Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2498/2024 20.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin müddətsiz təyin edilməsi və vurduğu mənəvi zərərə görə 5000 manat kompensasiyanın tutulması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin müddətsiz təyin edilməsi və vurduğu mənəvi zərərə görə 5000 manat kompensasiyanın tutulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-cü ildə anadan olmuşdur. xx.xx.2016-cı ildən “Astiqmatİzm OU-mürəkkəb hipermetropik astiqmatİzm HM 7.0 dərəcə və 6.0 dərəcə VİZUS OD-1.0 (vahid) VİZUS OS-0,04 k/etmir (yüzdə dörd)” əsas diaqnozla Sumqayıt şəhər 1 №-li Xəstəxananın Poliklinika şöbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 12 saylı TSEK tərəfindən ona mənə xx.xx.2016-cı ildə “Qabarıq asteno nevrotik sindrom. Kəllə daxili hipertenziya. OS-mürəkkəb hipermetropik astiqmatİzm. OS-refraksion ambiolopiya. VİSOD-1,0 (vahid), VİSOS-0,03 (yüzdə üç). Xroniki dəmir defisi anenıiya” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2021-ci il təyin edilmişdir. Əlillik dərəcəsinin təyini məqsədilə xx.xx.2021-ci ildə qeydiyyatda olduğu 1 №-li Sumqayıt Xəstəxanısının Poliklinika Şöbəsi TQS № 088 formalı 0531003AALSX saylı göndərişlə tibbi sənədləri Tİbbi-Sosial Ekspertiza və Reablitasİya Xidməti Agentliyinə göndərilmişdir. Göndərişə qədər xx.xx.2021-ci ildə Akademik Z.Əliyeva adma Milli Oftalmologiya Mərkəzində və xx.xx.2021-ci ildə Sumqayıt 4 №-İi şəhər xəstəxanasında stasionar müalicə almışdır. Əsas diaqnozla (Astiqmatİzm OU- mürəkkəb hipermetropik astiqmatİzm HM 7.0 dərəcə və 6.0 dərəcə VİZUS OD-1.0 (vahid) VİZUS OS-0,04 k/etmir (yüzdə dörd)) yanaşı göndərişdə yanakı xəstəliklər də qeyd edilmişdir. Həmçinin göndəriş zamanı onda “Monokulyar Korluq VİZUS OD-1,0 (vahid) VİZUS 05- Q04 k/etmir (yüzdə dörd) ağırlaşma halı” qeyd edilmişdir. TSEK-nin xx.xx.2021-ci il tarixli cavabı ilə əlilliyin təyinindən imtina olunmuşdur. İmtinaya səbəb kimi sənəddə “şəxsin son 6 ay ərzində 2 fərqli xəstəlik əsasında göndərişinin rəsmiləşdirilməsinin mümkün olmaması” göstərilmişdir. O, imtina ilə razılaşmamış və məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Qərarın icrası kimi cavabdeh əlilliyin təyin edilməsi barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul etmiş, lakin əlilliyi 5 il müddətinə təyin etmişdir. Halbuki, iddiaçının səhhətinin vəziyyəti və qoyulmuş diaqnozlar ona əlilliyin müddətsiz təyin edilməsinə əsas vermişdir. Bununla bağlı o, cavabdehə şifahi qaydada müraciət edərək əlilliyin müddətsiz təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı müvafiq iddai ilə müraciət etməsi üçün iddia müddətini ötürmüşdür. İddiaçının qaldırdığı iddia mübahisələdnirmə növündə baxılan iddia olduğundan o, qanunvericilikl müəyyən edilmiş iddia müddəini ötürmüşdür. Bundan başqa iddiaçı kompensasiyanın ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının əlilliyin təyin edilməsi barədə qərarın dəyişdirilməsini tələb edir ki, bu iddialar mübahisələndirilən növündə baxılan iddialara aiddir. Cavabdehin qbul etdiyi qərar xx.xx.2021-ci il tarixə aid olsa da, iddiaçı hazırki iddianı xx.xx.2023-cü il tarixdə qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın iddiaçıya vaxtında məlum olması mübahisələndirilmir. İddiaçı qeyd olunan qərarla onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi və ya dəyişdirilməsi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qərarın 2.3-cü bəndinə görə Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın iddiaçıya məlum olduğu vaxtdan o, iddia ərizəsi ilə məhkəməyə 1 ildən çox müddət keçdikdən sonra müraciət etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia müddətinin bərpa edilməsi barədə vəsatətlə müraciət etmək üçün hüquqi yardımın göstərilməsinə ehtiyac qalmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, vurulmuş zərərə hgörə kompensasiyanın ödənilməsi üçün ilkin olaraq cavabdeh obzibati orqana müraciət edilməsi tələb olunur. Lakin iddiaçı bu tələblə bağlı cavabdehə müraciət etməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Belə olan halda həmin tələb də məhkəmə tərəfindən mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin müddətsiz təyin edilməsi və vurduğu mənəvi zərərə görə 5000 manat kompensasiyanın tutulması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2498/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2498/2024
20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver