Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-25/2025 23.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə 9.87 ha torpaq sahəsinin ½ hissəsinə İddiaçı qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın plan və ölçü sənədinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı qızı, cavabdehin üzərinə 9.87 ha torpaq sahəsinin ½ hissəsinə İddiaçı qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın plan və ölçü sənədinin verilməsini istəyir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı qızı 26 avqust 1991-ci ildə rəsmi nikah qeyd etdirməklə X3 oglu ilə ailə həyatı qurmuşdur. Aralarında bağlanmış rəsmi nikah məhkəmə qərarı ilə 22 oktyabr 2018-ci il tarixdə ləğv edilmişdir. İddiaçı İ.Ə.Daşdəmirovla rəsmi nikahda olduğu dövrdə, yəni 14 may 2002- ci il tarixdə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsassən Quba rayonu Timiryazev kəndi ərazisində 9,87 ha kənd təsərrülatı təyinatlı torpaq sahəsini əldə etmişlər. Həmin torpaq sahəsinə X1 adına DT və XK-nin Quba rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən 26 aprel 2004-ciı il tarixdə JN-1074 KOD 30316018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Xaçmaz rayon Məhkəməsinin 2(067)-222/2021 saylı 05 aprel 2021ci il tarixli qətnaməsi ilə İddiaçı qızının cavabdeh X2 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair" iddiası qismən təmin olunaraq, birgə nikah dövründə əldə olunmuş əmlakların, o cümlədən, dövlət aktında göstərilmiş 9.87 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində ½ hissədə iddiaçının payı müəyyən edilmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, JN 1074, KOD 30316018 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilir ki, dövlət aktı iki nüsxədən ibarət tərtib edilmişdir, onun bir nüsxəsi X2 verilib, ikinci nüsxəsi Quba rayon şöbəsində saxlanılıb. Dövlət Aktı qeydiyyat kitabında 30 dekabr 2004-cü il tarixdə 365 nömrə ilə qeydiyyata alınıb. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili Vəkil ərizə göndərərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(067)-222/2021 saylı məhkəmə qətnaməsində qeyd olunan JN-1074 (KOD 303160,18) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş Dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda Ərazi idarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: JN 1074 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətində qeyd edilmişdir ki, Quba rayon DNK-nun 14 may 2002-ci il tarixli, 4-Ə-114-120 və 06 aprel 2004-cü il tarixli 4Ə, 132, 133, 135 saylı alqı-satqı müqaviləsi ilə satılmış 9.87 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X1 mülkiyyətinə verilmişdir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-222/2021 saylı Qətnaməsi ilə xüsusi mülkiyyət hüququ əsasənda cavabdeh X1 adına qeydə alınmış, ünvan 1 ünvanda yerləşən yaşayış evində, ünvan 28 ha torpaq sahəsində, Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən 1,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, həmin kəndin ərazisinda yerləşən 3.8249 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, Quba rayonunun Timiryazev kəndində yerləşən 9,87 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində, Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən 0,060014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, həmin qəsəbə ərazisində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, həmin qəsəbə ərazisində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, həmin qəsəbə ərazisində yerləşən 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində istifadədə olan 0,32292 ha torpaq sahəsində yerləşən 20A nömrəli, 13 mərtəbəli binanın birinci girişində, 12-ci mərtəbəsində yerləşən 148.3-kv.m ümumi, 90.5 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 33 nömrəli mənzilində İddiaçı qızının 1/2 hissədə payı müəyyən edilmişdir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-222/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli xx/xx-2326/11 saylı məktubunda qeyd edilmişdir ki, arxivdə saxlanılan 4Ə-114, 4Ə-115, 4Ə-116, 4Ə-117, 4Ə-118, 4Ə-119, 4Ə-120 reyestr nömrəli müqavilələrin 14 may 2002-ci, 4Ə-133 reyestr nömrəli müqavilənin xx.xx.2004-cü il tarixdə təsdiq edildiyi və həmin müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Eyni zamanda həmin dövlət notariat ofisində 06 aprel 2004-cü il tarixdə 4Ə-132, 4Ə-135 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələr və 2002-ci ildə rəsmiləşdirilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrin qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli xx/xx-3140/11 saylı məktubunda qeyd edilmişdir ki, arxivdə saxlanılan 4Ə-114, 4Ə-115, 4Ə-116, 4Ə-117, 4Ə-118, 4Ə-119, 4Ə-120 reyestr nömrəli müqavilələrin Quba rayonu 2 saylı dövlət notariat ofisində 14 may 2002-ci, 4Ə-114 reyestr nömrəli müqavilənin 05 noyabr 2002-ci, 4Ə-120 reyestr nömrəli müqavilənin 08 noyabr 2002-ci, 4Ə-133 reyestr nömrəli müqavilənin 06 aprel 2004-cü il tarixdə təsdiq edildiyi və həmin müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli **********36 saylı məktubu ilə JN 1074 KOD 30316018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən koordinatlara əsasən torpaq sahəsinə elektron bazasında olan xəritəyə əsasən digər şəxslərin adına verilmiş çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı 9.87 ha torpaq sahəsinin ½ hissəsinə İddiaçı qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın plan və ölçü sənədinin verilməsini istəyir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-222/2021 saylı qətnaməsi ilə iddiaçının Quba rayonunun Timiryazev kəndində yerləşən 9,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ½ hissədə payı müəyyən edilmişdir. Cavabdeh isə qeyd edir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-222/2021 saylı məhkəmə qətnaməsində qeyd olunan JN-1074 (KOD 303160,18) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş Dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda Ərazi idarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı JN 1074 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına istinadən hüququn qeydə alınmasını istəyir. JN 1074 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətində qeyd edilmişdir ki, Quba rayon DNK-nun 14 may 2002-ci il tarixli, 4-Ə-114-120 və 06 aprel 2004-cü il tarixli 4Ə, 132, 133, 135 saylı alqı-satqı müqaviləsi ilə satılmış 9.87 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X1 mülkiyyətinə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli xx/xx-2326/11 saylı məktubunda qeyd edilmişdir ki, arxivdə saxlanılan 4Ə-114, 4Ə-115, 4Ə-116, 4Ə-117, 4Ə-118, 4Ə-119, 4Ə-120 reyestr nömrəli müqavilələrin 14 may 2002-ci, 4Ə-133 reyestr nömrəli müqavilənin xx.xx.2004-cü il tarixdə təsdiq edildiyi və həmin müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Eyni zamanda həmin dövlət notariat ofisində 06 aprel 2004-cü il tarixdə 4Ə-132, 4Ə-135 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələr və 2002-ci ildə rəsmiləşdirilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrin qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli xx/xx-3140/11 saylı məktubunda qeyd edilmişdir ki, arxivdə saxlanılan 4Ə-114, 4Ə-115, 4Ə-116, 4Ə-117, 4Ə-118, 4Ə-119, 4Ə-120 reyestr nömrəli müqavilələrin Quba rayonu 2 saylı dövlət notariat ofisində 14 may 2002-ci, 4Ə-114 reyestr nömrəli müqavilənin 05 noyabr 2002-ci, 4Ə-120 reyestr nömrəli müqavilənin 08 noyabr 2002-ci, 4Ə-133 reyestr nömrəli müqavilənin 06 aprel 2004-cü il tarixdə təsdiq edildiyi və həmin müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli **********36 saylı məktubu ilə JN 1074 KOD 30316018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən koordinatlara əsasən torpaq sahəsinə elektron bazada olan xəritəyə əsasən digər şəxslərin adına verilmiş çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi JN 1074 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsinə əsas olan müqavilələrin başqa şəxslərin adına olduğu, bir hissəsinin müqavilələrin qeydə alındığı reyestr kitabının arxivə təhvil verilmədiyi, torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən koordinatlara əsasən torpaq sahəsinə elektron bazada olan xəritəyə əsasən digər şəxslərin adına qeydə alındığı müəyyən edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq JN 1074 KOD 30316018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən koordinatlara əsasən torpaq sahəsinə elektron bazasında olan xəritəyə əsasən digər şəxslərin adına verilmiş çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin surəti təqdim edilərək iş materiallarına əlavə edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən hər hansı hüquqmüəyyənedici sənədə malik deyil. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-25/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-25/2025
23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver