Məhkəmə qərarları › İş №2-1(118)-249/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-249/2021

19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-249/2021 19.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X6 (işləyən, Şabran rayonu Surra kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerlə.ən mərhum atası X3 məxsus 0.24 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən avtomobillərə servis xidməti məntəqəsi üzərində atası X2 mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi B.İbrahimov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini cavabdehlər sırasından çıxararaq 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 11.08.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh kimi prosessual iştirakına xitam verilmiş və o,üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək izah etdi ki, Dəvəçi (indiki Şabran) rayon XDS-nin 30 aprel 1994-cü il tarixli 4 nömrəli qərarı ilə ataları X2 müraciəti, N.Nərimanov adına südçülük tərəvəzçilik sovxozu əmək kollektivi şurasının 26 fevral 1994-cü il tarixli 02 saylı iclasının qərarı, sovxoz rəhbərliyinin 26.02.1994-cü il tarixli aktı, “Azəravtoyol” Dövlət şirkətinin 28.04.1994-cü il tarixli 01/966 saylı məktubu nəzərə alınmaqla X3 avtomobillərə servis xidməti, iaşə və məişət obyektləri, habelə mehmanxana tipli kotteclərin tikintisi üçün Dəvəçi şəhərinin cənub girəcəyində, Bakı-Quba avtomagistralının 121-ci kilometrində, yoldan 30 metr aralı məsafədə, N.Nərimanov adma sovxozun yararsız torpaq sahələrinə aid olan 507-ci məhəlləsində aidiyyatı təşkilatlarla razılaşdırılmış sxem əsasında 0.24 hektar torpaq sahəsi ayrılmışdır. X2 adına həmin torpaq sahəsinə dair torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. 1994-cü ildə B.İbrahimov qeyd olunan torpaq sahəsində avtomobillərə servis xidməti məntəqəsi inşa etmişdir. Sonradan Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Surra” avtomobillərə servis xidməti məntəqəsinin layihəsi hazırlanmış və həmin obyektin istismarına icazə sənədi alınmışdır. X5 25.09.2018-ci il tarixdə vəfat etmiş, həmin daşınmaz əmlaka dair ilkin hüquqməyyənedici sənədlərin olmasına baxmayaraq, o, sağlığında həmin daşınmaz əmlaka dair adma hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almamışdır. Ona görə də iddiaçının müraciəti, miras qoyanla qohumluq əlaqəmi təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında atası X2 adına vərəsəlik işi açılmış və Şabran rayon Notariat Ofisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (Xidməti) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 05.11.2019-cu il tarixli, 179 nömrəli məktub ünvanlayaraq qeyd olunanlarla bağlı X4 məxsus olan əmlak barəsində daşınmaz əmlakın reyestrindən çıxarışı sorğunu təqdim etmiş şəxs vasitəsi ilə Şabran rayon Norariat Ofisinə göndərilməsi xahiş edilmişdir.DƏDRXnin 5 saylı Ərazi İdarəsi tərəfindən 04.12.2019-cu il tarixli məktubla müraciət təmin edilməsindən imtina edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, qeyri-yaşayış binasının inşa edilməsinə icazə barədə qərar ərizəyə əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1 maddəsinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi -qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar təqdim edilməlidir. Qeyri-yaşayış binası ərizəyə əlavə edilmiş layihəyə uyğun inşa edilməmişdir və tikilinin 74.9 kv.metr hissəsi sənəd üzrə olan torpaq sahəsindən kənarda, zəbt edilmiş torpaq sahəsində yerləşir. Qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin bir hissəsi Bakı-Rusiya avtomobil yolunun mühafizə zolağına düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından 04.12.2019-cu il tarixli, **********65 nömrəli məktubla imtina olunmuşdur. İş materiallarında olan : - Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş 01.06.2018-ci il tarixli 104 saylı arxiv arayışından görünür ki, Şabran (keçmiş Dəvəçi) rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli 013 saylı iclas protokolundan çıxarışdan görünür ki, X3 avtomobillərə servis xidməti, iaşə və məişət obyektləri, habelə mehmanxana tipli kotteclərin tikintisi üçün Dəvəçi şəhərinin cənub girəcəyində, Bakı-Quba avtomagistralının 121-ci kilometrində, yoldan 30 metr aralı məsafədə N.Nərimanov adına sovxozun yararsız torpaq sahələrinə aid olan 507-ci məhəlləsində aidiyyatı təşkilatlarla razılaşdırılmış sxem əsasında 0.24 hektar torpaq sahəsi ayrılmışdır. - 02.10.2018-ci il tarixli 944288 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 25.09.2018-ci il tarixdə vəfat etmişdir. - Б № 004020 nömrəli dövlət aktından görünür ki, həmin dövlət aktı X3 ayrılmış 0,24 ha torpaq sahəsinə dair verilmişdir - Avtomobillərə servis xidməti məntəqəsi 05 nömrəli 24.10.2019-cu il tarixli istismarına icazə sənədindən görünür ki, həmin sənəd X4 məxsus Şabran rayon M.Ə.Rəsulzadə küçəsində yerləşən avtomobillərə servis xidməti məntəqəsinə dair tərtib edilmişdir. - ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14.04.2021-ci il tarixli mütəxəssis və 10/2189 nömrəli ekspert rəyindən görünür ki, Б № 004020 nömrəli dövlət aktına əsasən X2 mülkiyyətinə verilmiş 0,24 ha torpaq sahəsinin sənədindəki sxemdə kordinatlar olmadığından həmin yerin naturadakı koordinatlarını müəyyən etmək olmamışdır. Elektron baza məlumatlarında Б № 004020 nömrəli dövlət aktı mövcud deyildir. Lakin faktiki kordinatlarına əsasən həmin torpaq sahəsinin və üzrərində tikilmiş qeyri-yaşayış sahəsinin Bakı-Rusiya avtomobil yolununun mühafizə zolağına düşməsi aşakr olunmuşdur. İddiaçı faktiki istifadə etdiyi 0.29 ha torpaq sahəsinin 0.1924 ha hissəsi, həmin torpaq sahəsinin üzərində inşa edilmiş 508 kv m tikilinin isə 369 kv m hissəsi Bakı– Rusiya avtomobil yolunun mühafizə zolağına düşür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur ...8.0.9 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1- dək) inşa edilmiş tikililərə dair:…8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 saylı əmri ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 43-cü bəndində isə göstərilir ki, dövlət torpaqlarında, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş (və ya qanuni yolla əldə edilmiş) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə, torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və s.), obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu, dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim edilməsi tələb olunur. Beləliklə, qanunvericiliyin müəyyən etdiyi qaydalar onu tələb edir ki, 2013-cü ilin yanvar ayının 1-dəık inşa edilmiş tikililər üçün icazə sənədi mövcud olmalıdır ki, həmin qeyriyaşayış sahəsinin dövlət reyestrindən ilkin qeydiyyatının aparılması mümkün olsun. Lakin, iddia tələbində göstərilən tikililərin inşa edilməsinə icazə sənədinin verilməsi müəyyən edilmədi. Bundan başqa məhkəmə araşdırması zamanı inşa edilmiş tikilinin Bakı-Rusiya yolunun mühafizə zolağına düşməsi müəyyən edilmişdir ki, bu hal da cavabdehin imtina etməsi üçün əsas sayılır. Belə ki, “Avtomobil yolları” haqqında Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə əsasən ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) fəaliyyəti ilə əlaqədar olan tikililər və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin və qurğuların yerləşdirilməsi qadağandır. Məhkəmə qeyd edir ki, ayrıca qərardadla iddia tələbinin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair hissəsi mümkün sayılmamışdır. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə ekspertizanın keçirilməsinə sərf edilmiş 50 (əlli) manat pul vəsaiti və mütəxəssis rəyinin verilməsi üçün sərf edilmiş 311 manat iddiaçıdan tutularaq müvafiq olaraq Az.MEM, VÖEN**********, Dövlət Xəzinəda.rlığı Agentliyi, KOD 210005,VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba və Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin "xxxx" ASC-nin Xətai filialında olan AZ23AllB********************8 saylı hesaba ödənilməlidir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0.24 ha torpaq sahəsi üzərində yerləşən avtomobillərə servis xidməti məntəqəsi üzərində atası X2 mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 50 (əlli) manat ekspertiza xərcləri və 311 (üç yüz on bir) manat tutularaq müvafiq olaraq Az.MEM, VÖEN**********, X7, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba və Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin "xxxx" ASC-nin Xətai filialında olan AZ23AllB********************8 saylı hesabına ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar