Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2477/2022 20.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə Nazirliyi 2-ci Ordu Korpusu komandirinin 034əç nömrəli, xx.xx.2015-ci il tarixli əmrinin ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Müdafiə Nazirliyi 2-ci Ordu Korpusu komandirinin 034əç nömrəli, xx.xx.2015-ci il tarixli əmrinin ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Hazırda Bakı Biznes Universitetinin 3-cü kurs tələbəsidir. Laçın rayonunda yerləşən 041 nömrəli Hərbi hissənin Maliyyə Xidmətinin mühasibi vəzifəsində çalışır. Himayəsində iki azyaşlı uşağı vardır. Məhkəməyə müraciət etməyinin səbəbi 2-ci Ordu Korpusu komandirinin 034əç nömrəli, xx.xx.2015-ci il tarixli əmrinə əsasən “Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq 6-cı arterelliya briqadasının (006 nömrəli hərbi hissə) qərargah batereyasının arterelliya kəşfiyyat tağımının manqasının radiotelefonçu qadın hərbi qulluqçusu, əsgər kimi həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Cavabdeh xidməti uyğunsuzluqla əlaqədar iddiaçının tərxis olunması barədə ona məlumat verməmiş, iddiaçının bundan xəbəri olmamışdır. İddiaçı bundan xəbər tutan kimi rəsmi ərizə ilə cavabdeh orqana müraciət etmişdir. İddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cababdeh orqan məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən əmrlər qəbul edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəmədə mübahisələndirilməmişdir. Nəzərə alınmalıdır ki, 2-ci Ordu Korpusu komandirinin 034əç nömrəli əmri 27 mart 2015-ci il tarixdə qəbul edilmiş və iddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşdə olan söhbətləşmə sənədinin iddiaçı tərəfindən 2015-ci ilin yanvar ayında imzalanması müəyyən edilmişdir. İddiaçı müvafiq olaraq müdafiə nazirinə və Azərbaycan Respublikası Səfətbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə müraciət etmişdir. İddiaçının yuxarı instansiya orqanına şikayət etməsi onun müvafiq əmrləri məhkəmədə mübahisələndirməsinə maneə törətmir. Mübahisə predmeti olan xx.xx.2015-ci il tarixli əmrlə iddiaçı həmin vaxt tanış olmuş, məhkəməyə iddia ərizəsi ilə xx.xx.2022-ci ildə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və Müdafiə Nazirliyi 2-ci Ordu Korpusu komandirinin 034əç nömrəli, xx.xx.2015-ci il tarixli əmrinin ləğv edilməsi üçün məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə Nazirliyi 2-ci Ordu Korpusu komandirinin 034əç nömrəli, xx.xx.2015-ci il tarixli əmrinin ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-2477/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2477/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver