Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-252/2024 05.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi İsayev Zahir qəzənfər oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı cavabdeh tərəfindən vaksinə əks göstəriş sertifikatının vaxtında verilməməsi səbəbindən işyerindən ödənilməmiş əmək haqqının və dəymiş maddi və mənəvi zyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı cavabdehin hərəkət və hərəkətsizliyinin aradan qaldıılması, vaksinə əks göstəriş sertifikatının verilməsi, əlillik dərəcəsənin təyin edilməsi, buraxılmış müddətə görə ona əmək haqqınını verilməsinin təmin olunması və dəymiş maddi və mənəvi zyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh tərəfindən vaksinə əks göstəriş sertifikatının vaxtında verilməməsi səbəbindən işyerindən ödənilməmiş əmək haqqının və dəymiş maddi və mənəvi zyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izah etdi ki, İddiaçı Covid- 1 virusuna qarşı əks göstəriş sertifikatının təqdim etməməsi səbəbindən 2021-ci ilin oktyabr ayında işlədiyi “Kontakt Home” mağazalar şəbəkəsindən işdən çxarılmışdır. Belə ki, o, Səhiyyə Nazirliyinə həmin əks göstəriş sertifikatının akınması üçün müraciət etsə də, həmin sertifikat ona vaxtındaq təqdim edilməmişdir. Bu səbəbdən iddiaçı işdən çıxarılmışdır. Bununla bağlı iddiaçı itirdiyi əmək haqqını və dəymiş maddi və mənəvi ziyanın ödənilməsini cavabdehdən tutulmasını tələb edir. İddiaçınnı nümayəndəsi bununla bağlı cavabdeh orqana dəfələrlə müraciət etdiyini bildirsə də, həmin mürciətlərin surətlərini məhkəməyə təqdim edə bilmədi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əmək haqqının və ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün cavabdeh inzibati orqana yazılı qaydada müraciət etməmiş və həmin orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından yazılı qaydada imtina edilməmişdir. Bununla bağlı iddiaçının bir neçə orqanlara və instansiyalara müraciətləri iş materiallarına əlavə edilmişdir. Lakin mıhz cavabdeh orqana müvafiq müraciətləri aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı cavabdeh tərəfindən vaksinə əks göstəriş sertifikatının vaxtında verilməməsi səbəbindən işyerindən ödənilməmiş əmək haqqının və dəymiş maddi və mənəvi zyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı cavabdeh tərəfindən vaksinə əks göstəriş sertifikatının vaxtında verilməməsi səbəbindən işyerindən ödənilməmiş əmək haqqının və dəymiş maddi və mənəvi zyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-252/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-252/2024
05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver