Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2524/2024 09.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: akt qeydinə düzəlişin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “akt qeydinə düzəliş edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 sentyabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. 13 mart 1991-ci il tarixli, XV-ЖГ seriyalı, 479592 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 10 sentyabr 1990-cı il təvəllüdlü İddiaçı atası - X9, anası X4r.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh 3 avqust 2021-ci il tarixli, 05/Q-1050/15 nömrəli məktubundan görünür ki, Cavabdehndə 13 mart 1991-ci il tarixdə tərtib edilmiş 204 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat bəndində atasının adı “Əlisətdar”, cinsi “kişi” qeyd olunduğu müəyyən edilmişdir. Bu səbəbdən və İddiaçı şəxsiyyətini təsdiq edən heç bir sənədi olmadığı üçün doğum haqqında akt qeydində düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.
3. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 8 sentyabr 2021-ci il tarixli, 2932 nömrəli arayışından görünür ki, Səlimli X13 qəsəbə, Nizami küçəsi, 20 saylı evdə yaşayır.
4. Abşeron Rayon Məhkəməsinin 5 noyabr 2021-ci il tarixli, 2(012)- 6721/2021 nömrəli qərardadındən görünür ki, ərizəçi İddiaçı şəxsiyyətin müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin verilməsi və düzgün yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun şəxsiyyətinin müəyyən edilməsi və cavabdehin üzərinə ona şəxsiyyət vəsiqəsi olmasa da, doğum haqqında şəhadətnamənin düzəlişlər edilərək verilməsi, şəhadətnamənin uşaq bəndində atasının adının “Əlişəfi”, cinsinin “qadın” yazılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə, qəbulundan imtina edilərək, ərizəçiyə geri qaytarılmışdır.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:
5. Sumqayıt İnzibati Məhkəməsinin 6 sentyabr 2021-ci il tarixli, 2-1(118)- 1770/2021 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, şəxsiyyətinin müəyyən edilməsi və cavabdehin üzərinə şəxsiyyət vəsiqəsi olmasa da, doğum haqqında şəhadətnamənin düzəlişlər edilərək verilməsi, şəhadətnamənin uşaq bəndində ata adının “Əlişəfi”, cinsinin qadın yazılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin qərardad ilə iddia mümkün hesab edilməmişdir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh 31 iyul 2024-cü il tarixli, 3-16-5/8-13-1910/2024 nömrəli məktubundan görünür ki, İddiaçı məxsus olan doğum haqqında şəhadətnamə Cavabdehndə olmadığı üçün onun təsdiq edilmiş surətinin göndərilməsi qeyri-mümkündür. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında” Təlimata 15 nömrəli əlavəyə əsasən doğum haqqında tibbi şəhadətnamələr, doğumun dövlət qeydiyyatına alınması haqqında ərizə və ona əlavə edilən digər sənədlərin saxlanma müddəti bir ildir. Cavabdeh 13 mart 1991-ci ildə tərib edilmiş 204 nömrəli doğum haqqında akt qeydinin surətini qoşma ilə göndərilmişdir: - 13 mart 1991-ci il tarixli, 204 nömrəli “Doğum haqqında akt qeydi”ndən görünür ki, İddiaçı Əlisətdar oğlu (cinsi: kişi) 10 sentyabr 1990-cı il tarixdə doğulmuşdur. Atası – 8 aprel 1966-cı il təvəllüdlü X9, anası 12 noyabr 1969-cu il təvəllüdlü X10raq qeyd olunmuşdur.
7. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 9 sentyabr 2024-cü il tarixli, 2754 nömrəli arayışından görünür ki, X1 qəsəbəsi, ünvan 3 ünvanda yaşayır. Ailə üzvləri: X6 (arvadı), X16 (qızı), X12 (qızı), X11 (oğlu), İddiaçı (qızı), X17 (oğlu).
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
8. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının doğum haqqında akt qeydində düzəliş edilərək, ad, soyad, ata adı qeyd edilən hissədə “İddiaçı” qeyd edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 10 sentyabr 1990-cı il tarixdə Abşeron rayonu, Hökməli kəndində anadan olmuşdur, doğulmağı Abşeron rayonu qeydiyyat şöbəsində 13 mart 1991-ci il tarixdə 204 saylı qeydlə qeydə alınmışdır. Lakin həmin qeyddə ata adı Əlişəfı olduğu halda Əlisətdar, cinsi isə qadın olduğu halda kişi kimi qeyd edilmişdir. Ata adının səhv yazılmasının sübut edilməsinə ehtiyac belə yoxdur. Çünki, verilmiş doğum şəhadətnamənin özündə atası qrafasında “X9” kimi qeyd edilmişdir. Bundan başqa isə iddiaçının adının (Əfruz) qadın adı olduğu hər kəsə məlumdur. Lakin doğum akt qeydində adı soyadı ata adı yazılan qrafada “İddiaçı” qeyd edilməli olduğu halda səhvən “İddiaçı Əlisətdar oğlu” qeyd edilmişdir. İddiaçı göstərilən səhvləri aradan qaldırılması, doğum akt qeydində düzəlişlər edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən həmin yanlışlığın düzəldilməsindən əsassız olaraq imtina edilmiş, bu barədə 3 avqust 2021-ci il tarixli məktub verilmişdir (§2). İddiaçı hesab edir ki, imtina tamamilə əsassızdır. Onun şəxsiyyətini təsdiq edən tək sənəd doğum haqqında şəhadətnaməsidir. Həmin sənəddə də haqqında olan yuxarıda qeyd edilmiş məlumatlar səhv qeyd edilmişdir. Hesab edir ki, kifayət qədər əsaslar olduğuna görə və mübahisə olmadığına görə iddiaçının müraciəti cavabdeh orqan tərəfindən təmin edilməli və doğum akt qeydində müvafiq düzəlişlər edilməlidir.
10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1, 158.2, 159.1, 159.2, 161.1, 161.2, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.1, 34.1, 58.1, 58.7, 68.1-ci maddələrinə istinad olunmuşdur.
11. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
12. Məhkəmənin 26 iyul 2024-cü il tarixli, 2-1(118)-2524/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “doğum haqqında akr qeydində düzəliş edilməsi” tələbinə dair iş üzrə X9, X6, X16, X11 və X5 (bundan sonra – “üçüncü şəxslər”) üçüncü şəxslər qismində (adi cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır.
13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə təqdim edilmişdir.
Cavabdehin iddia tələbinə münasibəti:
14. Cavabdehin 11 yanvar 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli məktubundan görünür ki, özünü İddiaçı kimi təqdim edən şəxs şöbəyə doğum haqqında akt qeydinə düzəliş edilməsi haqqında müraciət etmişdir. Akt qeydini nəzərdən keçirərkən məlum olmuşdur ki, uşaq haqqında məlumat bəndində “İddiaçı Əlisətdar qızı”, doğum tarixi “xx.xx.1991”, ata bəndi “X9”, ana bəndi “X7” qeyd edilmişdir. Onu da qeyd etmək lazımdır ki, vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd olan şəxsiyyət vəsiqəsi də heç vaxt olmamışdır. Göstərilən bu səbəblərə görə, doğum haqqında akt qeydinə düzəliş edilməsi və vətəndaşa yeni doğum haqqında şəhadətnamə yazılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin seçdiyi qeydiyyat orqanı tərəfindən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
Tərəflərin iştirakı və izahatları:
15. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
20. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
21. Məhkəmənin 22 iyul 2024-cü il tarixli iclasında iştirak edən Şahid Balaqədeş oğlu izahat verərək, iddiaçı ilə 11 il evli olduğunu, qayınatasının adı Əlişəfi, Əlisətdar isə iddiaçının babası olduğunu bildirmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
22. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
23. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
24. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
25. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
b) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. İş materiallarında olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 13 mart 1991-ci il tarixli, 204 nömrəli doğum haqqında akt qeydinin uşaq bəndində ata adı “Əlisətdar”ı düzəliş edilərək “Əlişəfi”, cinsi “kişi”ni isə “qadın” kimi yazılmaqla iddiaçıya doğum haqqında yeni şəhadətnamə verilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Cavabdeh isə müraciətinin imtina əsası olaraq uşaq haqqında məlumat bəndində “İddiaçı Əlisətdar qızı”, doğum tarixi “xx.xx.1991”, ata bəndi “X9”, ana bəndinin “X7” qeyd edilməsini, vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd olan şəxsiyyət vəsiqəsinin heç vaxt olmamasını bildirmişdir.
28. İş materiallarından müəyyən olunur ki, İddiaçı həqiqətən Hökməli qəsəbəsi, ünvan 3 ünvanda yaşayan X3 qızıdır (§7).
29. İddiaçı tərəfindən məhkəmə prosesində təqdim edilmiş yazılı izahatından görünür ki, o, ünvan 4 ünvanda yaşayır, Əzizbəyov Xəstəxanasında anadan olmuşdur, Nəsimi rayonu 3-cü mikrorayon Uşaq Poliklinikasının qeydiyyatında olmuşdur və Abşeron rayon Hökməli qəsəbə orta məktəbində təhsil almışdır.
30. Eyni zamanda, sözügedən doğum haqqında akt qeydinə ata adı “Əlisətdar” olsa da, atası X2 qeyd edilmişdir.
31. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının cinsi - qadın və atası X9 olduğunun şübhə yaradan məqamlar olmadığdan iddia tələbi əsaslıdır.
32. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
34. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.
36. Qanunvericiliyin tələbindən də göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır.
37. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən sosial təminat hüququnu həyata keçirməsinə mane olmamalıdır. Buna görə də iddia tələbi əsaslı olduğundan, iddiaçının doğum haqqında akt qeydində düzəliş edilməlidir.
38. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
39. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
40. Şərh olunanlara və İPM-in 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən İddiaçı adına aparılmış 13 mart 1991-ci il tarixli, 204 nömrəli “Doğum haqqında akt qeydi”nin uşaq bəndində ata adının “Əlisətdar”dan “Əlişəfi”yə, cinsi “kişi”dən “qadın”a dəyişdirilməsi (düzəliş edilməsi) öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Könül Həbibova