Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-248/2022 20.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Quba- Xaçmaz Regional filialına qarşı “pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Pensiyaya çıxmaq yaşı çatdığı üçün, pensiya almağa hüquq verən sənədin alması ilə əlaqədar olaraq 2 saylı Regional Ərazi Filialına rəsmi ərizə ilə müraciət etdikdə 25 avqust 2021-ci il tarixli, **********9 saylı qərarla ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan kişilərin yaş həddi 2017-ci ilin iyulun 1 dən başlayaraq, 2021-ci il iyulun 1-dək,qadınların yaş həddi 2017-ci ilin iyulun 1 dən başlayaraq 2027-ci il iyulun 1-dək hər 6 ay artırılmaqla, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kartlı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan verməkdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyasına hüququ vardır. Şöbəyə təqdim edilmiş iş stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna və cəmi 25 il sığorta stajı olmadığına görə əmək pensiyasına hüququ yoxdur. Əlavə olaraq bildirilmişdir ki, təqdim etdiyi 10.07.2020-ci il tarixli 1 nömrəli əmək haqqı arayış əmək kitabçası ilə üst-üstə düşmür. Təqdim etdiyi hüquqverici sənəd olan əmək kitabçası və digər sənədlər əmək stajının 25 il olması faktını təsdiq etməklə yanaşı pensiya almaq hüququnu müəyyən edir. İlkin sənədlərin arxivə təhvil verilib verilməməsinə görə iddiaçı məsuliyyət daşımır. Cavabdeh təşkilat heç bir araşdırma aparmadan ərizəyə cavab vermək xatirinə yuxarıda qeyd edilmiş cavabı vermişdir. İddiaçı hesab edir ki, hazırkı vəziyyətdə işlədiyi müddət əmək stajı kimi müəyyən edilməklə onun sığorta stajına daxil edilərək əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmuşdur. Belə ki,cavabdeh təşkilat heç bir yoxlama aparmadan qeyd edilmiş imtina qərarını təqdim etmişdir. İddiaçıya pensiya almaq hüququ verən əmək stajı dövlət tərəfindən verilən əmək kitabçasında qeyd edilmişdir, sənədlərin dövlət arxivinə təhvil verilib verilməməsinə onun nəzarət etmək hüququ olmamaqla yanaşı bu sahədə heç bir məsuliyyət daşımır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-cİ il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə hüquqverici sənəd hesab edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Hazırkı iş üzrə mübahisəli məsələ 1976-2016-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, həmin iş stajı təsdiqləndiyindən sözügedən dövr üçün pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. İddia tələbinə obyektiv hüquqi qiymət vermək üçün 07 may 2018-ci il tarixli yanğın haqqında akt əlavə olunur Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə etmişdir. İddiaçı bildirir ki, cavabdeh orqan onun sosial sığorta stajının 25 ilinin tamam olması üçün iki ay çatmadığını bildirdiyi üçün o, 2022-ci ilin yanavar ayından təkrar işləməyə başlamış, ona görədə onun 25 il sığorta stajı tamam olmuşdur. İddiaçı bu əsasla iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı 14.02.2002-ci il tarixdən 10.10.2002-ci il tarixədək 1 saylı X5 Quşçuluq fermasında və 2003-cü ilin mart ayından 2004-cü ilin mart ayınadək X4 Kompleksində işləməyinə dair əmr və əmək haqlarını yoxlamaq mümkün olmadığı üçün onun müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il İyulun 1-dən başlayaraq 2027-ci İİ iyulun 1-dək hər il 6 ay artırılır). Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1,4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisələrin mövcudluğunu və iddiaçının 14.02.2002-ci il tarixdən 10.10.2002-ci il tarixədək 1 saylı X5 Quşçuluq fermasında və 2003-cü ilin mart ayından 2004-cü ilin mart ayınadək X4 Kompleksində işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 21 oktyabr 2021-ci il tarixli, 1078 nömrəli məktubda 1 saylı X5 Quşçuluq fermasının və X4 Kompleksinin sənədləri mühafizə olunmaq üçün arxivə təhvil verilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş “Dənizçi” Yardımçı kənd təsərrüfat müəssisəsi tərəfindən sığorta stağını təsdiq edən sənədləri Xaçmaz RİHB-nın İstisu qəsəbəsi İƏD- nə təhvil verilmədiyindən təqdim olunan 15.09.2016-cı il tarixli 219 nömrəli arayışı tərəflərindən qarşılıqlı yoxlamaq mümkün olmamışdır.Təqdim edilən arayış 2016-cı ilə aid olması, qarşılıqlı yoxlama zamanı aşkar edilməməsi arayışın saxtalığına ciddi əsaslar olduğunu təsdiq edir. İş materiallarından aydın olur ki, iddiaçının 14.02.2002-ci il tarixdən 10.10.2002-ci il tarixədək 1 saylı X5 Quşçuluq fermasında və 2003-cü ilin mart ayından 2004-cü ilin mart ayınadək X4 Kompleksində işləməsi faktı əmək kitabçasında qeyd edilsə də qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəlləri, əmək haqqı hesablanması barədə məlumatlar aşkar edilməmişdir. Bu isə iddiaçının 14.02.2002-ci il tarixdən 10.10.2002-ci il tarixədək 1 saylı X5 Quşçuluq fermasında və 2003-cü ilin mart ayından 2004-cü ilin mart ayınadək X4 Kompleksində işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlərin qeyri-mötəbər olduğunu təsdiq edir. Həmçinin, iddiaçının əmək kitabçasında qeyd olunmuş 14.02.2002-ci il tarixdən 10.10.2002-ci il tarixədək 1 saylı X5 Quşçuluq fermasında və 2003-cü ilin mart ayından 2004-cü ilin mart ayınadək X4 Kompleksində faktiki və arxiv sənədlərini saxlanıldığı ünvan məlum olmadığı üçün (müəssisənin fəaliyyət göstərməsinə dair hər hansı bir sübüt yoxdur və sənədləri arxivə təhvil verilməmişdir) həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Buna görə də hesab edirlər ki, həmin dövrlər (14.02.2002-10.10.2002 və 2003-cü ilin mart ayından 2004-cü ilin mart ayınadək) sosial sığorta stajına daxil edilə bilməz. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin sullarına cavab olaraq bildirmişdir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı fərdi sahibkar X6 tərəfindən (SUN: **********3) 2022-ci ilin İ rübünə dair təqdim edilmiş hesabat məlumatları MEİS-ə inteqrasiya edildikdən sonra və həmin dövr üzrə təqdim edilmiş hesabatda iddiaçının sığortaolunan kimi məlumatları aşkar edildikdə 25 il sosial sığorta stajı yaranmış olacaq. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia q təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, İddiaçı işlədiyini iddia etdiyi müəssisələrin mövcudluğunu və iddiaçının 14.02.2002-ci il tarixdən 10.10.2002-ci il tarixədək 1 saylı X5 Quşçuluq fermasında və 2003-cü ilin mart ayından 2004-cü ilin mart ayınadək X4 Kompleksində işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 21 oktyabr 2021-ci il tarixli, 1078 nömrəli məktubda 1 saylı X5 Quşçuluq fermasının və X4 Kompleksinin sənədləri mühafizə olunmaq üçün arxivə təhvil verilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş “Dənizçi” Yardımçı kənd təsərrüfat müəssisəsi tərəfindən sığorta stağını təsdiq edən sənədləri Xaçmaz RİHB-nın İstisu qəsəbəsi İƏD- nə təhvil verilmədiyindən təqdim olunan 15.09.2016-cı il tarixli 219 nömrəli arayışı tərəfimizdən qarşılıqlı yoxlamaq mümkün olmamışdır.Təqdim edilən arayış 2016-cı ilə aid olması, qarşılıqlı yoxlama zamanı aşkar edilməməsi arayışın saxtalığına ciddi əsaslar olduğunu təsdiq edir. İş materiallarından aydın olur ki, iddiaçının 14.02.2002-ci il tarixdən 10.10.2002-ci il tarixədək 1 saylı X5 Quşçuluq fermasında və 2003-cü ilin mart ayından 2004-cü ilin mart ayınadək X4 Kompleksində işləməsi faktı əmək kitabçasında qeyd edilsə də qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəlləri, əmək haqqı hesablanması barədə məlumatlar aşkar edilməmişdir. Bu isə iddiaçının 14.02.2002-ci il tarixdən 10.10.2002-ci il tarixədək 1 saylı X5 Quşçuluq fermasında və 2003-cü ilin mart ayından 2004-cü ilin mart ayınadək X4 Kompleksində işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlərin qeyri-mötəbər olduğunu təsdiq edir. Həmçinin, iddiaçının əmək kitabçasında qeyd olunmuş 14.02.2002-ci il tarixdən 10.10.2002-ci il tarixədək 1 saylı X5 Quşçuluq fermasında və 2003-cü ilin mart ayından 2004-cü ilin mart ayınadək X4 Kompleksində faktiki və arxiv sənədlərini saxlanıldığı ünvan məlum olmadığı üçün (müəssisənin fəaliyyət göstərməsinə dair hər hansı bir sübüt yoxdur və sənədləri arxivə təhvil verilməmişdir) həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Buna görə də hesab edirlər ki, həmin dövrlər (14.02.2002-10.10.2002 və 2003-cü ilin mart ayından 2004-cü ilin mart ayınadək) sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə prosesi gedişində məhkəmənin suallarına cavab olaraq cavabdeh inzibati orqanın nümayəndəsi bildirmişdir ki, mübahisəli olan 14.02.2002-10.10.2002 və 2003-cü ilin mart ayından 2004-cü ilin mart ayınadək olan dövrlər nəzərə alınmayanda idiaçının sosal sığorta stajının 25 ilinin tamamlanması üçün iki ay çatmır, həmin dövr 25 ilə tamalanarsa, iddiaçının pensiya hüququ yaranmış olar. İddiaçı məhkəmə prosesi gedişində yenidən əmək fəaliyyətinə başlamış, mübahisə olunan dövrlərin nəzərə alınmamasını və catışmayan iki aylıq müddəti işləyərək tamamladığını bildirmiş və bu əsasla iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı hal-hazırda “İsti-Su” 4-cü şöbə müalicəvi istirahət kompleksinə 01 yanvar 2022-ci il tarixindən xadimə vəzifəsinə qəbul edilmiş və onun aylıq əmək haqqısı 300,00 manat təşkil edir. Bundan əlavə məhkəmə araşdırması nəticəsində hal-hazırda İddiaçı əmək fəaliyyətli olduğu fərdi sahibkar X6 tərəfindən (SUN: **********3) 2022-ci ilin İ rübünə dair hesabat məlumatları da məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi iddiaçı 25 il sosial sığorta stajının yaranması üçün tələb olunan 2 ayı işləməklə həmin müddəti tamamlamışdır. Cavabdeh isə qeyd edir ki, Nazirliyin “X1 Sistemi”nin Sığorta (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı (FİN: xxxxxxx) 18.01.2022-ci il tarixdə **********121 sosial sığorta nömrəsi ilə sığortaolunan kimi uçota alınmışdır. Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən 2006-cı il tarixdən 2021 -ci il tarixədək hər hansı sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara əsasən İddiaçı xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən sığortaedənlər tərəfindən hər rüb üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat” rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra - DVX) təqdim olunur. Belə ki, DVX-nin “Avtomatlaşdırılmış Vergi informasiya Sistemi” tərəfindən hal-hazırda İddiaçı əmək fəaliyyətli olduğu fərdi sahibkar X6 tərəfindən (SUN: **********3) 2022-ci ilin İ rübünə dair təqdim edilmiş hesabat məlumatları MEİS-ə inteqrasiya edildikdən sonra və həmin dövr üzrə təqdim edilmiş hesabatda İddiaçı sığortaolunan kimi məlumatları aşkar edildikdə istənilən məlumatlar təqdim oluna bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması əsasında iddiaçının çatışmayan 2 aylıq müddəti tamamladığı müəyyən olunmuşdur. Həmin dövrün məlumatlarının elektron sistemdə görsənməməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Beləliklə qeyd edilən dövrlər nəzərə alındıqda iddiaçının 25 il sığorta stajı yaranmış olur. Bu isə inzibati orqanın imtinasının əsassız olduğunu göstərir. “Əmək pensiyaları haqqında” qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə hesab edir ki, iddiaçının tələb olunanan pensiya yaşına çatması və tələb olunan 25 il sosial sığorta stajına malik olması onun pensiya təyini ilə bağlı tələbinin əsaslı olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Quba-Xaçmaz Regional filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Quba-Xaçmaz Regional filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-248/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-248/2022
20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver