Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-25/2021 01.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iddiaçının qonşuluğunda, onun qanuni istifadəsində olan torpaq sahəsinə bitişik fəaliyyət göstərən “Azəri qardaşları” özəl ticarət mərkəzi üçün texniki pasport tərtib edilməsi prosesində, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə açılan giriş-çıxış qapılarını nəzərdə tutan texniki pasportun tərtib edilməsindən çəkinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçının qonşuluğunda, onun qanuni istifadəsində olan torpaq sahəsinə bitişik fəaliyyət göstərən “Azəri qardaşları” özəl ticarət mərkəzi üçün texniki pasport tərtib edilməsi prosesində, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə açılan giriş-çıxış qapılarını nəzərdə tutan texniki pasportun tərtib edilməsindən çəkinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün cavabdeh inzibati orqana müraciət etmiş, iddiaçının tələbi təmin edilməmiş, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. “Azəri qardaşları” Özəl Ticarət Mərkəzi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 584,1 kv. metr qeyri-yaşayış sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X2 mülkiyyətindədir. Həmin əmlakın yerləşdiyi 1,81222 ha torpaq sahəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 336 saylı icarə müqaviləsinə əsasən Komitə tərəfindən iddiaçının icarəsinə verilmişdir. İddiaçının icarə hüququ, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Beləliklə, həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ qanuni əsaslarla rəsmiləşdirilmişdir. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən, iddiaçının qonşuluğunda, onun qanuni istifadəsində olan torpaq sahəsinə bitişik fəaliyyət göstərən “Azəri qardaşları” özəl ticarət mərkəzi üçün texniki pasport tərtib edilməsi prosesində, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə açılması nəzərdə tutulan giriş qapıları göstərmək niyyətindədir. Bununla bağlı iddiaçı idarəyə dəvət olunmuş və onun qanuni istifadəsində olan torpaq sahəsinə açılan qapıların açılmasını nəzərdə tutulan texniki pasportun tərtib ediləcəyi idarənin rəisi tərəfindən ona bildirilmişdir. Cavabdeh inzibati orqanın hərəkətləri mülki qanunvericiliyə zidd olmaqla, iddiaçının mülkiyyət və istifadə hüquqlarının pozulmasına yönəlmişdir. Bu hərəkətlər, gələcəkdə iddiaçı ilə 3-cü şəxsin arasında yeni mübahisələrin yaranmasına və digər arzuolunmaz nəticələrə gətirib çıxaracaqdır. MM-nin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki qanunvericiliyin normalarından göründüyü kimi, ünvan 1 ünvanda yerləşən 1,81222 ha torpaq sahəsinə cavabdeh “Azərr qardaşları” özəl ticarət mərkəzi tərəfindən müdaxilə edilməsi qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Məcəllənin 158.4-cü mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə (Mülkiyyətin müdafiəsi) əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. AR Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1 bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İİ bəndinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X7 iştirak etmişdir. İddiaçı izahatında bildirmişdir ki, DƏDRX tərəfindən verilmiş çıxarışla üzərində iddiaçının qanuni istifadə hüququnun qeydiyyata alındığı torpaq sahəsi keçmiş kolxoz bazarının ərazisidir və həmin çıxarış özəlləşdirilmiş Xaçmaz kolxoz bazarının əmlakı və torpaq sahəsinə əsasən verilmişdir. 2000-ci ildə anası X3 direktoru olduğu dövlət mülkiyyətində olan Xaçmaz mərkəzi kolxoz bazarını AR Dövlət Əmlakı Nazirliyindən satın alaraq özəlləşdirmişdir (şəhadətnamələr əlavə olunur). Özəlləşmə prosesi Kolxoz bazarına AR Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşması İdarəsi tərəfindən verilmiş xx xxxx 1998-ci il tarixli texniki pasportundakı göstəricilərə əsasən aparılır. Anası kolxoz bazarını 2006-cı ilin mart ayında övladarına (şəhadətnamə əlavə olunur), onlar isə İddiaçı bağışlayıblar. Bundan sonra da müvafiq olaraq DƏDRX Xaçmaz Ərazi idarəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışla ünvan 2 ünvanında yerləşən 584,1 kv. metr qeyri-yaşayış sahəsi və həmin əmlakın yerləşdiyi 1,81222 ha ölçüsündə olan həmin torpaq sahəsi üzərində istifadə hüququ, xx xxxxxx 2017-ci il tarixli RX seriyalı ******* sayı çıxarışla AR Əmlak Məsəələri Dövət Komitəsi ilə bağladığı xx.xx.2017-ci il tarixli 336 saylı icarə müqaviləsinə əsasən icarə hüququ qeydiyyata alınmışdır. “Azəri qardaşları” ÖTM-nin hal-hazırki sahibi Mübariz Həsənov mülkiyyət hüququnu atası Həsənov Həsənovun “Azərittifaq” tərəfindən özəlləşdirdiyi, sonradan “Azəri qardaşları” ÖTM adlandırdığı binanın ona bağışlanması ilə əldə etmişdir. “Azəri qardaşları” ÖTM-nin məhkəməyə təqdim etdikləri 1998-ci ildə tərtib edilmiş texniki pasportda göstərilən torpaq sahəsinə hüququ guya Azəri qardaşları ÖTM-in ilk sahibi Həsənov Həsən tikilini “Azərittifaq”dan özəlləşmə zamanı əldə etmişdir. Həmin torpaq sahəsi dövlət torpağıdır və sahibkar kimi həmin torpaq sahəsinə qanuni istifadə hüququnu iddiaçı dövlət müəssisəsini özəlləşdirərək qazanmışdır. Ancaq tikilini payçıların əmlakı kimi özəlləşdirməklə Həsən Həsənov dövlət torpağı olan həmin torpaq sahəsinə heç bir hüququ əldə edə blməzdi. “Azəri qardaşları” ÖTM-nın məhkəməyə təqdim etdiyi texniki pasportda sənədin 1998-ci ildə hazırlanması göstərilir. “Azəri qardaşları” ÖTM-nın hal-hazırki sahibi cavabdeh X4 1998-ci ildə “Azəri qardaşları” ÖTM-də heç bir mülkiyyət hüququ olmadığı halda texniki pasportun həmin tarixdə onun adına verilməsi qeyri-mümkündür. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X7 iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmənin suallarına cavab olaraq olaraq bildirmişdir ki, iddiaçı ilə üçüncü şəxsin yanaşı sahələrdə ticarət obyekti fəalyyət göstərir. Hər obyektin ayrı giriş qapıları vardır. Üçüncü şəxs iddiaçının qonşu hissəsindən əlavə qapılar açılmasını, ticarət sahələrindən birbirinə giriş əldə edilməsini istəyir. Bunuda texniki pasportda dəyişiklik edilməklə həyata keçirmək istəyir. İddiaçı bu qanunsuzluğun qarşısını almağa çalışır. Cavabdeh iddiaya etirazında qeyd edir ki, X2 iddia ərizəsində göstərilənlər ona məxsus daşınmaz əmlak üzərində "Azəri Qardaşları” özəl Ticarət Mərkəzi ilə yaranmış mübahisə ilə bağlıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Odur ki, iddia predmeti daşınmaz əmlakla əlaqədar mübahisənin aradan qaldırılması ilə bağlı olduğundan qeyd olunan məsələnin həlli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqların dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Üçüncü şəxs iddiaya münasibətində qeyd edir ki, iddiaçı X1 ƏMDK nin Xaçmaz rayon 5 saylı Ərazi İdarəsinə qarşı verdiyi iddia həm prosessual həm də maddi norma tətbiqi cəhətdən əsassızdır. Birincisi ona görə ki, iddiaçının ehtimal etdiyi hal və fakt əslində mövcüd deyil. Daha doğrusu, ƏMDK nin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddiaçının torpaqları hesabına «Azəri Qardaşları» ÖTM nə heç bir texniki pasport verməyib və vermir, planlaşdırmır. Bu sadəcə olaraq iddiaçının faktiziyasıdır. Həbibovun mülkiyyət və istifadə hüqunu poza bilən hər hansı bir fakt, sənəd və yaxud texpasport hazırlamır. Hətta ƏMDK tərəfindən belə bir sənəd hazılansa da həmin sənədin iddiaçıya və onun mülkiyyətinə heç bir aidiyyəti yoxdur. Həmin sahə 1987 ci ildən «Azəri Qardaşları» ÖTM nə məxsus olsa da iddiaçı bu barədə əsassız mübahisə qaldırır. «Azəri Qardaşları» ÖTM öz sahəsinə məxsus texniki pasportu çoxdan var. Ümumiyyətlə, iddiaçının belə bir iddia verməyə hüququ yoxdur. Cavabdeh ƏMDK si isə hazırkı iş üzrə cavabdeh ola bilməz. Birincisi, iddia ərizəsindən və məhkəmə materiallarından görünür ki, iddiaçı ilə ƏMDK arasında bağlanmış xx.xx.2017-ci il tarixli 336 saylı «İcarə müqaviləsinə» əsasən o, dövlətdən 1,81222 ha torpaq sahəsi icarəyə götürmüşdür. Bu barədə müqavilə məhz Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlamışdır.Sonradan iddiaçı həmin sahədən yalnız 594,1 kv.m sahəni özəlləşdirmiş, qalan sahələr isə hələ də onun icarsində, ƏMDK in isə mülkiyyətində qalmışdır. Torpağın da mübahisəli hissəsi məhz ƏMDK in balansında olan torpaq sahələridir. İddiaçı isə iddianı verməklə iş üzrə Xaçmaz rayon 5 saylı Ərazi İdarəsini işə cəlb etmişdir. Halbuki, Xaçmaz Ərazi İdarəsi yalnız alqı-satqı və icarə müqavilələrini qeydiyyata salan orqandır.O hüquqi şəxş deyil buna görə də məhkəmədə cavabdeh ola bilməz. Torpağın mülkiyyətçisi isə hüquqi şəxş olan ƏMDK-dir və cavabdeh də bu inzibati orqan ola bilər. Bir də ona görə ki, iddiaçı ilə 1.81222 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il 336 saylı «İcarə Müqaviləsi» də məhz ƏMDK (Hazırkı Azərbaycan Respublikası İqtisadiyyəat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti) il bağlanmışdır. Xaçmaz rayon 5 saylı Ərazi İdarəsi isə ƏMDK in filialı yaxud da struktur vahidi sayılır və işə cavabdeh kimi cəlb edilə bilməzdi. Bu prosessual pozuntudur. Mülki qanunvericnin normasına görə Nümayəndəliklər və filiallar hüquqi şəxs deyil və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Filial və nümayəndəliklər aşağıdakı səbəblərdən hüquqi şəxs ola bilməz. Mülki hüquq münasibətlərinin sərbəst subyektləri ola bilməz, birbaşa hüquqi vəzifə və öhdəliklər əldə edə və həyata keçirə bilməzlər. Eyni qaydalar da ƏMDK in Xaçmaz rayon 5 saylı Ərazi İdarəsinə də aiddir. İddiaçı ilk olaraq ehtimal etdiyi pozuntu barəəsində Xaçmaz 5 saylı Ərazi İdarəsinin qanunsuz hərəkəti barəsində (Ona verilmiş cavabla qane olmadıqda məhkəməyə müraciət etməli idi. Cavabdeh kimi cəlb edilmiş inzibati orqanın iddiaçının hüququnu pozan hər hansı bir aktı yaxud gələsəkdə belə bir aktın çıxarılmasına dair hər hansı bir yazılı sübut iş materiallarında yoxdur. 3 şəxs «Azəri Qardaşları» ÖTM da iddiaçının hüqunu poza bilən hər hansı bir hərəkətə də yol verməmişdir. Belə bir mötəbər sübut yoxdur. İddiaçının özü ilə hələ də icarəyə götürdüyü torpaq sahələrinin dəqiq texniki pasportuna malik deyil. Buna görə də mübahisənin hansı sahədə olduğunu dəqiq bilmir. Çünki torpaqları əslində iddiaçı zəbt edib. «Azəri qardaşları» ÖTM orada hər hansı bir «darvaza yaxud da darvazalar» inşa etmir və bunu etməyə də hazırlaşmır. İddiaçı Həbibovanın iş üzrə yeganə sübutu mülkiyyətdə olan əraziyə dair «Çıxarışlardır» «Azəri Qardaşları» ÖTM isə həmin sahənin onlara məxsus olmasına dair həm Çıxarışları, həm də texniki pasportları vardır. Bu tip məsələni bir qayda olaraq texniki pasport həll edir.O da iddiaçıda yoxdur. İnzibati məhkəmə məsələni belə görüb iş üzrə ekspertiziya təyin edilmişdir. Ədliyyə Nazirliyi «Məhkəmə Ekspert Mərkəzinin « xx xxxxxxx 2020 ci il tarixli 5302 saylı rəyi ilə mübahisəli torpaq sahəsinin Həbibova Hacıbaba qızma məxsus olması müəyyən edilməmişdir. Buna səbəb isə iddiaçı Həbibova Gülnarənin öz mübahisəli sahələrə dair texniki pasportun olmaması göstərilmişdir. Azərbaycan Respublikası İPM 29.1. maddəsinə görə Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Beləliklə iddiaçı məhkəmə aidiyyəti məsələsini düzgün seçmədiyinə və ümumiyyətlə, cavabdeh seçdiyi inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Məhkəmə Tikinti-Ekspkertinin rəyindən isə məlum olur ki, iddiaçının həmin mübahisəli sahəyə ümumiyyətlə hər hansı bir aidiyyəti də yoxdur. Bütün bunlarə əsas tutaraq üçüncü şəxs hesab edir ki, həmin iddia rədd edilməli yaxud da baxılması mümkünsüz sayılmalıdır. Məhkəmə iclasında üçüncü şəxs “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin nümayəndəsi X5 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1327/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. xx xxxxxxx 2020-ci il tarixli ekpert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli **********53 saylı mütəxəssis rəyinə əsasən, Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat pasportunda torpaq sahəsinə aid koordinatlar olmadığından “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinə məxsus qeyri-yaşayış sahəsi və torpaq sahəsinin dəqiq sərhədlərini müəyyən etmək mümkün olmamışdır; mütəxəssis rəyinə əsasən, RX seriyalı, ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışa əsasən İddiaçı icarəsində olan 1.81222 ha torpaq sahəsinin 0.1040 ha hissəsi “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Lakin, ******* saylı Çıxarışa əsasən, İddiaçı adına qeydiyyata alınmış 584.1 kv.metr qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair ayrıc aktı, plan ölçü sənədi və ya texniki pasport təqdim edilmədiyindən, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin sərhədlərini, eləcə də mübahisəli torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini, həmçinin “Azəri Qardaşlar” Özəl Ticarət Mərkəzinə məxsus qeyri yaşayış sahəsi və torpaq sahəsinin İddiaçı Hacıbala qızı tərəfindən, eyni zamanda İddiaçı icarəsində olan 1.81222 ha torpaq sahəsinin “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi tərəfindən istifadə edilib edilməməsini müəyyən etmək mümkün olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən mümkün iddiadır. İddiaçı “iddiaçının qonşuluğunda, onun qanuni istifadəsində olan torpaq sahəsinə bitişik fəaliyyət göstərən “Azəri qardaşları” özəl ticarət mərkəzi üçün texniki pasport tərtib edilməsi prosesində, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə açılan giriş-çıxış qapılarını nəzərdə tutan texniki pasportun tərtib edilməsindən çəkinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiası ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) baxıla bilər. İddiaçı ilə üçüncü şəxs arasında onların istifadələrində olan faktiki olaraq fəaliyyət göstərən qonşu ticarət sahələrinə giriş imkanları ilə bağlı mübahisə vardır. Tərəflərin izahatlarından görsənir ki, bu iddiaçının faktiki fəaliyyət göstərdiyi ticarət obyektinə giriş imkanlarının daha əlverişli olması, iddiaçının həmin ticarət sahəsindən üçüncü şəxsin istifadəsində olan ticarət obyektinə giriş imkanlarının olmasını istəməmsi ilə bağlıdır. Cavabdeh inzibati orqanın iddiaçının iradəsinə zidd olan formada üçüncü şəxsin texniki pasportunda müvafiq dəyişikliklər etməsi inzibati və mülki məhkəmə icraatı qaydasında baxıla biləcək məhkəmə mübahisələrinin yaranmasına səbəb ola bilər. İddiaçıda hüquqlarının pozulmasının qarşısını alınması üçün məhkəməyə müraciət etmişdir. Cavabdehin inzibati orqan olması və daşınmaz əmlakın dövlət reystrində aparılan qeydiyyatın inzibati akt hesab olunmadığını nəzərə alanda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.4-cü maddəsinin tələbləri baxımından iddia mümkün iddia hesab edilməlidir. Bununla bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1327/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. xx xxxxxxx 2020-ci il tarixli ekpert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli **********53 saylı mütəxəssis rəyinə əsasən, Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat pasportunda torpaq sahəsinə aid koordinatlar olmadığından “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinə məxsus qeyri-yaşayış sahəsi və torpaq sahəsinin dəqiq sərhədlərini müəyyən etmək mümkün olmamışdır; mütəxəssis rəyinə əsasən, RX seriyalı, ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışa əsasən İddiaçı icarəsində olan 1.81222 ha torpaq sahəsinin 0.1040 ha hissəsi “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Lakin, ******* saylı Çıxarışa əsasən, İddiaçı adına qeydiyyata alınmış 584.1 kv.metr qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair ayrıc aktı, plan ölçü sənədi və ya texniki pasport təqdim edilmədiyindən, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin sərhədlərini, eləcə də mübahisəli torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini, həmçinin “Azəri Qardaşlar” Özəl Ticarət Mərkəzinə məxsus qeyri yaşayış sahəsi və torpaq sahəsinin İddiaçı Hacıbala qızı tərəfindən, eyni zamanda İddiaçı icarəsində olan 1.81222 ha torpaq sahəsinin “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi tərəfindən istifadə edilib edilməməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilən ekspert rəyi ilə iddiaçının tələbinin əsaslı olmasını müəyyən etmək mümkün olmasada, məhkəmə hesab edir ki, üçüncü şəxsin texniki sənədlərinin iddiaçı ilə qonşu sahəsində hər hansı bir dəyişikliklə bağlı icraat olarsa, iddiaçı həmin icraata cəlb edilməlidir. İnzibati İcraat Haqqında Azərbaycan Respublikası qanununun 1.1—ci maddəsinə əsasən Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həminn qanunun 3.1-ci maddəsinə əsasən bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əsas fəalyyəti daşınmaz əmlakla bağlı hüquqları dövlət qeydiyyatını aparmaq olsada və həmin qeydiyyatlar inzibati akt hesab olunmasada, cavabdehin fəalyyəti inzibati fəaliyyət hesab olunur və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmişdir. Ona görədə cavabdeh öz fəaliyyətndə inzibati icraatla bağlı qanunvericiliyi əsas götürməlidir. İnzibati İcraat Haqqında Azərbaycan Respublikası qanununun 21-ci maddəsi İnzibati icraatda maraqlı şəxslərin iştirakının nəzərdə tutulduğunu müəyyən edir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Qeyd olunanlar iddiaçının qonşuluğunda, onun qanuni istifadəsində olan torpaq sahəsinə bitişik fəaliyyət göstərən “Azəri qardaşları” özəl ticarət mərkəzi üçün iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə açılan giriş-çıxış qapılarını nəzərdə tutan texniki pasportun tərtib edilməsi prosesində iddiaçının maraqlarına toxunan şəxs kimi qəbul edilməsinə imkan verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının qonşuluğunda, onun qanuni istifadəsində olan torpaq sahəsinə bitişik fəaliyyət göstərən “Azəri qardaşları” özəl ticarət mərkəzi üçün iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə açılan giriş-çıxış qapılarını nəzərdə tutan texniki pasportun tərtib edilməsi prosesinə iddiaçının iştirakı olmadan başlamaqdan çəkinmə vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçının qonşuluğunda, onun qanuni istifadəsində olan torpaq sahəsinə bitişik fəaliyyət göstərən “Azəri qardaşları” özəl ticarət mərkəzi üçün iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə açılan giriş-çıxış qapılarını nəzərdə tutan texniki pasportun tərtib edilməsi prosesinə iddiaçının iştirakı olmadan başlamaqdan çəkinmə vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. 100 manat ekspertiza xərci iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-25/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-25/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver