Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2476/2021 20.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X10 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X5, X1, X3, X4 yaşayış ünvanı üzrə qeydiyyata götülürmələrinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X5, X1, X3, X4 yaşayış ünvanı üzrə qeydiyyata götülürmələrinə” dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilində qeydiyyatda olan ancaq yaşayış ünvanları “Bərpa” xəsatəxanasının yanındakı uçuq bina adlanan ünvan olduğu üçün aşağıda adları çəkilən şəxslərin ünvan üzrə qeydiyyata götürülmələri üçün Sumqayıt İnzibati Məhkəməsi qərar versin. Belə ki, bu məsələ ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin qeydiyyat çıxarılma ilə bağlı qərarı vardır. (iş №2-1(118)-1209/2021, 02.09.2021) iddiaçı polis idarəsinə qeydiyyatla bağlı müraciət etmişdir. İddiaçı göndərilən məktubun surətini, əvvəlki ünvanda qeydiyyatda olmamaları haqqında Asan Xidmətdən arayışı da təqdim etmişdir. Qeydiyyata götürülməli olan şəxslər:
1. X9
2. X2
3. X6
4. X7 İddiaçı qeyd edilən şəxslərin yaşayış ünvanı üzrə qeydiyyata götürülmələri üçn qərar verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. İş materiallarından və iddiaçının izahatından görsənir ki, İddiaçı oğlu özünün deyil X5, X1, X3, X4 yaşayış ünvanı üzrə qeydiyyata alınmalarını istəyir. Göründüyü kimi iddiaçı digər şəxslərlə bağlı hüquq tələbi irəli sürür. Lakin mövcud qanunvericiliyə əsasən bu tələbləri həmin şəxslərin özləri irəli sürə bilər. Bu halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, yaşayış yeri üzrə qeydiyyata alınma tələbi ilə bağlı hüquq tələb edən şəxs məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İsmayıl Quliyev