Məhkəmə qərarları › İş №2-1(118)-2537/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2537/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2537/2024 04.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı cavabdehin xx/xx/2023 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Fonduna ödənilməmiş 581,33 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 670 manat məbləğində siyahıya alınmış əmlakının (hər birinin dəyəri 75 manat olmaqla, ümumi dəyəri 150 manat olan 2 ədəd, “Mercedes E250” markalı maşın üçün nəzərdə tutulmuş “razvalni”, hər birinin dəyəri 75 manat olmaqla, ümumi dəyəri 150 manat olan 2 ədəd “VAZ 2107 Jiquli” markalı maşın üçün nəzərdə tutulmuş “Tyaqa”, 1 ədəd, 90 manat dəyərində, “VAZ 21213 Niva” markalı maşın üçün nəzərdə tutulmuş qranat şarnir. Hər birinin dəyəri 35 manat olmaqla, ümumi dəyəri 105 manat olan, 3 ədəd, “VAZ 2106 Jiquli” markalı maşın üçün nəzərdə tutulmuş, “peç motoru”, hər birinin dəyəri 45 manat olmaqla, ümumi dəyəri 90 manat olan, “VAZ 2106 Jiquli” markalı maşın üçün nəzərdə tutulmuş “qlavnı tormoz”, 1 ədəd, 25 manat dəyərində, “VAZ 2106 Jiquli” markalı maşın üçün nəzərdə tutulmuş “mayatnik”, 1 ədəd, 60 manat dəyərində, “VAZ 2106 Jiquli” markalı maşın üçün nəzərdə tutulmuş “porşen” maşın ehtiyat hissələri) satılması barədə iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx/xx/2023 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Fonduna ödənilməmiş 581,33 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 670 manat məbləğində siyahıya alınmış əmlakının (hər birinin dəyəri 75 manat olmaqla, ümumi dəyəri 150 manat olan 2 ədəd, “Mercedes E250” markalı maşın üçün nəzərdə tutulmuş “razvalni”, hər birinin dəyəri 75 manat olmaqla, ümumi dəyəri 150 manat olan 2 ədəd “VAZ 2107 Jiquli” markalı maşın üçün nəzərdə tutulmuş “Tyaqa”, 1 ədəd, 90 manat dəyərində, “VAZ 21213 Niva” markalı maşın üçün nəzərdə tutulmuş qranat şarnir. Hər birinin dəyəri 35 manat olmaqla, ümumi dəyəri 105 manat olan, 3 ədəd, “VAZ 2106 Jiquli” markalı maşın üçün nəzərdə tutulmuş, “peç motoru”, hər birinin dəyəri 45 manat olmaqla, ümumi dəyəri 90 manat olan, “VAZ 2106 Jiquli” markalı maşın üçün nəzərdə tutulmuş “qlavnı tormoz”, 1 ədəd, 25 manat dəyərində, “VAZ 2106 Jiquli” markalı maşın üçün nəzərdə tutulmuş “mayatnik”, 1 ədəd, 60 manat dəyərində, “VAZ 2106 Jiquli” markalı maşın üçün nəzərdə tutulmuş “porşen” maşın ehtiyat hissələri) satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan CavabdehAzərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023 tarixə yaranan 581,33 manat borcuna görə 670 manat məbləğində əmlakı (hər birinin dəyəri 75 manat olmaqla, ümumi dəyəri 150 manat olan 2 ədəd, “Mercedes E250” markalı maşın üçün nəzərdə tutulmuş “razvalni”, hər birinin dəyəri 75 manat olmaqla, ümumi dəyəri 150 manat olan 2 ədəd “VAZ 2107 jiquli” markalı maşın üçün nəzərdə tutulmuş “Tyaqa”, 1 ədəd, 90 manat dəyərində, “VAZ 21213 Niva” markalı maşın üçün nəzərdə tutulmuş “qranat şarnir”, hər birinin dəyəri 35 manat olmaqla, ümumi dəyəri 105 manat olan, 3 ədəd, “VAZ 2106 jiquli” markalı maşın üçün nəzərdə tutulmuş, “peç motoru”, hər birinin dəyəri 45 manat olmaqla, ümumi dəyəri 90 manat olan, “VAZ 2106 jiquli” markalı maşın üçün nəzərdə tutulmuş “qlavnı tormoz”, 1 ədəd, 25 manat dəyərində, “VAZ 2106 jiquli” markalı maşın üçün nəzərdə tutulmuş “mayatnik”, 1 ədəd, 60 manat dəyərində, “VAZ 2106 jiquli” markalı maşın üçün nəzərdə tutulmuş “porşen” maşın ehtiyat hissələri) siyahıya alınmış və bu barədə xx.xx.2023 tarixli, **********0 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023 tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 581,33 manat ödənilməmiş borcu qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - Əmlakının siyahıya alınması barədə 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh əmlakının siyahıya alınması qərara alınmışdır. - Vergilər ,faizlər və maliyyə sanksiyası üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, Cavabdeh 670 manat dəyərində əmlakı siyahıya alınmışdır. - xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Cavabdeh xəbərdarlıq olunmuşdur. -xx.xx.2023-ci il tarixli aktdan görünür ki, Cavabdeh siyahıya alınmış əmlakı məsul saxlanma üçün ona təhvil verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur.Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı nəticəsində müəyyən olunur ki, dövlət büdcəsinə olan ümumilikdə 581,33 manat məbləğində borc ödənilmədiyi üçün xx.xx.2023 tarixli Protokol əsasında siyahıya alınmış cavabdehə məxsus əmlaklardan dəyəri 400 manat məbləğində olan əmlak ixtisaslaşdırılmış açıq hərracda satılması ilə əlaqədar verilmiş iddia tələbi həmin əmlakın satılması hissəsində əsaslıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 581,33 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə xx.xx.2023 tarixli Protokol əsasında siyahıya alınmış cavabdehə məxsus əmlaklardan dəyəri 670 manat məbləğində olan açıq hərracda satılmalıdır. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.4-cü maddəsinə əsasən əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Əmlakın satışından daxil olan pul vəsaiti vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsi üçün kifayət etmədikdə və ya əmlak qanunvericilikdə nəzərdə tutulmuş qaydada satılmadıqda, borcların dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən vergi ödəyicisinin həmin borclarının qalan məbləği həcmində digər əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada siyahıya alına bilər. Ona görə də hazırkı işdə əmlakın dəyəri 670 manat olduğunu nəzərə alaraq, cavabdehin əmlakı satıldıqdan sonra onun dövlət büdcəsinə olan borcu ödənilib, artıq qalan məbləğ vergi ödəyiciyinə geri qaytarılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdehin xx/xx/2023 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Fonduna ödənilməmiş 581,33 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 670 manat məbləğində siyahıya alınmış əmlakının (hər birinin dəyəri 75 manat olmaqla, ümumi dəyəri 150 manat olan 2 ədəd, “Mercedes E250” markalı maşın üçün nəzərdə tutulmuş “razvalni”, hər birinin dəyəri 75 manat olmaqla, ümumi dəyəri 150 manat olan 2 ədəd “VAZ 2107 jiquli” markalı maşın üçün nəzərdə tutulmuş “tyaqa”, 1 ədəd, 90 manat dəyərində, “VAZ 21213 Niva” markalı maşın üçün nəzərdə tutulmuş qranat şarnir. Hər birinin dəyəri 35 manat olmaqla, ümumi dəyəri 105 manat olan, 3 ədəd, “VAZ 2106 Jiquli” markalı maşın üçün nəzərdə tutulmuş, “peç motoru”, hər birinin dəyəri 45 manat olmaqla, ümumi dəyəri 90 manat olan, “VAZ 2106 Jiquli” markalı maşın üçün nəzərdə tutulmuş “qlavnı tormoz”, 1 ədəd, 25 manat dəyərində, “VAZ 2106 Jiquli” markalı maşın üçün nəzərdə tutulmuş “mayatnik”, 1 ədəd, 60 manat dəyərində, “VAZ 2106 Jiquli” markalı maşın üçün nəzərdə tutulmuş “porşen” maşın ehtiyat hissələri) açıq hərracda satılsın. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar