Məhkəmə qərarları › İş №2-1(118)-248/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-248/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-248/2024 07.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Pensiya məbləğinin 71 manat azaldılmasının qanunusuz hesab edilməsi və həmin məbləğin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının direktoru X2 artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli, **********8 saylı qərarının ləğv olunması, pensiyanın yenidən hesablanması, iddiaçıdan qanunsuz olaraq tutulmuş 7922,95 manat və pensiyasının azaldılması ilə bağlı əsassız olaraq tutulmuş pensiya pulunun qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçıya vurulmuş maddi və mənəvi ziyan müəyyən edilərək cavabdeh tərəfindən ödənilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilir ki, iddiaçı 5 yanvar 1953-cü il tarixdə Cəbrayıl rayonu, Hasanlı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. 1970-ci ildə Cəbrayıl rayonu Soltanlı kənd orta məktəbini bitirmişdir. Sonra Bakı şəhərində X1 daxil olmuş və 1974-cü ildə həmin institutun mühasibat uçotu fakültəsini bitirib mühasib ixtisasına yiyələnmişdir. Beləki, 01 avqust 1974-cü ildə əmək fəaliyyətinə başlamışdır. 10 avqust 1979-cu ildən Cəbrayıl rayon maliyyə söbəsinə işə təyin edilmişdir və vergi xidməti yarandığı vaxtdan vergi işçisi olmuşdur. 03 dekabr 1918-ci ildə ərizə ilə müraciəti əsasında pensiyaya çıxmış və 2782,03 manat pensiya almışdır. Pensiyanın artırılması ilə bağlı 01 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xüsusi Şərtlərlə Təyinat Üzrə idarəsinə ərizə ilə müraciət etmişdir. Sonra ona məktub yazıb və telefonla zəng edib deyiblər ki, pensiyası düz hesablanmamışdır. Ona 7900 (yeddi min doqquz yüz) manat artıq pul verilmişdir və həmin pulu geri qaytarmalıdır. İddiaçı dəfələrlə müxtəlif ünvanlara, qəbullara teleqrqmma ilə müraciət etsə də ona cavab verilməmişdir. Bu barədə əlində olan qəbzlərin surətini ərizəsinə əlavə etmişdir. İddiaçı dəfələrlə onlara bildirmişdir ki pensiyası düzgün hesablanmamışdır. Onlar isə onu əsassız olaraq rədd etmişdirlər, onlar iddiaçıya qanunsuz olaraq birdəfəyə 4000 manat ödətdirmişlər. Qalanını isə hər ay 200 manat olaraqla pensiyadan tutmuşlar. İddiaçıya bir il səkkiz ayda maddi və mənəvi ziyan vurmuşdurlar. İddiaçı barəsində 12 aprel 2021-ci il tarixdə əsassız və qanunsuz qərar çıxarıblar ki, pulu ödə, ərizə var ki, pul pensiyandan tutulsun. Əgər razılığın olmasa onlar özləri pulu tutacaqlar. İddiaçıya göndərilən məktublar cavab xatirinə yazılaraq imzalanmışdır. İddiaçının iş stajı yerində, əmək haqqı yerində, yaşı yerində olaola onu süründürürlər. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıyəsi Nazirliyinin Dövlət Sosial Muddafıə Fondunun tabeliyində Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi filialının direktoru Şahin Əliyevin qəbulunda olarkən demişdir ki, hansı əsasa görə iddiaçının pensiyası barədə düzgün olmayan qərar çıxarmışdır? Həmin vaxt o, demişdir ki, səhv qərar çıxarmışlar. Onun deməsinə görə nazirliyə sorğu göndərəndən sonra bilmişlər ki, pensiyasını səhv hesablamışlar. İddiaçı onlara demişdir ki, onun qanunsuz olaraq tutulmuş pensiya pulunu birdəfəlik qaytarılsın. İddiaçı əvvəl 2782 manat (iki min yeddi yüz səksən iki manat üç qəpik) pensiya alırdı. Pensiyanın artırılması ilə bağlı şikayət etdikdən sonra pensiyası azaldılmış və ona 2450,91 manat pensiya verilmişdir. İddiaçı 2022-ci ilin mart ayında pensiyanın yenidən hesablanması ilə bağlı müraciət etdikdən sonra ona 2711,76 manat hesablanıb verilsə də heç bir əsas göstərmədən yenidən, bir il səkkiz aydan sonra pensiyanı 71 (yetmiş bir) manat azaldaraq yenidən hesablamışlar. Bununla bağlı ona 2 avqust 2022-ci il tarixli, **********4 nörəli məktub göndərilmişdir, (məktubun surətini əlavə etmişdir) İddiaçı isə 03 dekabr 2018-ci ildə pensiyaya çıxmışdır. Bir il səkkiz aydır ki ona cavab verən yoxdur. Həmçinin məktubda yazılmışdır ki, pensiya işinə aid sənədlərdə Fondun Cəbrayıl rayon şöbəsi tərəfindən 4 dekabr 2018-ci il tarixindən vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi yaşa görə əmək pensiyasıı təyin edildiyi qeyd olunmuşdur. Sonradan təqdim etdiyi ödənilmiş əmək haqqına dair arayışa əsasən əmək pensiyası 2450,91 manatdan 22711,76 manat artırılıb. xx.xx.2018xx.xx.2022-ci il tarixləri arasındakı dövr üçün yenidən hesablanmışdır. Qeyd olunanları nəzərrə alaraq əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 9475,05 manat (tərəflərindən 27 aprel 202021-ci il tarixində Mərkəzi Filialın bank hesabıma ödənilmiş 4000,00 manat daxil olmaqla) pul vəsaiti cari ilin iyul ayından etibarən hissəhissə əmək pensiyasının (2711 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Hesab edir ki, onun dövlət qulluqçusu kimi pensiyaya almağı ilə bağlı düzgün hesablama aparılmalı və xidmətləri nəzərə alınmalıdır. İddiaçı daha sonra məhkəmə iclasında pensiyasının 71 manat azaldılmasından narazı olduğunu həmin məbləğin bərpa edilməsini istədiyini bildirmiş, iddiasını dəqiqləşdirərək “Pensiya məbləğinin 71 manat azaldılmasının qanunusuz hesab edilməsi və həmin məbləğin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, iddiaçı xx.xx.1953-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmiş, Filial tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********4 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında cavab məktubunda iddiaçının pensiyasının məbləği yenidən hesablanaraq 2450.91 manatdan 2711.76 manata artırılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrlər üçün yenidən hesablanaraq hazırki pensiya məbləğinin üzərinə əlavə olunmaqla köçürüləcəyi qeyd olunmuşdur. İddiaçı pensiyasının düzgün hesablanmadığını, əvvəllər pensiyasının 2782 manat olduğunu və daha sonra pensiyasının 71 manat azaldılaraq 2711 manata endirildiyini əsas gətirərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əvvəla onu qeyd edirlər ki, iddiaçı X.X4 rayon şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixdən İddiaçı vaxtilə qulluqkeçdiyi vəzifə üzrə vəzifə maaşı 510.00 manat, rütbə maaşı 36.00 manat, qulluq stajına görə əlavəsi 45.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 2364.64 manat olmaqla orta aylıq əməkhaqqı 2955.64 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2- ci maddəsinə əsasən 33 il 1 ay 8 gün qulluq stajına uyğun olaraq iddiaçının orta aylıq əməkhaqqının (2955.64 manat) 80 faizi-2364.51 manat məbləğində müəyyən edilmiş, lakin buna baxmayaraq İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 2782.03 manat məbləğində əmək pensiyası ödənilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən İddiaçı vaxtilə qulluqkeçdiyi vəzifə üzrə vəzifə maaşı 510.00 manat, rütbə maaşı 36.00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 153.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 2364.64 manat olmaqla orta aylıq əməkhaqqı 3063.64 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.11,2-ci maddəsinə əsasən iddiaçının orta aylıq əməkhaqqının (3063.64 manat) 80 faizi-2450.91 manat məbləğində müəyyən edilmiş, lakin buna baxmayaraq İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2782.03 manat məbləğində əmək pensiyası ödənilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Bu səbəbdən xx.xx.2021-ci il tarixdən iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanmış, 2782.03 manatdan azaldılaraq İddiaçı həqiqi ödənilməli məbləğ olan 2450.91 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020- ci il tarixədək ümumilikdə 7922.95 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı iiə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən xx.xx.2021-ci il tarixli **********2 nömrəli məktubla İddiaçı əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddət ərzində Filiala təqdim edilməsi xahiş olunmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən artıq ödənilmiş 7922.95 manatın bir hissəsi (4000 manat) Filialın bank hesabına köçürülmüş, geridə 3922.95 manat artıq ödənilmiş məbləğ qalmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.2-ci maddəsinə əsasən əmək pensiyasından və əmək pensiyasına əlavənin məbləğinə görə tutulan məbləğ başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Qeyd olunan qanunvericilik normasının tələblərinə əsasən, iddiaçıya artıq ödənilmiş qalıq 3922.95 manat pul vəsaiti xx.xx.2021 -ci il tarixli tutulmaya razılıq haqqında ərizəyə və qanunvericiliyin tələblərinə uyğun qaydada xx.xx.2021 -ci il tarixdən etibarən əmək pensiyasının minimum 10 faizi miqdarında (245.18 manat) tutulmaqla bərpa edilmişdir. Filialın xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubuna əsasən qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən sonradan təqdim edilmiş əməkhaqqına dair arayışa əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yenidən hesablanaraq 2711.76 manata çatdırılmış və keçmiş müddət üçün hesablanmış 9475 manat (27 aprel 2021-ci il tarixdə Filialın bank hesabına ödənilmiş 4000 manat məbləği də daxil olmaqla) pul vəsaiti xx.xx.2022-ci il tarixdən etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunmaqla ödənilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdən etibarən “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli sərəncamına əsasən İddiaçı aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı pensiyasının yenidən hesablanması zamanı bütün əlavələr nəzərə alınmaqla əmək pensiyasının yekun məbləği 2982.94 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçının əmək pensiyası hesablanarkən bütün əlavələr nəzərə alınmış və tərəflərindən əmək pensiyasının hesablanması düzgün aparılmışdır. X5 qeydlərə əsasən keçmiş müddət üçün ödənilməsi nəzərdə tutulmuş 9475.05 manat məbləğinin tam həcmdə iddiaçıya ödənildiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrası haqqında iddiadır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı pensiya məbləğinin 71 manat azaldılmasının qanunusuz hesab edilməsi və həmin məbləğin bərpa edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, xx.xx.2021-ci il tarixdən iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanmış, 2782.03 manatdan azaldılaraq İddiaçı həqiqi ödənilməli məbləğ olan 2450.91 manat müəyyən edilmişdir....İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumilikdə 7922.95 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən artıq ödənilmiş 7922.95 manatın bir hissəsi (4000 manat) Filialın bank hesabına köçürülmüş, geridə 3922.95 manat artıq ödənilmiş məbləğ qalmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.2-ci maddəsinə əsasən əmək pensiyasından və əmək pensiyasına əlavənin məbləğinə görə tutulan məbləğ başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Qeyd olunan qanunvericilik normasının tələblərinə əsasən, iddiaçıya artıq ödənilmiş qalıq 3922.95 manat pul vəsaiti xx.xx.2021 -ci il tarixli tutulmaya razılıq haqqında ərizəyə və qanunvericiliyin tələblərinə uyğun qaydada xx.xx.2021 -ci il tarixdən etibarən əmək pensiyasının minimum 10 faizi miqdarında (245.18 manat) tutulmaqla bərpa edilmişdir. İddiaçı tərəfindən sonradan təqdim edilmiş əməkhaqqına dair arayışa əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yenidən hesablanaraq 2711.76 manata çatdırılmış və keçmiş müddət üçün hesablanmış 9475 manat (27 aprel 2021-ci il tarixdə Filialın bank hesabına ödənilmiş 4000 manat məbləği də daxil olmaqla) pul vəsaiti xx.xx.2022-ci il tarixdən etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunmaqla ödənilmişdir. xx.xx.2022-ci il tarixdən etibarən “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli sərəncamına əsasən İddiaçı aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı pensiyasının yenidən hesablanması zamanı bütün əlavələr nəzərə alınmaqla əmək pensiyasının yekun məbləği 2982.94 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçının əmək pensiyası hesablanarkən bütün əlavələr nəzərə alınmış və əmək pensiyasının hesablanması düzgün aparılmışdır. X5 qeydlərə əsasən keçmiş müddət üçün ödənilməsi nəzərdə tutulmuş 9475.05 manat məbləğinin tam həcmdə iddiaçıya ödənildiyi müəyyən edilmişdir. Məhkəmənin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-1266/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı iş materiallarında olan pensiya işində olan sənədlər və hesablamalar nəzərə alınanda cavabdehin etirazında qeyd etdiyi hesablamalar düzgün aparılmışdırmı?

2. Həmin hesablamalar əsasında İddiaçı pensiyasının hesablanmasında 71 manat azalma mövcud olmuşdurmu? Azalma olmuşdursa, bu azalma əsaslı olmuşdurmu?

3. Hazırda İddiaçı ödənilən pensiya məbləğinin hesablanmasında əsassız azaldılma varmı? Varsa həmin məbləğ nə qədər təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 dekabr 2023-cü il tarixli, 3-16-16/2-9/8016/2023 saylı məktubu ilə iş üzrə ekpert rəyi məhkəməyə təqdim edilmiş, rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə və mütəxəssis rəyinə əsasən İddiaçı əmək pensiyası üzrə ötən dövr üçün hesablanmış 9475,05 manat (İddiaçı tərəfindən 27 aprel 2021-ci il tarixində Mərkəzi Filialın bank hesabına ödənilmiş 4000,00 manat və əmək pensiyasından tutulmuş 2206,62 manat nəzərə alınmaqla) pul vəsaiti xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülməsi və Əmək Pensiyaları haqqında Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4cü maddəsinə əsasən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən 2982.94 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 3421.43 manata artırılaraq ona ödənilməsi müəyyən edilir. Ekspert rəyindən göründüyü kimi, İddiaçı iş materiallarında olan pensiya işində olan sənədlər və hesablamalar nəzərə alınanda cavabdehin etirazında qeyd etdiyi hesablamalar düzgün aparılmışdır və İddiaçı ödənilən pensiya məbləğinin hesablanmasında əsassız azaldılma müəyyən edilmir. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinası qanunvericiliyə uyğun olmuşdur və ona görə də iddia rədd edilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edisin. 100 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar