Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2500/2025 13.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: bölgü-sxeminin tərtib edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 4,50 ha olan torpaq sahəsindən notarial qaydada iddiaçıya icarəyə verilmiş 0.03 ha hissəsi də daxil edilməklə bölgü sxeminin tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, “Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 4,50 ha olan torpaq sahəsindən notarial qaydada iddiaçıya icarəyə verilmiş 0.03 ha hissəsi də daxil edilməklə bölgü sxeminin tərtib edilməsini istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli, **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən, ümumi sahəsi 4.50 ha olan torpaq sahəsi xx.xx.2014-cü il tarixdən başlayaraq 99 (doxsan doqquz) il müddətinə X2 icarəsinə verilmişdir. Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən xx.xx.2015-ci il tarixdə, 3M-493 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən yerilmiş xx.xx.2014-cü il tarixli, **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli X1 icarəsində olan Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən, ümumi sahəsi 4.50 ha olan torpaq sahəsindən 0.03 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi 0.03 ha torpaq sahəsinə dair çıxarış almaq məqsədi ilə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, bunun üçün bölgü sxeminin tərtib edilməsi tövsiyə edilmişdir. Torpaq sahəsində bölgü sxeminin aparılması ilə bağlı xx.xx.2024-cü il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında ƏMDX Daşınmaz Əmlakım Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 321332/2-10104/24 saylı məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində xx.xx.2014-cü il tarixdə, **********68 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla icarənizdə olan 4.50 ha olan torpaq sahəsindən notarial qaydada sizə icarəyə verilmiş 0.03 ha hissəsi də daxil edilməklə bölgü sxeminin tərtib edilməsi ilə bağlı texniki baxış keçirilmiş və sözügedən torpaq sahəsi barədə məlumatlar idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi başqa şəxslərin sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı torpaq sahəsi üzərində hüquqların yaranması üçün əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1 və 84.3-cü mad. əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci mad. əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 147-ci maddəsinə əsasən pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148-ci maddəsinə əsasən bu Məcəllənin 142- 147-ci maddələrində nəzərdə tutulmuş hüquqlar, həmçinin mülkiyyətçi olmasa da qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edənə də məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2 və 158.4-cü mad. əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159-cu maddəsindən görünür ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən icarəçi torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra - Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərd: həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada "əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında qalan-torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınır. Azərbaycan Respublikası İPM-nin 34.1-ci mad. əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İPM-nin 58.7-ci mad. əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Onu da qeyd etmək lazımdır ki, oxşar münasibətləri tənzimləyən hüquq normaları və məhkəmə qərarları mövcuddur. “İnzibati icraat haqqında” xx.xx.2005-ci il tarixdə qəbul edilmiş və xx.xx.2007-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsində deyilir ki, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. 04 fevral 2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, izahatında torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyünü bildirmişdir. 13 mart 2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: RX seriyalı, ******* nömrəli, **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 4.50 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdən başlayaraq 99 (doxsan doqquz) il müddətinə X2 icarəsinə verilmişdir. Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən xx.xx.2015-ci il tarixdə, 3M-493 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsinə əsasən X4 tərəfindən 4.50 ha olan torpaq sahəsindən 0.03 ha torpaq sahəsinin icarə hüquqlarını iddiaçıya satılmışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2- 19331/2024 saylı məktubunda qeyd edilmişdir ki, elektron məlumat bazasına əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi **********35,**********94,**********36,**********46 reyestr nömrəli çıxarışlarla üst-üstə düşür. RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********68, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri və sözügedən torpaq sahəsinin ortofoto görüntüsü təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2- 2655/2025 saylı məktubu ilə **********35, **********36, **********46 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışların və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 4,50 ha olan torpaq sahəsindən notarial qaydada iddiaçıya icarəyə verilmiş 0.03 ha hissəsi də daxil edilməklə bölgü sxeminin tərtib edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, faktiki torpaq sahəsi başqa şəxslərin sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, elektron məlumat bazasına əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi **********35, **********94, **********36, **********46 reyestr nömrəli çıxarışlarla üst-üstə düşür. Həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, həmin torpaq sahələrinin bölgü sxemləri tərtib edilmişdir. Məhkəmə belə olan halda qeyd edir ki, **********35, **********94, **********36, **********46 reyestr nömrəli çıxarışlar hazırda qüvvədə olduğundan və iddiaçının faktiki torpaq sahəsi həmin sənədlərlə üst-üstə düşdüyündən iddia etdiyi torpaq sahəsinə bölgü sxeminin tərtib edilməsi tələbi təmin edilə bilməz. Belə ki, iddiaçının tələbi digər şəxslərin sahiblik və istifadə hüququna müdaxilə etdiyindən yuxarıda qeyd edilənlər hallar iddianın rədd edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2500/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2500/2025
13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver