Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2518/2024 06.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Kamal qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisəslərinin istehsalat qəzası və yaxud peşə xəstəliyi sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc borclarının tənzimlənməsi” Qaydalarına əsasən 29 dekabr 2021-ci il tarixli 1550 nömrəli Fərmanı ilə edilmiş dəyişikliyin tətbiq edilərək 2008-ci ildən ödənilən aylıq müavinətin minimum aylıq əmək haqqı qədər ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş müavinət 2022-ci ilin iyul ayınadək daha az ödəniliyindən Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli fərmanı təsdiq edilmiş ”Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc borclarının tənzimlənməsi” Qaydalarına əsasən əslində 2008-ci il tarixdən etibarən ona verilməli olan müavinət məbləğinin ödənilməyən hisəsinin hesablanaraq ona ödənilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisəslərinin istehsalat qəzası və yaxud peşə xəstəliyi sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc borclarının tənzimlənməsi” Qaydalarına əsasən 29 dekabr 2021-ci il tarixli, 1550 nömrəli Fərmanı ilə edilmiş dəyişikliyin tətbiq edilərək 2008-ci ildən ödənilən aylıq müavinətin minimum aylıq əmək haqqı qədər ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbini əsaslandıraraq izah etdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2010-cu il tarixli qətnaməsi ilə onun Sumqayıt şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinə qarşı istehsalat zədəsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilərək istehsalat qəzası nəticəsində əmək qabliyyətinin itirilməsi ilə əlaqədar olaraq onun xeyrinə 01 yanvar 2006-cı il tarixdən başlayaraq müavinətin ödənilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sumqayıt şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinə həvalə edilməsi qət edilmişdir. Lakin həmin vaxtdan iddiaçının müavinəti artırılmamışdır. Həmin müavinətin nə hansı qaydada hesablanması barədə ətraflı arayış verilir, nə də həmin müavinət artırılır. Qeyd edilən hallara əsasən yazılı müraciət etsə də, cavab verilməmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxs 1 saylı regional Ərazi filialı tərəfindən 01 yanvar 2006-ci il tarixindən iddiaçıya təyin edilən 66 manat müavinətin artırılması və ona ətraflı arayış verilməsini xahiş etmişdir. Ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin 1 saylı Regional Ərazi filialı tərəfindən xx.xx.2022-ci il tarixli, ********** 2 saylı imtina məktubu verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin X3 qarşı iddia qaldıraraq "ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Abşeron -Xızı regional filialina Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc borcların tənzimlənməsi" Qaydalarının 3-cü bölməsinin 3.1.1 -ci bəndinə əsasən mənə 01 yanvar 2006-cı il tarixdən minimum əmək haqqının əmək qabiliyyətinin itirilmə faizi - 80 faizi məbləğində aylıq müavinətin təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması" barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının bu müraciətindən sonra onun aldığı müavinət artırılmış və 2022-ci ilin iyul ayından etibarən qanuna uyğun olaraq minimum əmək haqqının əmək qabiliyyətinin itirilmə faizi - 80 faizi məbləğində aylıq müavinət təyin edilmişdir. Lakin iddiaçı məhkəmə prosesləri dövründə bu artırmanın əvvəlki aylara da şamil olunmalı olduğunu bildirmişdir. Bu ödənişlər iddiaçıya ödənilmədiyindən ona əvvəlki dövrlərə aid olan müavinətlərin artırılmalı olduğunu və bunların da ona ödənilməli olduğunu bildirmişdir. Lakin iddiaçının bu tələbi inzibati orqana bu barədə müraciəti olmadığından təmin edilməmişdir. Hazırda iddiaçıya aylıq müavinəti düzgün şəkildə, yəni minimum aylıq əmək haqqının 80%-i miqdarında ödənilir. Lakin düşünür ki, bu artım daha əvvəldən hesablanmalı idi. Buna əsasən də iddiaçıya daha əvvəlki dövrlərə aid olan müavinətinin ödənilməyən, amma artırılmalı olan hissəsi də ödənilməli idi. Bu artım isə məhz Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli fərmanı ilə təsdiq edilmiş" Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc borcların tənzimlənməsi" qaydalarının qəbul edilməsi tarixindən başlamalıdır. Çünki məhz bu tarixdən iddiaçıya aylıq minimum əmək haqqının 80%- miqdarında müavinət verilməli olsa da, hər ay daha az, yəni 66 manat məbləğində müavinət verilmişdir. Buna görə də iddiaçıya təyin edilmiş müavinət 2022-ci ilin iyul ayınadək daha az ödənildiyindən Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc borcların tənzimlənməsi" qaydalarına əsasən əslində 2008-ci il tarixdən etibarən verilməli olan müavinət məbləğinin ödənilməyən hissəsinin ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. İddiaçının bu müraciətinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 3-17-1/2-Ə- 269134/23 nömrəli, 17 noyabr 2023-cü il tarixli imtina cavabı verilmişdir. Lakin bu cavab tamamilə əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçıya xx.xx.2006-cı il tarixindən özəlləşdirilən və idarəetməyə verisən dövlət müəssisələrinin istehsalat qəzasi və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə verilən aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1550 nömrəli Fərmanına əsasən peşə əmək qabiliyyəti itirildikdə minimum ayaq əmək haqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq) aylıq müavinət verilir. "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nda sözügedən dəyişiklik xx.xx.2022-ci il tarixdən qüvvəyə mindiyi üçün iddiaçıya təyin edilmiş aylıq müavinətin məbləği xx.xx.2022-ci il tarixindən 240 manat (minimum əmək haqqı 300 manat*əmək qabiliyyətinin itirilmə faizi 80%), xx.xx.2023-cü il tarixindən 276 manat (minimum əmək haqqı 345 manat*əmək qabiliyyətinin itirilmə faizi 80%) müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 21 iyul 2010-cu il tarixli, 2(105)-788/2010 saylı qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kmmunal X1rşı istehsalat zədəsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilərək istehsalat qəzası nəticəsində əmək qabiliyyətini itirməsi ilə əlaqədar İddiaçıun xeyrinə 01 yanvar 2006-cı il tarixdən başlayaraq müavinətin ödənilməsinin Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə həvalə edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 21 iyul 2010-cu il tarixli, 2(105)-788/2010 saylı qətnaməsi ilə apellyasiya şiakyəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07 aprel 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi məbləği, şərtləri və qaydaları”nın 1.1-ci bəndinə əsasən, işçinin istehsalat gəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyqun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Sözügedən Qaydaların 1.2-ci bəndinə əsasən, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikaçı Prezidentinin 2008-ci il 4 avgust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"na uyğun olaraq aylıq Ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Sözügedən Qaydaların 2.1-ci bəndinə əsasən, istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və yä ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Sözügedən Qaydaların 3.2-ci bəndinə əsasən, zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən ödənclər verilir Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc borcların tənzimlənməsi" Qaydalarının 5.1, 5.2-ci və 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə dəidarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində saölamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə 01 oktyabr 2003-cü il tarixdən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələri tərəfindən təyin edilir və ödənilir. Həmin Fərmana dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli 1550 nömrəli Fərmanına əsasən peşə əmək qabiliyyəti itirildikdə minimum aylıq əmək haqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq) aylıq müqavinət verilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. sosial müavinətlər- bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 4.0.1. aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət; 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; 4.0.1.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət; 4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət; 4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; 4.0.1.10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət; 4.0.1.12. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət; 4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət; 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət; 4.0.1.15. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət. Məhkəmə qeyd edir ki, aylıq müavinətlərin növləri “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həyata keçirilən ödənişin aylıq ödənc əvəzinə aylıq müavinət adlandırılmasına baxmayaraq, həmin növdə ödənişin adı faktiki olaraq Qanunun 4.0.1-ci maddəsində nəzərdə tutulmamışdır. Odur ki, aylıq ödənc əvəzinə aylıq müavinət “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan aylıq müavinət hesab edilmir. Sosial Ödənişlər Altsistemində qeyd edilən məlumatlara əsasən İddiaçı 240 manat məbləğində sosial müavihət təyin edildiyi müəyyən edilir. Həmçinin İddiaçı sosial müavinət işinə əlavə edilmiş sərəncama müvafiq olaraq əmək qabiliyyətini itirmiş işçi kimi ona xx.xx.2022-ci il tarixdən ömürlük 240 manat məbləğində sosial müavinət təyin edildiyi görünür. Bununla yanaşı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş vəsait də İddiaçı ödənilmişdir Hazırda iddiaçı ona təyin olunmuş müavinətin təyin olunduğu tarixdən xx.xx.2022-ci il tarixədək, yəni xx.xx.2006-cı il tarixdən olan dövrlərə aid hissədə artırılmasını istəyir. Bununla bağlı məhkəmə hesab edir ki, yuxarıda göstərilən dəyişikliyin xx.xx.2022-ci il tarixdən əvvəlki dövr üçün şamil edilməsi və nəticə etibarı ilə bu əsasla iddiaçıya ödənilən aylıq ödəncin miqdarının artırılması üçün qanunvericilikdə nəzərdə tutulmadığından iddia tələbi təmin edilməməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2518/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2518/2024
06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver