Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-253/2021 14.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə Qobustan rayonu Qobustan şəhəri ərazisində yerləşən İddiaçı məxsus bərbərxananın yerləşdiyi torpaq sahəsi ilə X7 məxsus torpaq sahəsi arasındakı məsafə, döngə bucaq nöqtələri GPRS vasitəsi ilə təsbit olunması və onlara rəsmi yazılı məlumat verilməsi öhdəliyinin qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə Qobustan rayonu Qobustan şəhəri ərazisində yerləşən İddiaçı məxsus bərbərxananın yerləşdiyi torpaq sahəsi ilə X7 məxsus torpaq sahəsi arasındakı məsafə, döngə bucaq nöqtələri GPRS vasitəsi ilə təsbit olunması və onlara rəsmi yazılı məlumat verilməsi öhdəliyinin qoyulmasına” dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)- 1702/2019 saylı qərardadı ilə iddia geri götürülmüş hesab edilərək, iş üzrə icraata xitam verilmişdir. Məhkəmə gəldiyi nəticəni, iddiaçıya bir neçə dəfə məhkəmə iclası barədə məlumatın verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsi və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən iddiaçının tələbinin məhkəmədən kənar həll etməsi barədə göndərdiyi məktubla əsaslandırmışdır. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı apellyasiya vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2- 1(085)-1702/2019 saylı qərardadı ləğv edilərək, iddia tələbinə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılarkən izahat vermiş İddiaçı bildirmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubda yazılanlar həqiqəti əks elətdirmir və mübahisəli əraziyə cavabdeh təşkilat tərəfindən baxış keçirilməmişdir. Ona görədə Sumqayıt Apellyasiya Məhkəməsi qeyd olunan məsələnin araşdırılması məqsədi ilə mübahisəli əraziyə baxış keçirilən zaman tərtib edilmiş aktın olub-olmaması müəyyənləşdirmək üçün inzibati işi yeni araşdırmaya göndərmişdir. Qeyd olunan inzibati iş məhkəmənin icraatına daxil olduqdan sonra cavabdeh təşkilata müvafiq sərəncam göndərilmiş və iş üzrə maraqlı şəxs olan X10 3-cü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı Ağahüseyn oğluna qarşı özbaşına tutduğu torpaq sahəsindən çıxarma, tikililərin sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia təmin edildi və qət edildi ki, İddiaçı Ağahüseyn oğlu X3 mülkiyyətində olan və özbaşına tutduğu torpaq sahəsində tikdirdiyi Bəhruz Əsədova məxsus torpaq sahəsinə düşən hissəsi onun hesabına sökülsün və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın, ödənilmiş 10 manat dövlət rüsumu Muradovdan alınaraq Əsədova verilsin. Bununla belə sonradan təsbit edildi ki, iddiaçıya məxsus bərbərxananın yerləşdiyi torpaq ilə Bəhruz Əsədova məxsus torpaq sahəsi arasında 52 metr məsafə var. Belə ki, iddiaçı Azərbaycan Respublikasının tikinti qanunvericiliyinin tələblərinə əməl edərək özünə məxsus Qobustan rayonunun Şikarov küçəsində 30 kvadrat metr torpaq sahəsində 2004cü ildə bərbərxana tikdirmişdir. Belə ki, Bəhruz Əsədova məxsus 436 kvadrat metrlik torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Kadastr kitabında xx.xx.2009-cu ildə 1501 nömrəsi ilə uçota alınıb və ona №15 3198 Kadastr planı nömrəsi verilib. Həmin nömrə ilə Bəhruz Əsədova məxsus torpaq sahəsinə birlikdə baxıldığı zaman məlum olur ki, bu iki torpaq sahəsi bir-birinə qonşu olmayıb, biri digərindən 52 metr uzaqlıqda yerləşir. X6 sədri V.Novruzov tərəfindən imzalanmış və möhürlənmiş Qobustan rayon İHB-nın Memarlıq və Tikinti şöbəsinin müdiri M.Əliyev tərəfindən imzalanaaraq təsdiqlənmiş və möhürlənmiş Qobustan şəhərinin Baş Planı da sübut edir. Bu səbəbdən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı Ağahüseyn oğlu məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçının iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsi ilə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı Ağahüseyn oğlu tərəfindən xx.xx.2019-cu il tarixli məktubla Qobustan rayonu, Şikarov küçəsində yerləşən vətəndaş İddiaçı Ağahüseyn oğluna məxsus bərbərxana ilə vətəndaş X8 məxsus torpaq sahəsi arasındakı məsafənin ölçülməsi ilə bağlı müraciət olunmuşdur. Vətəndaş müraciət edərkən ona məxsus olan bərbərxananın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici və texniki sənədləri təqdim etməmiş və torpaq sahəsində müvafiq yerquruluşu işlərinin aparılması ilə bağlı hər hansı ödəniş etməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü hissəsinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən maliyyələşdirilir. X1 tərəfindən edilən xx.xx.2019-cu il tarixli müraciət əsasında Qobustan rayonu, Şikarov küçəsində yerləşən vətəndaş İddiaçı Ağahüseyn oğluna məxsus bərbərxana ilə vətəndaş X7 məxsus torpaq sahəsi arasında yerləşən məsafənin ölçü işləri hər iki tərəfin iştirakı ilə aparılaraq bu barədə akt tərtib olunmuş və tərəflərin imzası ilə təsdiqlənmişdir. Həmçinin, Qobustan rayonu, Şikarov küçəsində yerləşən vətəndaş İddiaçı Ağahüseyn oğluna məxsus bərbərxana ilə vətəndaş X7 məxsus mübahisəli torpaq sahəsi ilə bağlı Qobustan Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli müraciəti əsasında xx.xx.2016-cı il tarixli **********97 nömrəli məktubla mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Qeyd olunan iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2017-ci il növbəti müraciəti əsasında iddiaçı X3 cavabdeh İddiaçı Ağahüseyn oğluna qarşı “özbaşına zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz tikililərin sökülüb torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə mütəxəssis rəyi hazırlanaraq xx.xx.2017-ci il tarixli, **********93 nömrəli məktubla məhbəməyə təqdim edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(105)-1199/2020 nömrəli müraciəti əsasında yenidən həmin mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və mütəxəssis rəyi hazırlanaraq xx.xx.2020-ci il tarixli, **********71 nömrəli məktubla məhkəməyə təqdim olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən İddiaçı Ağahüseyn oğlunun cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı irəli sürdüyü iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmədə iştrak edən cavabdeh təşkilatın nümayəndəsi X11 etirazda yazılanlara uyğun izahat verərək, bildirmişdir ki, hazırkı iddia tələbi üzrə 3-cü şəxs olan X3 müraciəti əsasında təmsil etdiyi Xidmətin mütəxəssisləri tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və GPRS vasitəsi ilə mübahisəli torpaq sahələri arasında məsafə müəyyən edilmiş və bu barədə Bəhruz Əsədova məlumat verilmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan xidmətlər “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən sifariş verən hüquqi və ya fiziki şəxsin maliyyə vəsaiti hesabına həyata keçirilir. X3 Xidmətə rəsmi müraciətinə, o cümlədən mübahisə ilə bağlı verilmiş məhkəmə qərardadları əsasında İddiaçı xidmət haqqı alınmadan daşımaz əmlaklar arasında məsafə xüsusi cihaz vasitəsi ilə ölçülmüşdür. Lakin ölçmə işlərinin aparılması ilə bağlı müraciət Əsədov Bəhruz tərəfindən edildiyinə görə aparılmış işlərin nəticəsi barədə məlumat İddiaçı deyil X7 verilmişdir. Bundan başqa oda nəzərə alınmalıdır ki, daşınmaz əmlaklar arasında məsafə ölçülərkən həmin daşınmaz əmlakların mülkiyyət hüquqlarını təstiq edən sənəd lazımdır. Lakin iddiaçının sahibliyində olan bərbərxana daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamışdır. İddiaçı Ağahüseyn oğlunun tələbi öz həllini tapdığına görə cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin təşəbbüsü ilə 3-cü çəxs qismində cəlb edilmiş X3 nümayəndəsi X9 məhkəmənin ötən iclaslarında iştrak edərək, idia tələbinə etiraz etmişdir. Qeyd olunan etirazın hazır ki, iddia tələbinə aidiyyatının olmamasına baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmədə dinlənilmiş və onun izahatı ondan ibarət olmuşdur ki, ölçülməsi tələb edilən məsafə təmsil etdiyi X13 rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 05 saylı qərarı ilə ayrılmış torpaq sahəsi ilə iddiaçıya Qobustan Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsi arasında yerləşir. Qobustan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 64 saylı qərarı ilə İddiaçı Ağahüseyn oğluna ayrılmış torpaq sahəsi qanunvericiliyin tələbləri pozulmaqla ayrılmışdır. Belə ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmamışdan öncə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi alınmalı, sonra isə bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı qərar verilməli idi. Lakin qeyd olunan prosedurlara riayət olunmadan İddiaçı xx.xx.2004-cü ildə Qobustan Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmışdır. Bundan başqa şəhərdə aparılan yenidəqurma işləri zamanı Qobustan rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti şöbəsinin xx.xx.2015-ci il tarixli rəyinə əsaslanaraq İddiaçı ona ayrılmış 30 kv.m torpaq sahəsindən əlavə sahəni zəbt edərək orada tikinti işləri aparmışdır. Göstərilənlərə əsasən 3-cü şəxsin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxs məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə 3-cü şəxsin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Qobustan rayon Mərəzə bələdiyyəsinin 64 saylı xx xxxxxxx 2004-cü il tarixli İddiaçı Ağahüseyn oğluna 6x5 m.kv torpaq sahəsinin ayrılması barədə qərarın surəti, Qobustan rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsini İddiaçı Ağahüseyn oğluna sahibkarlıq fəaliyyəti üçün təklif olunan sahənin sxemi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Qobustan rayon Mərəzə bələdiyyəsinin 64 saylı xx xxxxxxx 2004-cü il tarixli İddiaçı Ağahüseyn oğluna Mərəzə qəsəbəsi,Ş.Şikarov küçəsində sahibakarlıq məqsədi ilə 6x5 m.kv torpaq sahəsinin ayrılmışdır. Qeyd olunan torpaq sahəsinin üzərində İddiaçı Ağahüseyn oğlu tərəfindən bərbərxana tikilmiş və hal hazırda həmin obyekt fəaliyyət göstərir. Hazır ki, iddia tələbi üzrə 3-cü şəxs qismində cəlb edilmiş X4 Qobustan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 05 saylı qərarı ilə torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahələri Şikarov küçəsində bir cərgədə yerləşir. Qobustan rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbsəsi tərəfindən verilmiş rəy əsasında İddiaçı Ağahüseyn oğlu tərəfindən inşa edilmiş bərbərxananın sahəsi genişləndirilmişdir. Tərəflər arasında torpaq sahəsinin zəbt edilməsi bağlı məhkəmə mübahisəsi olmuş və İddiaçı Ağahüseyn oğlunun iddiaçı X7 məxsus olan torpaq sahəsinidən zəbt etdiyi 5 kv.m hissəsindən çıxarılması qət edilmişdir. İddiaçı Ağahüseyn oğlu hesab edir ki, ona ayrılmış torpaq sahəsi ilə Bəhruz Əsədova ayrılmış torpaq sahəsi arasında məsafə 52 metr təşkil etdiyi halda zəbtdən söhbət gedə bilməz. Bu məqsəd ilə İddiaçı Ağahüseyn oğlu Cavabdehnə müraciət edərək, Qobustan rayonu Qobustan şəhəri ərazisində yerləşən bərbərxanası ilə X7 məxsus torpaq sahəsi arasındakı məsafə, döngə bucaq nöqtələri GPRS vasitəsi ilə təsbit olunmasını tələb etmiş, lakin cavabdeh təşkilat ondan hüquq müəyyənedici sənədlər təqdim edilməməsini əsas gətirərək müraciətini yerinə yetirməkdən imtina etmişdir. Hazır ki, iddia tələbi ilə üzrə İddiaçı Ağahüseyn oğlunun iddiasına Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılan ərəfədə X10 mübahisəli torpaq sahələri arasında məsafənin müəyyən edilməsi məqsədi ilə ölçmə işlərinin aparılması ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmiş və onun torpaq sahəsinin hüquq müəyyənedici sənədləri olması səbəbindən əraziyə baxış keçirilərək mübahisəli torpaq sahələrinin arasındakı məsafə, döngə bucaq nöqtələri GPRS vasitəsi ilə ölçülərək xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Qeyd olunan akt ölçmə işlərində iştrak edən şəxslərdən başqa həmçinin İddiaçı tərəfindən imzalanmışdır. Ölçmə işlərinin aparılması ilə bağlı müraciət X10 tərəfindən edildiyinə görə aparılmış işlər barədə rəsmi cavab X7 göndərilmişdir. Məhkəmə iş materaillarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticə aşağıdakılara əsaslanır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (bundan sonra — Xidmət) Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır.Həmin Əsasnamənin 2.0.1-ci bəndinə əsasən Ximət Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsini və aparılmasını həyata keçirir. Həmin Əsasnamənin 2.0.7-ci bəndinə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradır. Həmin Əsasnamənin 3.0.8, 3.0.9 və 3.0.11-ci bəndlərə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq, torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrinə aiddir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir.Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerquluşu işləri hesab olunur.Həmin Qanunun 22-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən maliyyələşdirilir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, X7 ayrılmış torpaq sahəsi ilə İddiaçı Ağahüseyn oğluna ayrılmış torpaq sahəsi arasında olan ərazidə xx.xx.2019-cu ildə faktiki vəziyyətlə bağlı ölçü işləri aparıldığına və döngə nöqtələri təyin edildiyinə görə həmin hərəkətlərin yenidən yerinə yetirilməsinə lüzum yoxdur, lakin həmin ölçmə işləri nəticəsində əldə edilmiş məlumatlar barədə İddiaçı Ağahüseyn oğlunun məlumat almaq hüququnun olması səbəbindən ona bu barədə məlumat verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Qobustan rayonunun Ş.Şikarov küçəsində yerləşən İddiaçı sahibliyində olan bərbərxananın yerləşdiyi torpaq sahəsi ilə X7 məxsus torpaq sahəsi arasındakı məsafə, döngə bucaq nöqtələri barədə məlumat verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-253/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-253/2021
14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver