Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-25/2023 27.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X14 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı 15 avqust 2003-cü il tarixli "Torpağa mülkiyyət hüququna dair" JN-0872 KOD 30301004 nömrəii "xxxx" MMC-nin adına olan dövlət aktının ona ayrılmış 8000.08 kv m hissədə ləğv edilməsi öhdəliyinni cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli qərarı ilə kənd təsərrüfatı mallarının istehsal olunması məqsədi ilə verilmiş Mülkiyyət hüququna dair 0049 KOD-30301004-nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd olunan 1,20 ha torpaq sahəsinin (həmin sahədən 3999.94 kv. metr torpaq sahəsi çıxılmaqla) iddiaçının ailə üzvləri - X3, X7, İddiaçı, X21 və X18 mülkiyyət hüquqları ilə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15 avqust 2003-cü il tarixli "Torpağa mülkiyyət hüququna dair" JN- 0872 KOD 30301004 nömrəli "xxxx" MMC-nin adına olan dövlət aktının ona JN-0049 kod 30301004 saylı dövlət aktı əsasında ayrılmış 8000.08 kv m hissədə ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “ARAZ-A" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu ərazisində Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsal olunması məqsədilə 1,20 ha torpaq sahəsi iddiaçının və ailə üzvləri X3, X7, X21, X22 və X19 ayrılmış və müvafiq dövlət akyı verilmişdir. Mülkiyyət huququna dair 0049 KOD- 30301004 nömrəli «Torpağa mülkiyyət huququna dair dövlət aktında da mülkiyyətçi kimi yuxarıdakı ailə üzvlərinin adları qeyd olunmuşdur . Quba rayon Aqrar İslahat Komissiyasının 16 fevral 2001-ci il tarixli təqdim etdiyi torpaq sahəsinin qaiməsinə dair sənəddə də iddiaçıya və ailə üzvlərinə verilmiş 1,20 ha torpaq sahəsinin ölçüləri və digər rekvizitləri qeyd olunmuş və Quba rayon Torpaq Şöbəsi və Dövlət Yerqurluşu Layihə İnstitutu tərəfindən təsdiq olunmuşdur. Quba şəhəri ərazisində yerləşən 1,20 ha torpaq sahəsinə mülkiyyəti hüquqlarının dövlət reyestrində qeydə alınması və Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixdə müraciət etmiş və ərizəsi ********** sayla qeydiyyata alınmışdır. Cavabdeh tərəf cavab olaraq bildirmişdir ki, JN-0049 KOD 30301004 saylı Torpağa mülkiyyət huququna dair Dövlət Aktının 0049 planşetində göstərilən 8000,08 kv m torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir». Cavabdehin cavab məktubundan göründüyü kimi yuxarıda qeyd olunan və iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 1,20 ha torpaq sahəsinin bir hissəsi, yəni 8000,08 kv m sahəsi Xaçmaz ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun adına həmin sahəyə dair dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, vətəndaş İddiaçı Quba şəhəri ərazisində yerləşən 1.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir.Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət reyestrində qeydiyyatına alınması bağlı 1.20 ha torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş JN-0049 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 0049 planşetində göstərilən 8000.08 kv m torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı həmin dövlət aktının və çıxarışın ləğöv edilməsi ilə bağlı idarəyə müraciət etmişdir, lakin məhkəmə qərarı olmadan həmin sənədlərin ləvğ edilməsi mümkün deyildir. İş materiallarında olan : -JN 0049 KOD-30301004 nömrəli «Torpağa mülkiyyət huququna dair” dövlət aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsal olunması məqsədilə İddiaçı və ailə üzvlərinə 1,20 ha torpaq sahəsi ayrılmışdır. -İddiaçı, X21, X22 və X23 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onlar JN 0049 KOD-30301004 nömrəli «Torpağa mülkiyyət huququna dair dövlət aktında gösətilən torpaq sahəsindən 3999.94 kv m olan hissəsindən imtina edir və yardə qalan hissəyə reyestrdən çıxarışın verilməsinə razıdırlar. -Quba rayon Məhkəməsinin 2(027)-1302/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Quba rayon AİK-nin xx.xx.2000-ci il tarixli 05 nömrəli qərarı ilə verilmiş JN 0049 KOD-30301004 nömrəli «Torpağa mülkiyyət huququna dair dövlət aktının X3, X7, İddiaçı, X21, X22 və X19 məxsus olması faktı müəyyən edilmişdir. -Ölüm haqqında şəhadətnamələrdən görünür ki, X13 və X6 vəfat etmişlər. -Quba rayon Regional ASAN Xidmət Mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubuindan görünür ki,23.08.203-cü il tarixli V-647 reystr nömrəli vərəsəlik işinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmiş X7 qanun üzər vərəsələri sırasına daxildir. - Quba rayon RİHB Quba şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, İddiaçı, X21, X22 və X23 mərhum X7 vərəsələridir. -Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 03 may 2021-ci il tarixli cavab məktubundan görünür ki, N-0049 KOD 30301004 nömrəli “Torpağa mülkiyyət nüququna dair Dövlət Akt” ında qeyd olunan 1.20 ha torpaq sahəsinin 8000.08 kv m torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən JN-872 KOD 30301004 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt" ina əsasən “ARAZ-A" MMC-nin adına xx.xx.2014-cü ıl tarixli, **********79 reyestr nömrəli çıxarış verilmişdir. Həmin çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. -Məhkəmənin sorğusuna əsasən Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçı X4, X9, Şeydayeva (Səfiquliyeva) Könül Fərzəli qızı və X2 cavabdehlər Quba rayon notariat kontoru, DƏDRX-nin 5 saylı Ərazi İdarəsi, "xxxx" MMC, X1 və Quliyeva Mehriban Ağakişi qızına qarşı müqaviləsinin etibarsız hesab edilməsi, borcun tutulması və sair tələbinə dair Quba Rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2018-ci il tarixli, 2(105)-725/2018 nömrəli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi vurulmuş ziyan məbləği hissədə ləğv edilərək iddia həmin hissədə qismən təmin edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır.Həmin qətnamədən cavabdeh Quliyeva Mehriban Ağakişi qızı kassasiya şikayəti vermişdir.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli, 2(102)-306/2019 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2018- ci il tarixli, 2(105)-725/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2018-ci il tarixli, 2(105)-725/2018 nömrəli qətnaməsi üzrə tələb tam icra olunmuş və Bakı şəhəri Nəsimi rayonu üzrə İcra və probasiya şöbəsinin 24 may 2019-cu il tarixli «icraata xitam verilməsi» haqqında qərara əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. -Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC-nin adına olan JN-872 KOD 30301004 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı “nın verilməsi üçün əsas olmuş alqı-satqı müqavilələri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərənndən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 23.11. 2021-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2002-ci ildə 0102-A1-724 nömrə ilə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı isə ünvan 1adastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, orpağa mülkiyyət hüququna dair JN-0049 kod 30301004 nömrəli Dövlət Aktı əsasında iddiaçi və ailə üzvlərinə ayrılmiş 1.20 ha torpaq sahəsi naturada mövcuddur. Dövlət aktında göstərilən torpaq sahəsinin koordinatları iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğundur. “Torpağa mülkiyyət hüququna dair” JN-0049 kod 30301004 nömrəli Dövlət Aktında göstərilən torpaq sahəsi "ARAZ-A” MMC-nin mülkiyyətində olan 14.198557 ha torpaq sahəsi ilə bütövlükdə üstüstə düşür. Məhkəmənin sorğusuna əsasən Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003-cü ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən X8, X13, İddiaçı, X24, X22 və "xxxx" MMC barəsində rəsmiləşdirilmiş müqavilə müəyyən edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 138 reyestr nömrəli müqavilənin xx.xx.2003-cü il tarixdə, 4Ə-139 reyestr nömrəli müqavilələrin xx.xx.2003-cü il tarixdə, 4Ə-141 reyestr nömrəli müqavilənin, 4Ə-142, 4Ə-143, 4Ə-144, 4Ə-145 reyestr nömrəli müqavilələrin xx.xx.2003-cü il tarixdə, 4Ə-146, 4Ə-147 reyestr nömrəli müqavilələrin, 4Ə-146 reyestr nömrəli müqavilənin xx.xx.2003-cü il tarixdə, 4Ə-148, 4Ə-149, 4Ə-150, 4Ə-151 reyestr nömrəli müqavilələrin xx.xx.2003-cü il tarixdə, 4Ə-151, 4Ə-152 reyestr nömrəli müqavilələrin xx.xx.2003-cü il tarixdə, 4Ə-173, 4Ə-174 reyestr nömrəli müqavilələrin xx.xx.2003-cü il tarixdə "xxxx" MMC-nin barəsində deyil, digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. 2003-cü ildə təsdiq edilmiş 4Ə-140, 4Ə-238 reyestr nömrəli müqavilələr arxivə təhvil verilməmişdir. Məhkəmənin sorğusuna əsasən Ədıliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş 15.09. 2023-cü il tarixli cavab məktubundan görünür ki, 22 aprel 2003-cü il tarixdə 4Ə-138^Ə-139У4Ə-139/24 aprej 2003-cü il tarixdə 4Ə-1417"25 aprel 2003-cü il tarixdə 4Ə-142^Ə-143/tƏ-144/iƏ-145j-29 aprel 2003-cü ol tarixdə 4Ə-14б^8 aprel 2003cü il tarixdə 4Ə-147^/6o aprel 2003-cü il tarixdə 4Ə-148/^Ə-149y4Ə-150/4Ə-151KĞ2 may 2003-cü il tarixdə 4Ə-151^4ə-152,\^0 may 2003-cü il tarixdə 4Ə-173y^ 4Ə- 174,/eyestr nömrəsi ilə təsdiq edilmiş müqavilələrin kserosurəti məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir.http://www.e-qanun.az/framework/5456 Həmin Qanunun 16.3-cü maddəsinə görə əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Qauba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli qərarına əsasən 1.20 ha torpaq sahəsi iddiaçının və ailə üzvlərinin qanuni istifadəsinə və sahibliyinə ayrılmışdır. Həmin torpaq sahəsi iki planşetdə göstərilmişdir – 8000,08 kv m və 3999,94 kv m. İddiaçı 8000,08 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə aldırmaq üçün müraciət etdikdə onlara həmin torpaq sahəsinin korrdinatlarının "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü bildirilmişdir. Məhkəmə araşdırmasının gedişində iddiaçı "xxxx" MMC-nin adına verilmiş dövlət aktının ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən dövlət aktının verilməsi üçün əsas olmuş qrafada Quba şəhəri 1 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 4Ə-138, 139, 140, 141, 142, 143, 144, 145, 146, 147, 148, 149, 150, 151, 152, xx.xx.2003-cü il tarixli 4Ə-173, 174 və xx.xx.2003-cü il tarixli 4Ə-238 reyestr saylı alqı-satqı müqavilələri göstərilmişdir. Dövlət aktı 14.20 ha torpaq sahəsinə dair verilmişdir. Həmin alqı-satıq müqavilələri üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, həmin alqı-satqı müqavilələri dövlət aktını verən DTXK-nin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və ya Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə təhvil verilməmişdir. Bundan başqa Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş cavab məktubları və alqı-satqı müqavilələriu üzrə notariat işlərindən müəyyən olunmuşdur ki, həmin reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqavilələri başqa ayrı-ayrı şəxslər və başqa tarixlərdə təsdiq edilmişdir və "xxxx" MMC-yə heç biri aidiyyəti yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı sözügedən dövlət aktının verilməsinə əsas olmuş alqı-satı müqavilələrinin mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən dövlət aktının verilməsinə əsas olmuş müqavilələrin mövcud olmaması, ümumiyyətlə həmin dövlət aktının hər hansı bir hüquqmüəyyənedici sənəd olmadan verilməsi qənaətinə gəlməyə əsas verir. Bu hal da qeyd olunan dövlət aktının ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının 2000-ci ildən qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etdiyi və hazıradək faktiki istifadə etdiyi daşınmaz əmlak barəsində başqa şəxsə dövlət aktı verilməsi əsassız olmuşdur. İş üzrə alınmış mütəxəssis rəyi iddiaçıya və ailə üzvlərinə ayrılmış torpaq sahəsinin koordinatlarının "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə bütövlükdə üst-üstə düşməsi öz təsdiqini tapmışdr. Bununla bağlı məhkəmə hesab edir ki, "xxxx" MMC-nin adına verilmiş dövlət aktı iddiaçıya və ailə üzvlərinə ayrılmış 8000.08 kv m hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 15 avqust 2003-cü il tarixli "Torpağa mülkiyyət hüququna dair" JN-0872 KOD 30301004 nömrəli "xxxx" MMC-nin adına olan dövlət aktının İddiaçı JN-0049 kod 30301004 saylı dövlət aktı əsasında ayrılmış 8000.08 kv m hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-25/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-25/2023
27.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver