Məhkəmə qərarları › İş №2-1(118)-251/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-251/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-251/2020 27.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı Yusif qızının iştrakı ilə, İddiaçı Yusif qızının cavabdeh Abşeron rayonu, Məmmədli Bələdiyyəsinə qarşı “Məmmədli Bələdiyyəsi tərəfindən xx.xx.2016-cı il tarixli iclas protokolunun 04/38 saylı qərarına əsasən, açıq müsabiqə yolu ilə ona ayrılmış 0.006 ha (60 kv.m.) topaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyindən həmin torpaq sahəsinin başqası ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Yusif qızı cavabdeh Abşeron rayonu, Məmmədli Bələdiyyəsinə qarşı “Məmmədli Bələdiyyəsi tərəfindən xx.xx.2016-cı il tarixli iclas protokolunun 04/38 saylı qərarına əsasən, açıq müsabiqə yolu ilə ona ayrılmış 0.006 ha (60 kv.m.) topaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyindən həmin torpaq sahəsinin başqası ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə Abşeron rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə ona şəhid ailəsi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 0.006 ha (60 kv.m-) torpaq sahəsinin ayrılmasına dair Abşeron rayonunun Məmmədli Bələdiyyəsinin sədrinə müvafiq tapşırıq verilmiş, daha sonra Məmmədli Bələdiyyəsinin xx.xx.2016–cı il tarixli iclas protokolunun 04/38 saylı qərarına əsasən, açıq müsabiqə yolu ilə və Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2016–cı il tarixli 019 saylı rəyi alınaraq, ona 0.006 ha (60 kv.m.) torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsi üçün 60 (altmış) manat dövlət rüsumu ödənilmişdir. Torpaq sahəsinin reyestrdən çıxarışın alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə Məmmədli Bələdiyyəsinin sədri tərəfindən xx.xx.2016–cı il tarixli 260 saylı məktubla müraciət edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx-xx.2016–cı il tarixli məktubda bildirilmişdir ki, “aparılan araşdırma zamanı torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi müəyyən edilmişdir". Bu səbəbdən də DƏDRX 4 saylı Ərazi İdarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 15.1.1-ci maddəsinə əsaslanaraq, bizə verilmiş torpaq sahəsinə hüquqların qeydiyyata alınmasından imtina etmişdir. Torpaq sahəsinin yenisi ilə əvəz olunması məqsədilə yenidən Məmmədli Bələdiyyəsinə müraciət edilmişdir. Həmin dövrdə bələdiyyə sədri dəyişdiyindən məsələyə sədrin köməkçisi Elnur Əliyev baxırdı və o bildirdi ki, “bizdə olan köhnə xəritədə həmin torpaq kəndtəsərrufatı təyinatlı (örüş) torpaqlara aid edilməmişdir və bu səbəbdən də torpağa yenisi ilə əvəz edə biİmərik". Yuxarı qurumlara verilmiş şikayətin araşdırılamsı məqsədi ilə onu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlə! Reyestri Xidmətinə dəvət etdilər və həmin torpağın kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyini bir daha bildirdilər. Eyni zamanda əlavə olaraq Məmmədli Bələdiyyəsinə anoloji məzmunlu xx.xx.2016-cı il tarixli **********91 saylı məktub ünvanladılar. X1 rəhbərliyi yenə də köhnə xəritəni “sübut" kimi ortaya qoyaraq torpaq sahəsini dəyişməkdən imtina etdi. Məsələnin həll edilməsi üçün xx.xx.2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qəbulda olmuş və problemin öz həllini tapmadığını bildirmişdir. DƏDRX Aparatının rəhbəri Azər Bəşirovun imzası ilə həmin torpağın kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyinə dair Məmmədli Bələdiyyəsinə xx.xx.2018–ci il tarixli l**********2 saylı məktub göndərildi, lakin bələdiyyə qanunvericiliyin tələblərini və mərum şəhid ailəsi və Azərbaycan Respublikasının vətəndaşı kimi qanunla qorunan lıüquqlanı kobud surətdə pozaraq, kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olan torpaq sahəsini yenisi il əvəz etməkdən hansısa səbəblərdən inadla imtina etdi. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, iş materiallarında olan Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli iclas protokolunun 04/38 saylı qərarının surətindən müəyyən olunur ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 60 kv.metr torpaq sahəsi bələdiyyə tərəfindən satış üçün hərraca çıxarılarkən həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduru nəzərdə tutulmuşdur. Məhz bu səbəbə görə İddiaçı Yusif qızının mövcud məsələ ilə bağlı subyektiv hüququ yaranmamış olur. Belə ki, cavabdeh təşkilatın xx.xx.2016-cı il tarixli **********74 saylı imtina məktubu Abşeron rayonu Məmmədli bələdiyyəsinə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu yaradır. Nəzərə alınmalıdır ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx xxxxx 2016-cı il tarixli 04/38 saylı qərarı İddiaçı Yusif qızına torpaq sahəsinin ayrılması ilə bağlı deyil, həmin qərar qeyd olunan torpaq sahəsinin “sahibkarlık məqsədi ilə açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması” ilə əlaqədar olmuşdur. Həmin torpaq sahəsinin açıq hərraca çıxarıldıqdan sonra məhz İddiaçı Yusif qızına satılması mücərrəd xarakter daşıyır. Ona görədə hesab olunur ki, İddiaçı hazır ki, iddia tələbinin qaldırılmasında subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Yusif qızının cavabdeh Abşeron rayonu, Məmmədli Bələdiyyəsinə qarşı “Məmmədli Bələdiyyəsi tərəfindən xx.xx.2016-cı il tarixli iclas protokolunun 04/38 saylı qərarına əsasən, açıq müsabiqə yolu ilə ona ayrılmış 0.006 ha (60 kv.m.) topaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyindən həmin torpaq sahəsinin başqası ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar