Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2487/2025 18.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayon Mərkəzi Xəstəxanasına qarşı iş üzrə (Açar sözlər: forma 88 bildirişinin əlillik altsisteminə əlavə edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayon Mərkəzi Xəstəxanasına qarşı “forma 88 bildirişinin əlillik altsisteminə əlavə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, forma 88 bildirişinin əlillik altsisteminə əlavə edilməsini istəyir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı xx.xx.1968-ci il də Naxçıvan Muxatar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” Publik hüquqi şəxsi tərəfindən İİ barmağın orta falanqa əsası səviyyəsindən, İİİ barmağın proksimal falanqalararası oynaq səviyyəsindən, amputasiyasından sonrakı vəziyyət, sümük güdülərə aid pataloji dəyişiklik izlənmir. İV barmağın distal falanqalararası oynaq səviyyəsindən “çəkic barmaq” deformasiya olması və müayinə sahəsinə daxil olan sümüklərdə osteoparoz mövcud olması diaqnozu qoyulmuşdur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası ƏƏSMN tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza mərkəzinə mənə əlillik təyin edilməsi üçün müraciət etmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə imtina verilərək, diqanozunun əlilliyin müəyyən olunması meyyarlarında qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı bildirilmişdir. Qeyd olunan hal iddiaçının qüvvədə olan qanunvericiliklə sosial təminat hüququnu pozduğu üçün cavabdeh tərəfindən verilmiş imtinanın ləğv edilməsi və onun Azərbaycan Respublikası ƏƏSMN tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza mərkəzində komissiyada keçməyi barədə qərar verilməsi zəruridir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən xx.xx.2024-cü il tarixli, 11053 saylı imtina aktından görünür ki, İddiaçı əliliyin qiymətləndirilməsi məqsədilə tibb müəssisələrinin həkim məsləhət komissiyasına müraciət etmişdir, xx.xx.2024-cü il tarixdə keçirilən həkim məsləhət komissiyasının iclası zamanı onun sağ əlin İİ-İİİ barmaqların amputasiyası, İV barmaq bitişmiş sınığı diaqnozunun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmasın meyarlarında” qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsin 31 yanvar 2024-cü il tarixli, ********** saylı arayışında iddiaçıya sağ əlin İİ, İİİ barmaqlarının birinci falanqalararası oynaqdan amputasiyadan sonrakı qüsurlu güdülləri, İV barmağın orta falanqanın qeyri-düzgün bitişmiş sınığı, barmağın deformasiyası, İİ, İİİ barmaqların amputasion güdüllərinin kantrakturası, İV, V barmaqların açıcı-bükücü kantrakturası, əlin qısa əzələlərinin lupotrofiyası, sümüklərin yayılmış osteoporozu, daimi ağrı sindromu, sağ əlin tutma funksiyasının pozulması diaqnozu qoyulmuşdur. Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun sağ əlin PA proyeksiyada rentgenoqrammasında qeyd edilmişdir ki, İİ barmağın orta falanqa əsası səviyyəsindən; İİİ barmağın proksimal falanqalararası oynaq səviyyəsindən; amputasiyasından sonrakı vəziyyət: sümük güdüllərə aidpataloji dəyişiklik izlənmir. İV barmağın distal falanqalararası oynaq səviyyəsindən "çəkic barmaq" deformasiyası qeyd edilir. Müayinə sahəsinə daxil olan sümüklərdə osteoparoz mövcuddur. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı “forma 88” bildirişinin əlillik altsisteminə əlavə edilməsini istəyir. Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən xx.xx.2024-cü il tarixli, 11053 saylı imtina aktında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilən həkim məsləhət komissiyasının iclası zamanı onun sağ əlin İİ-İİİ barmaqların amputasiyası, İV barmaq bitişmiş sınığı diaqnozunun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarında” qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: baş barmaq daxil olmaqla, iki barmağın olmaması və ya funksional yararsız 13.3.15. 40 müddətsiz vəziyyətdə ankilozu (kəskin kontrakturası) baş barmaq daxil olmaqla, üç barmağın olmaması və ya əlin tutma 13.3.16. 50 müddətsiz funksiyasının pozulmasına səbəb olan qüsurlu vəziyyətlər bir əldə ardıcıl üç barmağın olmaması 13.3.17. və ya funksional yararsız vəziyyətdə 40 müddətsiz ankilozu (kəskin kontrakturası) baş barmaq daxil olmaqla, dörd barmağın olmaması və ya funksional 13.3.18. 50 müddətsiz yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası) hər iki əldə əl darağı sümükləri ilə birgə 13.3.19. 85 müddətsiz İİ-V barmaqların olmaması bir əldə beş barmağın olmaması və ya 13.3.20. funksional yararsız vəziyyətdə ankilozu 50 müddətsiz (kəskin kontrakturası) on barmağın olmaması və ya 13.3.21. funksional yararsız vəziyyətdə ankilozu 100 müddətsiz (kəskin kontrakturası) Lakin iddiaçıda mövcud olan diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2487/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2487/2025
18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver