Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-252/2021 23.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, Tərəflərin iştrakı olmadan, İddiaçı cavabdeh DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 0.10 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarışın və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 0.10 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarışın və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Tərəflərə 19.10.2020-ci ildə,18.11.2020-ci ildə və 23.02.2021-ci ildə məhkəmə iclaslarına dəvət olunmuşlar. Lakin tərəflərə müvafiq xəbərdarlıq edilsə də, məhkəmə iclaslarına gəlməmişlər və məhkəmə ilə əlaqə saxlamamışdırlar. Yalnız 18.11.2020-ci ildə iddiaçının həyat yoldaşı X1 teleqram ilə məhkəməyə müaciət edərək, məhkəmə prosesinin təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa X1 19.10.2020-ci ildə keçirilən iclasında iştrak edərək, bildirmişdir ki, İddiaçı vəfat edib,lakin vərəsəlik hüququnu hələ rəsmiləşdirməyib. Lakin qeyd etdiyi halları sübut edəcək hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə ona görə də iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəflərə müvafiq xəbərdarlıq edilsə də, tərəflərin məhkəmə iclaslarına gəlməməsini və hər hansı vasitələrlə məhkəmə ilə əlaqə saxlamamasını məhkəmə icraatından yayınma kimi qiymətləndirir və iddianın geri götürüldüyü qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X2 şikayətinə dair 08 iyul 2013-cü il tarixli Qərardadı ilə inzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. İddiaçıya (vəfat etdiyi tədqirdə onun vərəsələrinə) izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 0.10 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarışın və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-252/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-252/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver