30306018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997ci il tarixli 08 saylı qərarına əsasən 4.39 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Lakin iş üzrə təyin edilmiş müvafiq ekspert rəyindən məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin 27003.23 m2 hissəsi vahid elektron baza məlumatlarında kəndin prespektiv inkişaf torpaqları kimi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, torpaq sahəsinin qeyd olunan hissəsinin kateqoriyası vahid elektron baza məlumatlarında dəyişdirilməyənə və torpaq sahəsinin koordinatları müəyyən edilməyənə qədər həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçılar İddiaçı, X1, X5, X4, X6, X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair JN-630 KOD 30306018 nömrəli Dövlət Aktına əsasən 4.39 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Eyni zamanda ekspertizanın keçirilməsinə dair aparılmış tədqiqatların dəyəri olaraq 328.00 manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı, X3, X14, X13, X15, X16 tərəfindən Kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ******************** olan Kapital Bank ASC Xətai filialına, VÖEN **********, Hesab AZ23AİİB******************** olan “xxxx” MMC-nin hesabına ödəməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı, X1, X5, X4, X6, X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair JN-630 KOD 30306018 nömrəli Dövlət Aktına əsasən 4.39 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Eyni zamanda ekspertizanın keçirilməsinə dair aparılmış tədqiqatların dəyəri olaraq 328.00 manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı, X3, X14, X13, X15, X16 tərəfindən Kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ******************** olan Kapital Bank ASC Xətai filialına, VÖEN **********, Hesab AZ23AİİB******************** olan “xxxx” MMC-nin hesabına ödənilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-247/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-247/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver