Məhkəmə qərarları › İş №2-1(118)-2507/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2507/2023

28.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2507/2023 28.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı rayon Mədrəsə bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 13 saylı qərarı ilə ayrılmış 2,98 ha torpaq sahəsinin üzərində mülkiyyəyt hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinini verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” X2 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı rayon Mədrəsə bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 13 saylı qərarı ilə ayrılmış 2,98 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Mədrəsə bələdiyyəsinin 13 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə iddiaçıya Mədrəsə bələdiyyə fondunun kənd təsərrüfatına az yararlı (şərti yararsız) torpaq sahəsində tikinti məqsədi üçün 0,30 ha, kənd təsərrüfatı məqsədi üçün 2,68 ha, cəmi 2,98 ha torpaq sahəsi satılmış və buna müvafiq olaraq tərəflər arasında Torpaqların alqı-satqısına dair tərtib olunmuş akt DTXK və bələdiyənin imza və möhürü ilə təsdiq olunmuş, həmin orqanların nümayəndələri və onun tərəfindən imzalanmış, Şamaxı rayon torpaq şöbəsində 1671 nömrə ilə qeydiyyata alınmışdır. Alqı-satqı qaydasında ona satılmış torpaq sahəsi ilə bağlı Şamaxı rayon Mədrəsə bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətində saxlanılan torpaqların yerquruluşundan çıxarış tərtib olunmuş, həmin çıxarış DTXK-nin Şamaxı rayon şöbəsi və Mədrəsə bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. Sözügedən torpaq sahəsi naturada ölçülərək ona təhvil verilmişdir. Satılmış torpaq sahəsi ilə bağlı 1886,34 manat Mədrəsə bələdiyyəsinin hesabına ödənilmişdir. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən A № 240210 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və Dövlət Torpaq kadastr kitabında xx.xx.2010-cu il tarixdə 433 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh təşkilata müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etrməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şamaxı rayon Mədrəsə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı qərarı ilə onun mülkiyyətinə tikinti məqsədilə 0.30 ha, kənd təsərrüfatı məqsədilə 2.68 ha, ümumilikdə satılmış 2.98 ha torpaq sahəsinin sənəd üzrə koordinatları elektron baza məlumatlarında bələdiyyənin ehtiyat fondunda olan kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid edilmişdir. Qeyd olunan torpaq sahəsi faktiki olaraq sututar (göl) kimi istifadə olunur.Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarının xüsusi mülkiyyətə verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.Torpaq sahəsi təyinatı üzrə ayrılmadığı və alqı-satqı predmeti olmadığına görə İddiaçı ərizəsinin icrası mümkün olmamışdır. İş materiallarında olan : - Şamaxı rayon Mədrəsə bələdiyyəsinin 13 saylı xx.xx.2006-cı il tarixli qərarından görünür ki, Mədrəsə bələdiyyə fondunun k/t az yararlı (şərti yararsız) torpaq sahəsində tikinti məqsədi üçün İddiaçı 0,30 ha kənd təsərrüfatı məqsədi üçün 2,68 ha cəmi 2,98 ha torpaq sahəsi satılması qərara alınmışdır. - -DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən tərtib edilmiş plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı məxsus 29800 kv m torpaq sahəsində dair tərtib edilmişdir. - - -DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı məxsus 29800 kv m torpaq sahəsində dair tərtib edilmişdir. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Şamaxı rayon Mədrəsə bələdiyyəsinin 13 saylı xx.xx.2006-cı il tarixli qərarına əsasən Şamaxı rayon Mədrəsə İddiaçı oğluna 2,98 ha torpaq sahəsi satmışdır. - -DTXK-nin Şamaxı rayon şöbəsinin xx.xx.2006-ci il tarixli rəyindən görünür ki,Mədrəsə bələdiyyəsinin 13 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı satılmış torpaq sahəsi qanunamüvafiqdir və idarə həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənədin verilməsinə etiraz etmir. -xx.xx.2006-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Şamaxı rayon Mədrəsə bələdiyyəsinin hesabına 1886 manat torpaq alqı-satqı pulu ödəmişdir. -Məhkəmənin sorğusuna əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, məktuba qoşma kimi əlavə olunmuş "Torpaq sahəsinin plan və ölçü" sənədində qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi TEKUİS məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfat, təyinatlı örüş yerıdır və keyfiyyət göstəricisi (bonitet bal,) 54 bal olmaqla kənd təsərrüfatına yararlı torpaq sahəsidir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin plan və ölçü sənədinin verilməsi ilə bağlı hissəsi ayrıca qərardadla mümkün sayılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Cavabdeh inzibati orqan verdiyi imtina cavabını onunla əsaslandırmışdır ki, iddiaçıya bələdiyyə qərarı ilə satılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və qanunvericilikdə həmin kateqoriyadan olan torpaqların alqı-satqı predmeti deyildir. İddia ərizəsinin məzmumundan göründüyü kimi iddiaçı torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasını mübahisələndirməmiş, lakin kənd təsərrüfatı üçün aza yararlı və ya şərti yararsız olmasını bildirmişdir. Bununla bağlı məhkəmə "xxxx" MMC-yə sorğu ünvanlayaraq sözügedən torpaq sahəsinin kənd təsərrüfatına yararlı, az yararlı və ya yararsız olması barədə məlumat verilməsini xahiş etmişdir. "xxxx" MMC özünün xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, "Torpaq sahəsinin plan və ölçü" sənədində qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi TEKUİS məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş yerıdır və keyfiyyət göstəricisi (bonitet bal) 54 bal olmaqla kənd təsərrüfatına yararlı torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : -13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. -56.2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.https://e-qanun.az/framework/46942 -56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. -86.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.2-ci maddəsinə əsasən Azırbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Göstərilən normaların məzmunundan aydın olur ki, kənd təsərrüfatına yararlı torpaq sahələri yalnız icarəyə verilə bilər. Bu növ torpaqlar alqı-satqı obyekti ola bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM- 14.3). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh propekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar