Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-247/2022 15.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Qobu Bələdiyyəsinə qarşı “cavabdeh Qobu Bələdiyyəsinin üzərinə Abşeron rayonu Qobu Bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli 21 saylı qərarı ilə Abşeron rayonu Qobu Bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında fərdi mənzil tikintisi üçün satılmış 0.04 ha torpaq sahəsinin yerində müəyyən edilərək və ayrılaraq sahiblik və istifadəsinə verilməsi öhdəliyinin qoyulması”na dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayonu Qobu Bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli 21 saylı qərarı ilə Abşeron rayonu Qobu Bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında fərdi mənzil tikintisi üçün satılmış 0.04 ha torpaq sahəsinin yerində müəyyən edilərək və ayrılaraq sahiblik və istifadəsinə verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon Qobu Bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli 21 saylı Qərarı ilə Abşeron rayon Qobu Bələdiyyəsinin prespektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında fərdi mənzil tikintisi üçün 0,04 ha torpaq sahəsi satılmışdır, torpaq sahəsinin müəyyənləşdirilmiş dəyərini - 2.200 manat məbləğində pulu Abşeron rayon Qobu Bələdiyyəsinin hesabına ödəmişdir. Torpaq sahəsinin satılması barədə qərar müvafiq rəy verilməsi üçün sabiq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinə göndərilmiş, həmin Şöbə tərəfindən torpaq sahəsinin ayrılmasına müsbət rəy verilmiş və torpaq sahəsinin cizgisi təsdiqlənərək Qobu Bələdiyyəsinə göndərilmişdir. Qobu Bələdiyyəsinin sədri Ənvər Əmiraslanov ilə arasında “Torpaqların alqı-satqısına dair Akt” imzalanmış və həmin akt 30 dekabr 2012-ci il tarixli 1776 sayı ilə qeydiyyata alınmışdır. Həmin dövrdən başlayaraq ayrılmış torpaq sahəsinin ölçülərinin yerində müəyyən edilərək sahiblik və istifadəmə verilməsi barədə dəfələrlə Qobu Bələdiyyəsinə müraciət etmişdir. Lakin bu günədək torpaq sahəsi sahiblik və istifadəsinə verilməmişdir. Sonuncu dəfə 29 iyul 2021 -ci il tarixdə yazılı müraciət etsə də, yenə də müraciətinə cavab verilməmişdir. Qobu Bələdiyyəsinin yazılı müraciətlərini cavablandırmamasını qanunsuz və əsassız hesab edir, həmin hərəkətsizlik onun hüquqlarını pozur və məhdudlaşdırır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə, itifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 48-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan nüqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericilikdə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı tərəfindən qanunvericiliyin tələblərinə əməl edilsə də, cavadeh üzərinə düşən vəzifələri birtərəfli qaydada imtina edir. İddiaçı hesab edir ki, cavabdeh X3 rayonu Qobu Bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli 21 saylı Qərarı ilə Abşeron rayonu Qobu Bələdiyyəsinin prespektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında fərdi mənzil tikintisi üçün satılmış 0,04 ha torpaq sahəsinin yerində müəyyən edilərək və ayrılaraq sahiblik və istifadəmə verilməsindən imtina olunması (hərəkətsizliyi) qanuna ziddir və hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olur, həmin hərəkətlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb etmək hüququ vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, hazırda onun istifadəsində torpaq sahəsi yoxdur, həmin ərazilərdə evlər tikilmişdir. Cavabdeh iddiaya münasibətində qeyd etmişdir ki, İddiaçı bələdiyyənin 02 noyabr 2007-ci il tarixli 21 saylı qərarı ilə fərdi mənzil tikintisi üçün 0,04 ha torpaq sahəsinin ayrılması ilə bağlı torpaqayırma sənədlərinin təsdiqlənmiş surətlərini təqdim etmək hal-hazırda mümkün deyil. Bələdiyyənin 2012-ci ildə daxil olmaqla torpaq ayırma və digər sənədləri saxlanılması, mühafizə olunması üçün Abşeron rayon Arxiv İdarəsinə təhvil verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Hazırkı iddia öhdəliyin icrasıdır və iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, onun tələbi təmin edilməmişdir. İddiaçı Abşeron rayonu Qobu Bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli 21 saylı qərarı ilə Abşeron rayonu Qobu Bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında fərdi mənzil tikintisi üçün satılmış 0.04 ha torpaq sahəsinin yerində müəyyən edilərək və ayrılaraq sahiblik və istifadəsinə verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı bələdiyyənin 02 noyabr 2007-ci il tarixli 21 saylı qərarı ilə fərdi mənzil tikintisi üçün 0,04 ha torpaq sahəsinin ayrılması ilə bağlı torpaqayırma sənədlərinin təsdiqlənmiş surətlərini təqdim etmək hal-hazırda mümkün deyil. Bələdiyyənin 2012-ci ildə daxil olmaqla torpaq ayırma və digər sənədləri saxlanılması, mühafizə olunması üçün Abşeron rayon Arxiv İdarəsinə təhvil verilmişdir. Məhkəmə araşdırmasının nəticəsi olaraq Abşeron rayon Dövlət Arxivi tərəfindən Abşeron rayon Qobu Bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli 21 saylı qərarından İddiaçı adına arxiv çıxarışının və ona aid sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Abşeron rayon X4 02 noyabr 2007-ci il tarixli Qərarına əsasən Abşeron rayon Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqısatqı qaydasında İddiaçı fərdi mənzil tikintisi məqsədilə 0.04 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Bunun müqabilində İddiaçı tərəfindən X3 rayon filialındakı xüsusi hesabına 2200 (iki min iki yüz) manat haqq ödənilməsi vətəndaşa həvalə edilmişdir. 30.12.2010-cu il tarixdə 1776/10 nömrə ilə qeydiyyata alınmış Torpaqların alqısatqısına dair akta əsasən Abşeron rayon Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən 0.04 ha torpaq sahəsi İddiaçı satılmışdır. 13 fevral 2009-cu il tarixli qəbzdən göründüyü kimi torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən Abşeron rayon Qobu Bələdiyyəsinin hesabına ödənilmişdir və eyni zamanda həmin torpaq sahəsinin yerquruluşu planından Çıxarışı da arxivə təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 30.12.2010-cu il tarixli 3233 saylı rəyə əsasən Qobu bələdiyyəsinin 02.11.2007-ci il tarixli 21 saylı qərarı ilə İddiaçı 400.0 kv.m olmaqla fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsi qanunamüvafiq hesab olunmuş və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə etiraz etməmişdir. Adıçəkilən sənədlərdən göründüyü kimi Abşeron rayon Qobu Bələdiyyəsi tərəfindən torpaq sahəsi iddiaçıya ayrılmış, torpaq sahəsinin alqı-satqısı həyata keçirilmiş, torpaq sahəsinin yerquruluşu planından çıxarış verilmişdir və yuxarıda qeyd edilən sənədlər dövlət arxivinə təhvil verilmişdir. Belə olan halda cavabdeh orqan öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir və zəruri sənədləri iddiaçıya təqdim etdiyi və hazırda həmin sənədlər dövlət arxivinə təhvil verildiyi halda, iddiaçının hazırkı tələbi əsaslı hesab edilə bilməz və iddia rədd edilməlidir. İddiaçıya məhkəmnə iclasında hüquqi yardım edilmiş, iddianın uğurluluq ehtimalı müzakirə edilmiş, ona düzgün olmayan hüquq müdafiə vasitəsi seçdiyi izah edilmişdir. Lakin iddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya izah edilsin ki, onun müvafiq sənədləri eyni zamanda torpaq sahəsinin yerquruluşu planından çıxarışı olduğu halda, o mülki məhkəmə icraatı qaydasında həmin torpaqdan qanunsuz istifadə edənlərin çıxarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənlərə nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyə zidd olmadığı üçün iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-247/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-247/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver