Məhkəmə qərarları › İş №2-1(118)-2493/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2493/2022

19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2493/2022 19.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şabran rayon Sincanboyad (indiki Dəvəçi) Bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2006-cı il tarixli, 76 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışır ki, Dəvəçi (indiki Şabran) rayon Sincanboyad bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 72 saylı qərarı ilə fərdi mənzil tikmək məqsədi ilə, iddiaçıya 0.12 ha torpaq sahəsi satılmışdır. Torpağın dəyəri tərəfindən ödənildikdən sonra torpağın alqı-satqısına dair akt tərtib olunmuş və həmin akt xx.xx.2006-cı il tarixdə 338 nömrə ilə qeydiyyata alınmışdır. DTXK-mn Dəvəçi rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin kadastr planı tərtib edilmiş və dövlət torpaq kadastr kitabında uçota alınmışdır. Şabran rayonu Sincanboyad kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün DƏDRXin 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət edilmiş, Ərazi İdarəsi tərəfindən verilən cavab məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizəyə əlavə olunmuş Dəvəçi (Şabran) rayonu, Sincanboyad bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 72 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsinin koordinatları 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə kəsişir, iddia ərizəsinə əlavə etdiyi Dəvəçi rayon Sincanboyad bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 72 nömrəli qərarından görünür ki, İddiaçı fərdi mənzil tikilməsi üçün bələdiyyənin alqı-satqı predmeti olan torpaq sahəsindən 0.12. ha torpaq sahəsinin satılması qərara alınmışdır; Dəvəçi rayon Sincanboyad bələdiyyəsi ilə İddiaçı arasında bağlanılmış torpaqların alqı-satqısına dair aktdan görünür ki, həmin alqı-satqı aktı bələdiyyənin İddiaçı 0.12 ha torpaq sahəsinin satılması barədədir; DTXK-nin Dəvəçi rayon Şöbəsi tərəfindən tərtib edilmiş **********2000015 nömrəli torpaq sahəsinin kadastr planından görünür ki, həmin kadastr planı Dəvəçi rayon Sincanboyad bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 72 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0.12. ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir; xx.xx.2006-cı ıl tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Dəvəçi rayon Sincanboyad bələdiyyəsinin hesabına torpaq satışına görə 240 manat ödənilmişdir. Cavabdeh DƏDRX-in 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı Şabran rayonu Sincanboyad kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlak reyestrində qeydə alınması və həmin daşınmaz əmlaka dair adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə birlikdə toplanmış sənədlər Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəmənin Qərardadı əsasında ekspertiza təyin olunmuş, xx.xx.2021-ci il tarixli ekspert rəyi əsasında məlum olmuşdur ki, **********825 reyestr nömrəli reyestrdən çıxarışa əsasən verilmiş torpaq sahəsi ilə İddiaçı torpaq sahəsinin 312 kv.metr hissəsi üst-üstə düşür, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-28/2021 saylı Qərarında qeyd edilmişdirki, iddiaçıya torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun satılsa da, həmin torpaq hazırda hüquqi cəhətdən yüklü olduğundan digər mülkiyyətçilərə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilmədən iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun qeydə alınması mümkün deyildir. Məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin digər şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üstüst düşməsi faktı öz təsdiqini tapdığından məhkəmə bununla bağlı cavabdehin imtina bildirişinin dəlilini əsaslı hesab edir. DƏDKR-in 5 saylı Xaçmaz Ərazi idarəsinə sorğu göndərilərək, Şabran rayonu Sincanboyad kəndi ərazisində yerləşən 0.12 ha orpaq sahəsi üzərində vətəndaş X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş edilmiş, 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizənizə əlavə olunmuş Dəvəçi (Şabran) rayonu, Sincanboyad Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 72 saylı qərarı ilə ayrılmış 0.12 ha torpaq sahəsinin İdarənin elektron məlumat bazasında olan xəritəyə əsasən 10.5 kv.m hissəsi X3 mülkiyyətində olan və 469.0 kv.m hissisi X5 mülkiyyətində olan torpaq sahələri ilə kəsişir.DƏDKR-in 5 saylı Xaçmaz Ərazi idarəsinə sorğu göndərilərək, Şabran rayonu, Sincanboyad kəndi ərazisində yerləşən torpaq sahəsinə dair vətəndaş X3 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın və torpaq sahəsinə dair vətəndaş X5 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ləğv edilmədiyi halda həmin çıxarışların surətini məhkəməyə təqdim olunması üçün göndərilməsi xahiş edilmişdir. Cavab məktubunda bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 2.4 maddəsinə əsasən Hüauqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə oaydasında həll edilir və ərizədə qeyd olunan Şabran rayonu, Sincanboyad kəndində yerləşən 0.10 ha torpaq sahəsinə dair vətəndaş X3 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən **********28 reyestr nömrəli çıxarışın və 0.10 ha torpaq sahəsinə dair vətəndaş X5 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən **********25 reyestr nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Eyni zamanda bildirilmişdir ki, sənədlərin surəti məhkəmə qərarı əsasında verilə bilər. Sumqayıt inzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-28/2021 saylı Qərarından qeyd edilmişdirki, Dəvəçi rayon Sincanboyad bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli 76 nömrəli qərarı ilə X6 0.10 torpaq sahəsi ayrılmış və onun adına MH seriaylı ******* saylı (**********825 reyestr nömrəli) reyestrdən çıxarış tərtib edilmişdir.Qeyd edilənlərdən məlum olur ki, İddiaçı Dəvəçi (indiki Şabran) rayon Sincanboyad bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 72 saylı qərarı ilə fərdi mənzil tikmək məqsədi ilə 0.12 ha torpaq sahəsi satılmışdır, X6 isə İddiaçı torpaq sahəsi satılandan sonra, Dəvəçi rayon Sincanboyad bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli 76 nömrəli qərarı ilə 0.10 torpaq sahəsi ayrılmışdır, ilk olaraq həmin torpaq sahəsini İddiaçı əldə etdiyinə görə, Dəvəçi rayon Sincanboyad bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli 76 nömrəli qərarı ilə X5 adına olan 0,10 ha torpaq sahəsinə dair MH seriaylı ******* saylı (**********825 reyestr nömrəli) reyestrdən çıxarış ləğv edilməsi ilə əlaqədar Sumqayıt inzibati Məhkəməsinə verilmişdir. Sumqayıt İnzibati Məhkəməsində 2-1(118)-1545/2022 saylı inzibati iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinə müvafiq sorğu göndərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə, X5 adına olan MH seriaylı ******* saylı (**********825 reyestr nömrəli) reyestrdən çıxarışın ləğv edilməsi öhdəliyinin icrası barədə qaldırılmış iddia ərizə üzrə, xx.xx.2022-ci il tarixində keçirilən 2-1(118)-1545 saylı inzibati iş üzrə məhkəmə iclası zamanı, DƏDKR-in 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********22 saylı məktubundan məlum oldu ki, X7 həmin torpaq sahəsini Siyəzən rayon Dövlət notariat kontorunun xx.xx.2008-ci il tarixli, 4Ə-218 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmiş, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X4 mülkiyyət hüququ tanınmışdır. Eləcədə həmin məhkəmə iclasında, yuxarıda qeyd olunan məktuba Dəvəçi rayon Sincanboyad Bələdiyyəsinin(hal-hazırda Şabran rayonu Dəvəçi Bələdiyyəsi) xx.xx.2006-cı il tarixli 76 saylı qərarını, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyini və torpaqların alqısatqısına dair aktını əlavə etdiyinə görə, o, həmin sənədlər ilə rəsmi olaraq tanış olmuş, məktuba Dəvəçi rayon Sincanboyad Bələdiyyəsinin (hal-hazırda Şabran rayonu Dəvəçi Bələdiyyəsi) xx.xx.2006-cı il tarixil 76 saylı qərarının ləğv edilməsi zərurəti yarandığına görə, bu barədə Dəvəçi rayon Sincanboyad Bələdlyyəsinə (hal-hazırda Şabran rayonu Dəvəçi Bələdiyyəsi) müraciət olunaraq, X5 adına olan Dəvəçi rayon Sincanboyad Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 76 saylı qərarın ləğv edilməsini, əks təqdirdə inzibati məhkəməyə müraciət edilməsi üçün Dəvəçi rayon Sincanboyad Bələdiyyəsinin 16,10.2006-cı il tarixli 76 saylı qərarını, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyini və torpaqların alqı-satqısına dair aktının təsdiqlənmiş surətlərini göndərilməsi xahiş olunmuşdur. Şabran rayonu Dəvəçi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə sorğuda göstərilən sənədlərin surətlərini göndərərək, eyni zamanda bildiririlmişdir ki, X5 adına olan Dəvəçi rayon Sincanboyad Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 76 saylı qərarın ləğv edilməsi məhkəmə Qərarı əsasında həll edilməlidir. Qeyd edilənləri nəzərə alıb, İddiaçı Dəvəçi (indiki Şabran) rayon Sincanboyad bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli 72 saylı qərarı ilə fərdi mənzil tikmək məqsədi ilə 0.12 ha torpaq sahəsinə mülkiyyət sənədi ala bilməsi üçün X5 adına olan Dəvəçi rayon Sincanboyad Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 76 saylı qərarın məhkəmə qaydasında ləğv edilməsi zərurəti yarandığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, X5 adına verilmiş xx.xx.2006-cı il tarixli, 76 nömrəli qərarın ləğv edilməsinə etirazlarının olmamasını bildirmişdir. Qeyd edilənləri nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs iddiaya baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Dəvəçi Bələdiyyəsinin 39 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu, 174 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu, Şabran rayon Sincanboyad (indiki Dəvəçi) Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 76 saylı qərarının təsdiqlənmiş surəti, Şabran rayon Sincanboyad (indiki Dəvəçi) Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 72 saylı qərarının təsdiqlənmiş surəti, alqı-satqı aktının təsdiqlənmiş surəti, bələdiyyəyə ödənilmiş ödəniş qəbzinin surəti Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-28/2021 nömrəli Qərarının surəti, DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 nömrəli, xx.xx.2022-ci il tarixli və **********07 nömrəli, xx.xx.2022-ci il tarixli məktublar və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun Şabran rayon Sincanboyad (indiki Dəvəçi) Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 72 saylı qərarının verildiyi vaxtdan yaranmış olur. Dəvəçi Bələdiyyəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan qərar Dəvəçi Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə Dəvəçi Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, Dəvəçi Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2006-cı il tarixli, 76 nömrəli qərar iş materiallarından məlum olur ki, sözügedən qərar iddiaçı tərəfindən xx.xx.2022-ci əldə olunmuş və xx.xx.2022-ci ildə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddətə riayət olunmuşdur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar Dəvəçi Bələdiyyəsi tərəfindən qəbul edildiyinə və həmin təşkilatın yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğuna görə hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazır ki, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şabran rayon Sincanboyad (indiki Dəvəçi) Bələdiyyəsinin 0610.2006-cı il tarixli 72 nömrəli qərarı ilə 0.12 ha torpaq sahəsi, fərdi mənzil tikilməsi üçün İddiaçı satılmışdır. İddiaçıya sonradan məlum olmuşdur ki, Bələdiyyəsin 76 nömrəli, xx.xx.2006-cı il tarixli qərara əsasən istifadədə olan torpaq sahəsi X1, o da öz növbəsində torpaq sahəsini başqa şəxslərə satmıdır. İddiaçı müvafiq qərarın bələdiyyə tərəfindən qanunsuz yolla qəbul edildiyi qənaətinə gələrək, ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Şabran rayon Sincanboyad (indiki Dəvəçi) Bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli 76 nömrəli qərarını araşdıraraq hesab edir ki, qeyd olunan qərarın bələdiyyə tərəfindən qəbul edilməsi qanunamüvafiq deyil. Belə ki, iş matariallarına əlavə edilmiş Şabran rayon Sincanboyad (indiki Dəvəçi) Bələdiyyəsinin qərarlarına nəzər yetirdikdə eyni topaq sahəsinə dair iddiaçıya ayrılmış bələdiyyə qərarı daha əvvəlki tarixə təsadüf edildiyindən, X6 ayrılmış torpaq sahəsinə dair bələdiyyə qərarının qanunamüvafiq qaydada qəbul edilməməsinə dəlalət edir. Eyni zamanda Dəvəçi Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanan 174 saylı xx.xx.2022-ci il tarixli məktubundan bəlli olur ki, bələdiyyə mübahisə predmeti olan qərarın ləğv edilməsinə etiraz etmir. Belə olan halda Şabran rayon Sincanboyad (indiki Dəvəçi) Bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli 76 nömrəli qərarı əsassız olaraq qəbul edildiyindən ləğv edilməlidir. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün 15 yanvar 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Başqa sözlə desək Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli Plenum qərarına əsasən bələdiyyələr maraqlı şəxslərin hüquqlarına toxunan qərarlarını ləğv etmək səlahiyyətinə malik deyillər. Dəvəçi bələdiyyəsi qanunun tələblərini pozmaqla qəbul etdiyi mübahisə predmeti olan qərar iddiaçının hüquqlarını pozduğundan Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alan məhkəmə hesab edir ki, mübahisə predmeti olan Dəvəçi bələdiyyəsinin qərarı qanunsuz inzibati aktdır və ləğv olunmalıdır. Belə ki, İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu səbəbdən də şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şabran rayon Sincanboyad (indiki Dəvəçi) Bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli 76 nömrəli qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. Nəzərə alınmalıdır ki, qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələbləri baxımından torpaq sahələri inzibati orqan tərəfindən şəxsə istifadəyə verilərkən müvafiq qərar əsasında, icarəyə verilərkən müvafiq icarə müqaviləsi əsasında verilir. Belə ki, 50.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədəçatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Şabran rayon Sincanboyad (indiki Dəvəçi) Bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli 76 nömrəli qərarı İddiaçı hüquqlarını pozduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Şabran rayon Sincanboyad (indiki Dəvəçi) Bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli 76 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar