Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-251/2021 23.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı 08.02.2010-cu il tarixdən güzəştli şərtlərlə mənzil növbəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.02.2010-cu il tarixdən güzəştli şərtlrlə mənzil növbəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19.03.2021-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, 1992-ci ildən rəsmi olaraq şəhid ailəsi kimi tanınmışdır. Belə ki onun oğlu X5 Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı itkin düşmüş, daha sonra ona ölüm haqqında şəhadətnamə verilmişdir. 08.02.2010-cu il tarixədək o, şəhid ailəsi kimi mənzil növbəsində olmuşdur. Bu yaxınlarda ona məlum olmuşdur ki, mənzil bölgüsü zamanı növbədən çıxarılmışdır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Etibar İsayevin onun oğlu, deyil qardaşı olmasına istinad edərək onun növbədən çıxarılması üçün məktub vermişdir. X1 onun oğludur, lakin uşaq anadan olarkən rəsmi nkahı olmadığıdan, uşağın 1 yaşı tamam olana kimi isə uşağın atasından ayrıldığından uşağın doğum haqqında şəhadətnaməsində onun valideynləri qeyd edilmişdir. Buna baxmayaraq o, şəhid bacısı kimi də şəhid ailəsi statusuna malikdir və güzəştli mənzil növbəsinə götürülməlidir. İddiaçı həmçinin izah etdi ki, o, dövlət tərəfindən şəhid ailələri üçün ayrılan aylıq müqavinətləri və 11000 manat məbləğində birdəfəlik müavinəti almış, yəni onun şəhid ailəsi olması dövlət tərəfindən tanınmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı şəhid ailəsi kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüşdür. Lakin sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan mənzil bölgüsü zamanı onun şəhid anası deyil, bacısı olduğu aşkar edildiyindən mənzil növbəsindən çıxarılmıdır. İş materiallarına əlavə edilmiş : - -Sumqıayıt şəhər qeydiyyat (keçmiş VVAQ) şöbəsi tərəfindən verilmiş 27.11.2000-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 ölümü barədə akt qeydi Sumqayıt şəhər Məhkəməsinin 11.10.2000-ci il tarixli 2-2-777 saylı qətnaməsinə əsasən aparılmışdır. - -Sumqayıt şəhər məhkəməsinin 11.10.2000-ci il tarixli 2-2-777 saylı qətnaməsindən görünür ki, X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 1994-cü ilin feval aylnda itkin düşdüyünə görə ölmüş hesab edilmişdir. - -Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzillərin qedyiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş İ-4 saylı 12.02.2010-ci il tarixli məktubdan görünür ki, İddiaçı 08.02.2010-cu il tarixdən şəhid valideynləri siyahısı üzrə mənzil növbəsinə götürülmüşdür. - -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin 30.03.2021-ci il tarixli 603 saylı məktubundan görünür ki, X5 11.10.2000-ci il tarixdən “şəhid”, onun ailəsi “şəhid ailəsi” hesab edilir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliynin 04.12.2020-ci il tarixli məktubndan görünür ki, İddiaçı Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən verilmiş 05 fevral 2010-cu il tarixli 4/7 saylı arayış əsasənda “Əmək pensiyaları haqqlnda” Qanunun 19.1.1-ci maddəsinə əsasən şəhid ailəsi üzvü kimi pensiyasına əlavə 93.5 manat təyin edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03.09.1993-cü il tarixli Qanununun 2.1.4-cü maddəsinə əsasən şəhidin qardaşları və bacıları şəhidin ailə üzvləri hesab olunurlar. Həmin Qanunun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafıq surətdə Respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfındən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarının 3.2.16-cı bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı şəhid bacısı kimi şəhid ailəsi statusu qazanmışdır və həmin imtiyazlardan istifadə etmək hüququna malik olmuşdur. ƏƏSMN həmin əsasla iddiaçının mənzil növbəsindən çıxarmaqda haqlı olmamışdır. İddiaçı hazıradək şəhid ailəsi üzvü kimi dövlət tərəfindən verilən imtiyaz və güzəştlərdən istifadə etmiş, ayrılan müavinətləri almışdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı 08.02.2010-cu il tarixdən güzəştli şərtlərlə mənzil növbəsinin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 08.02.2010-cu il tarixdən güzəştli şərtlərlə mənzil növbəsinin bərpa edilməsi öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyətinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-251/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-251/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver