Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-250/2025 11.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 mart NN5-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. İ-189N nömrəli “Azərbaycan Respublikasının Medalının vəsiqəsi”ndən görünür ki, İddiaçı “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
2. SX seriyalı, ******* nömrəli “Hərbi bilet”dən görünür ki, xx xxxxxx 1997-ci il təvəllüdlü İddiaçı 6 aprel N15-ci il tarixdə N №-li hərbi hissəyə daxil olmuş, N iyul N15-ci il tarixdə çıxarılmış, N iyul N15-ci il tarixdə N №-li hərbi hissəyə daxil olmuş, N oktyabr N16-cı il tarixdə çıxarılmış, 10 yanvar N18-ci il tarixdə SQTTM-a daxil olmuş, N4 fevral N18-ci il tarixdə çıxarılmış, N5 fevral N18-ci il tarixdə N №li hərbi hissəyə daxil olmuş, N fevral NN1ci il tarixdə hərbi hissənin siyahısından çıxarılmışdır.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin N8 iyun NNN-ci il tarixli, 4/3-N nömrəli N nömrəli hərbi hissənin komandirinə göndərilmiş məktubundan görünür ki, İddiaçı tərəfindən Müdafiə Nazirliyinə ünvanlanmış müraciətə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılır. İddiaçı dair N7 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi və bununla əlaqədar müraciət müəllifinə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair xidməti barədə hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrdən çıxarışları, ezamiyyətdə olubsa ezamiyyət vərəqələrinin surətini, arayış-məlumatı və həmçinin qeyd olunan məlumatları CD variantda qısa müddət ərzində təqdim edilməsi xahiş edilmişdir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N noyabr NN3-cü il tarixli, 4635 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - N nömrəli hərbi hissə komandirinin N oktyabr NN-ci il tarixli, N74 nömrəli əmrindən görünür ki, N nömrəli hərbi hissəyə ezam olunmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu 3-cü tank bölüyünün 1-ci tank taqımının N-ci tankın mexanik-sürücüsü əsgər İddiaçı N oktyabr NN-ci il tarixdən ezamiyyətdən qayıtmış və düşmən təxribatının qarşısının alınması və torpaqlarımızın azad olunması məqsədi ilə Ağdam və Tərtər rayon istiqamətinə getmiş hesab edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N noyabr NN-ci il tarixli, N9N nömrəli əmrindən görünür ki, düşmən təxribatının qarşısının alınması və torpaqlarımızın azad olunması uğrunda Ağdam və Tərtər rayonları istiqamətində gedən döyüşlərdə iştirak edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu 3-cü tank bölüyünün 1-ci tank taqımının N-ci tankın mexanik-sürücüsü əsgər İddiaçı N nömrəli hərbi hissəyə N gün müddətinə ezam olunmuşdur. - N nömrəli hərbi hissə komandirinin NN noyabr NN-ci il tarixli, 301 nömrəli əmrindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu 3-cü tank bölüyünün 1-ci tank taqımının N-ci tankın mexanik-sürücüsü əsgər İddiaçı NN noyabr NN-ci il tarixdə gəlmiş və vəzifələrin icrasına başlamış hesab edilmişdir.
5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin N7 oktyabr NN3-cü il tarixli, 3-43-N7/N-1335/NN3 nömrəli məktubu ilə İddiaçı şəxsi işi göndərilmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı dair tərtib edilmiş AD seriyalı, ******* nömrəli “Xidmət dəftərçəsi”ndən görünür ki, N7 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən əks həmlə əməliyyatlarında Ağdam rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. - İddiaçı məxsus olan A seriyalı, 3N9603 nömrəli attestat. - İddiaçı dair tərtib edilmiş 1 oktyabr N16-cı il tarixli xidməti xasiyyətnamə. - İddiaçı dair tərtib edilmiş N6 sentyabr N17-ci il tarixli xasiyyətnamə. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz Rayon Polis Şöbəsinin 14 dekabr N17-ci il tarixli, 160-N4158V-3N17 nömrəli məktubundan görünür ki, xx xxxxxx 1997-ci il təvəllüdlü Xaçmaz rayonu, Susayqışlaq kəndində qeydiyyatda olan İddiaçı məhkumluğu barədə məlumat mövcud deyildir. - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin 10 yanvar N18-ci il tarixli, 9 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı 10 yanvar N18-ci il tarixdən Mərkəzin dəyişən heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı bölüyündə kursant vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin N4 fevral N18-ci il tarixli, 48 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı Mərkəzin dəyişən heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, xidmətini davam etdirmək üçün təyin olunduğu N nömrəli hərbi hissəyə getmiş hesab olunmuşdur. - N nömrəli hərbi hissə komandirinin N fevral N18-ci il tarixli, 61 nömrəli əmrindən görünür ki, İddiaçı N fevral N18-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifələrin icrasına başlamışdır. - İddiaçı 8 mart N18-ci il tarixli tərcümeyi-halı. - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi tərəfindən İddiaçı dair tərtib edilmiş “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu bitirmə haqqında” MA seriyalı, 1N567 nömrəli sertifikat. - N nömrəli hərbi hissə komandirinin N mart NN1-ci il tarixli, 66 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, 3cü tank bölüyünün 1-ci tank taqımının N-ci tankın mexanik-sürücüsü, N nömrəli hərbi hissə Komandirinin N fevral NN1-ci il tarixli, 09 əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.1-ci bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən ehtiyata buraxıldığına görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N mart NN1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə göndərilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N17-ci il tarixli, NN nömrəli qərarına əsasən NN1-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı NN1-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilməmişdir. NN-ci ilin növbəti məzuniyyətindən istifadə etməmiş, məzuniyyət pulu ödənilməmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı ehtiyata buraxılması ilə əlaqədar yarımaylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
6. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi işin hallarına (§1-3) istinad edilərək onunla əsaslandırılmışdır ki, NN-ci il sentyabrın N7-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır. Müharibənin başlandığı gündən N7 sentyabr NN-ci il – 10 noyabr NN-ci il tarixədək 69-cu əlahiddə tank taborunun tərkibində tank tağımının mexaniki-sürücüsü vəzifəsində Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən əks həmlə əməliyyatlarında Ağdam rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
8. İddia tələbinin maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə, Azərbaycan Respublikasının Prezidentinin 15 aprel N19-cu il tarixli, 641 nömrəli Fərmanına istinad olunmuşdur.
9. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
10. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
11. Məhkəmənin 5 aprel NN4-cü il tarixli, N-1(118)-709/NN4 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə iddiaçıya ərizənin icrası ilə bağlı müvafiq sənədlərin cavabdehə rəsmi təqdim edilməsi üçün 15 gün, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdehə isə 1 ay müddət müəyyən edilmişdir.
İddia tələbinə dair cavabdehin münasibəti:
12. Cavabdeh iddia tələbinə dair münasibətini bildirərək, iddianın mümkün hesab edilməməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, iddiaçı komissiyanın rəyi almadan hər hansı imtinanı mübahisələndirmədən məhkəməyə müraciət etmişdir. Müharibə veteranı adı müvafiq komissiyanın rəyi əsasında verilir. İddiaçı Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ərizə ilə müraciət etmiş, N8 iyun NNN-ci il tarixdə komissiya tərəfindən iddiaçının N7 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsini təsdiqləyən sənədləri (əmrdən çıxarışları, ezamiyyətdə olubsa ezamiyyət vərəqələrinin surətlərini, arayış məlumatı) tamamladıqdan sonra yenidən komissiyaya müraciət etməyi tövsiyə olunmuşdur. Yəni, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya imtina olunmamış sənədlərin toplanıb müraciət etdikdən sonra ərizəsinə baxılacağı bildirilmişdir.
13. Etirazın maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun N.0.9, 3N.N-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinə, prosessual hüquqi əsası kimi İPM-in 35.1, 47.Nci maddələrinə istinad edilmişdir. c) Tərəflərin iştirakı və izahatları:
14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may NN1-ci il tarixli, N-1(10N)-895/NN1 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
17. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
18. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 6N.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
19. Odur ki, məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
21. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
22. İPM-in N.N.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
24. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
25. Cavabdehin etirazında veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya imtina olunmaması, sənədlərin toplanıb müraciət etdikdən sonra ərizəsinə yenidən baxılacağına dair dəlilini məhkəmə iddia tələbinin mümkün sayılmaması üçün yetərli hesab etmir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, cavabdeh orqan isə son nəticədə tələbi təmin etməmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
26. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
27. İddiaçının mövqeyi ondan ibarətdir ki, N7 sentyabr NN-ci il – 10 noyabr NN-ci il tarixədək 69-cu əlahiddə tank taborunun tərkibində tank tağımının mexaniki-sürücüsü vəzifəsində Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən əks həmlə əməliyyatlarında Ağdam rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Bu səbəbdən də ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir.
28. İPM-in 5N-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin qeydində göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
30. Odur ki, məhkəmə hazırki tələbə ““Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi kimi qəbul edərək, məhkəmə araşdırmasını aparmışdır.
31. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in 1N-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır.
32. İş materiallarına əlavə edilmiş arxiv arayışlardan müəyyən edilir ki, 6 aprel N15-ci il tarixdə N №-li hərbi hissəyə daxil olmuş, N iyul N15-ci il tarixdə çıxarılmış, N iyul N15-ci il tarixdə N №-li hərbi hissəyə daxil olmuş, N oktyabr N16-cı il tarixdə hərbi hissənin siyahısından çıxarılmışdır. 10 yanvar N18-ci il tarixdən Mərkəzin dəyişən heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı bölüyündə kursant vəzifəsinə təyin edilmişdir. N4 fevral N18-ci il tarixli əmr ilə Mərkəzin dəyişən heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, xidmətini davam etdirmək üçün təyin olunduğu N nömrəli hərbi hissəyə getmiş hesab olunmuşdur. N fevral N18-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifələrin icrasına başlamışdır.
33. Həmçinin, müəyyən edilir ki, iddiaçı N oktyabr NN-ci il tarixdən ezamiyyətdən qayıtmış və düşmən təxribatının qarşısının alınması və torpaqların azad olunması məqsədi ilə Ağdam və Tərtər rayon istiqamətinə getmiş hesab edilmişdir. N oktyabr NN-ci il tarixdən ezamiyyətdən qayıtmış və düşmən təxribatının qarşısının alınması və torpaqlarımızın azad olunması məqsədi ilə Ağdam və Tərtər rayon istiqamətinə getmiş hesab edilmişdir. N noyabr NN-ci il tarixli əmr ilə düşmən təxribatının qarşısının alınması və torpaqlarımızın azad olunması uğrunda Ağdam və Tərtər rayonları istiqamətində gedən döyüşlərdə iştirak edən iddiaçı N nömrəli hərbi hissəyə N gün müddətinə ezam olunmuşdur, NN noyabr NN-ci il tarixdə N hərbi hissəyə gəlmiş və vəzifələrin icrasına başlamış hesab edilmişdir.
34. İddiaçı N nömrəli hərbi hissə Komandirinin N fevral NN1-ci il tarixli, 09 əç nömrəli əmri ilə xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmış, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N mart NN1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə göndərilmişdir.
35. Eyni zamanda, iddiaçının şəxsi işinə əlavə edilmiş “Xidmət dəftərçəsi”ndən müəyyən edilmişdir ki, o, N7 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən əks həmlə əməliyyatlarında Ağdam rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
36. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən verilmiş məlumata əsasən iddiaçının məhkumluğu barədə məlumat aşkar olunmamışdır.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının NN-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; NN-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ...”
38. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N00-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
39. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N06-cı il N5 aprel tarixli, 396 nömrəli Fərmanı:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... 1.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ...
40. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddiaçının N7 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən əks həmlə əməliyyatlarında iştirakı işin mübahisəsiz halı olduğundan, yəni iddia tələbi qanuni əsaslara söykəndiyi üçün təmin edilməlidir.
41. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.N-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ
42. Şərh edilənlərə və İPM-in 5N, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova