Məhkəmə qərarları › İş №2-1(118)-2538/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2538/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2538/2025 03.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “iddiaçının iş stajının düzgün hesablanması və ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbin 8-ci sinifini bitirdikdən sonra Sumqayıtdakı 7 saylı (QPTU) Texniki peşə məktəbində (xx.xx.1979-12,08.1982) elektrik qaz qaynaqçısı peşəsi üzrə oxuyub diplom almışdır. Sovet ordusu sıralarında (xx.xx.1982)-cü ildən (xx.xx.1984-ci ilə qədər) qulluq etmişdir. İlk dəfə istehsalat təcrübəsini Sumqayıtdakı 1 saylı “Azkimya təmir-tikinti quraşdırma ” trestində elektrik qaynaqçısı işləyərək almışdır. Əmək kitabçasında qeyd edildiyi kimi (xx.xx.1984-ci ildən 01,07.1994-ci ilə qədər ) qeyri kimya müəsissələrində çalışmışdır. Sonradan Kimya zavodlarında o cümlədən “Sumqayıt məişət kimyası”, Sumqayıt “Sintezkauçuk”, "xxxx"MMC, “Sumqayıt Texnalogiyalar parkı” və s. zavodlarında maşinist, təmirçi-çilİngər: quraşdırıcı çilingər, elektrik ve qaz qaynaqçısı vəzifələrində çalışmışdır. Üst-üstə hesablayanda hərbi xidmət stajı da nəzərə alsaq, 1982- ci ildən 2024-cü ilə qədər 42 il dayanmadan kimya zavodlarında və qeyri kimya zavodlarında işləmişdir.Onun təxminən 17 ilini xüsusuilə ağır və zərərli işlərdə çalışmışdır. İndi isə 60 yaşı tamam olmuşdur. İşlədiyi kimya zavodlarına pensiya üçün müraciət etsə də qanuni istehsalat arayışını vermirlər. Verdikləri rəsmi arayışlarda ağıllarına gələn stajları yazıb qeyd edirlər. Onlar vəzifəni, kodu düzgün qeyd etsələr də iş stajını olduğu kimi qeyd etməyiblər. Çünki, iş stajını tam yazsaydılar direktoru da kadrları da işdən bayıra atacaqlar. Verdikləri 109 saylı, 110 saylı xx.xx.2024-cü il tarixli və 31 saylı xx.xx.2024 -cü il tarixli arayışları tamamilə saxtadır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. 20 ilə yaxın güzəştli iş stajı vardır. xx.xx.2024-cü il tarixli, 31 saylı istehsalat arayışında “Əl ilə qaynaq aparan elektrik qaynaqçıları” vəzifəsini onun vəzifəsi olduğunu qeyd edirlər. Verilən istehsalat arayışlarında da göstərildiyi kimi, həm Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli, 320 saylı, 1 nömrəli siyahısının Vİİİ bölməsinin 1080A010 şifri üzrə, həm də 23 yanvar 2007- ci il tarixli 12 nömrəli qərarının Kimya istehsalatı 8-ci bölməsinə görə yaşla əlaqədar güzəştli şərtlərlə pensiya hüququna malikdir. Onun peşəsi AR Nazirlər Kabinetinin 23yanvar 2007- ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Siyahı ”-nın 8-cİ bölməsinin 8.1.1 bəndinə əsasən (İzopropil spirti,Sintez kauçuk, Politilen istehsalı) güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. “Əmək pensiyalar haqqında” Azərbaycan Respublikası qanununun 4.1.1-ci maddəsinə əsasən mənim yaşa görə əmək pensiyası almaq hüququm vardır. “Əmək Pensiyalar) haqqında” Azərbaycan Respublikasının qanununun 9.8 - ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək kitabçasının mövcudluğudur. Həmin qanunun 9-cu maddəsində bəzi kateqoriyalı şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqlarının yaranması şərtləri dəqiq müəyyən edilmişdir. Yuxarıda qeyd etdiyim zərərli və ümumi iş stajım əsasən əmək kitabçamda qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetimin 25 noyabır 1992-ci i! tarixli 638 saylı qərarı ilə təstiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi haqqında” əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əsasən əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda, əmək kitabçasını əvəz edən təsdiqedici sənəd kimi arayışlar,əmirlər,çıxarışlar əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-ə dək qazanmış olsunlar. 52 yaşda yox, məhz 01 yanvar 2006 -cı İldən sonra , 2017- ci ilə qədər qazanaraq, 60 yaşında pensiyaya çıxmalıdır. Bunu nəzərə alaraq 60 yaşı 1 mart 2024-cü ildə tamara olduğu halda, 2017-ci ilə qədər 25 il ümumi sığorta stajı, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə sığorta stajına malikdir. Ona görə də güzəştli şərtlərlə pensiya hüququ 60 yaşma çatdıqda, ümumi sığorta stajı 25 il olduqda və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə yaranır. Ona görə də Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ yaranır. Həmin Qanunun 31.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-cİ İl tarixədək qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında’’ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı qüvvəsində ikən 01 iyul 2017-ci il tarixinədək mən güzəştli əmək stajımı toplamışam. Odur ki, 2017-ci ilin iyulun 1dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş nomıları əsasında təyin edilir. Qanunda göstərilir ki, bunun üçün 2 şərtə əməl olunmalıdır. 1) 1 nömrəli siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) Ümumi iş stajı minimum 25 il olmalı; .Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. “Əmək pensiyaları haqqında” AR Qanununun 1.0.1; 1.0.2; 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair AR KM Plenumunun Qərarında deyilir: pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmsını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılamsım təmin edən hüquqi təmzimləmə sisteminin yaradılmasını ehtiva edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verəri incəsənətin xüsusi sahələrində, yeraltı islərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi QaydasTnın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. İddiaçının Mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajı 12 il 6 aydan az(1 il 10 ay 8gün (xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2007- xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq bildiririk ki, "xxxx" MMC-nin iddiaçıya dair 29 may 2024-cü il tarixli 31 nömrəli arayışında xx.xx.2012xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparmağı barədə hər hansı məlumat göstərilməyib. Bu səbəbdən də həmin dövrü güzəştli iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına 2 nömrəli Əlavədə müraciət edən şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən təqdim etməli olduğu arayışın nümunəsi verilmişdir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: X2 Etilen-Polietilen zavodu kadrlar şöbəsinin xx.xx.2024-cü il tarixli 109 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı 26 yanvar 2006-cı il tarixindən 22 yanvar 2007-ci il tarixinədək "Azərikimya” Dövlət Şirkətinin “Sintezkauçuk ” zavodunun Təmir quraşdırma sexində elektrik qaynaqçısı peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan (butadien, spirt, kauçuk istehsalı) istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. X2 Etilen-Polietilen zavodu kadrlar şöbəsinin xx.xx.2024-cü il tarixli 110 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı 23 yanvar 2007-cı il tarixindən 05 dekabr 2007-ci il tarixinədək “Azərikimya" Dövlət Şirkətinin “Sintezkauçuk ” zavodunun Təmir quraşdırma sexində elektrik qaynaqçısı peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 8-ci bölməsinin 8.1.1 bəndinə əsasən siyahıda sadalanan (butadien,spirt.kauçuk istehsalı) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. STP MMC-nin xx.xx.2024-cü il tarixli 31 saylı arayışında qeyd edilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixindən (əmr 01/KŞ saylı) xx.xx.2015-ci il tarixinədək (əmr 01- KŞ/X saylı) X4 1 N-li Quraşdırma sahəsinin Qaynaq bölməsinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində çalışmışdır. Göstərilən peşə Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci fəslində müəyyən edilmiş "Ümumi peşələr" sahəsinin 68-ci sətrində müəyyən edilmiş "əl ilə qaynaq aparan elektrik qaynaqçıları" vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 2 (iki) il, 0 (sıfır) ay, 5 (beş) gün təşkil edir. Əmək kitabçasının surəti, diplomun surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq X2 Etilen-polietilen zavodunun 21 yanvar 2025ci il tarixli, 14-2-3-1/2-16/2025 saylı məktubunda qeyd edilmişdir ki, Sumqayıt Sintezkauçuk zavodunun keçmiş işçisi İddiaçı xx.xx.2001-xx.xx.2002-cı il tarixində Təmir quraşdırma sexində quraşdırıcı çilingər, xx.xx.2002-xx.xx.2005-ci il tarixində Mexaniki təmir və quraşdırma sexində quraşdırıcı çilingər və xx.xx.2005-xx.xx.2006-cı il tarixində Təmir quraşdırma sexində quraşdırıcı çilingər peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 23 yanvar 2007ci il tarixli 12 nömrəli qərarları ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən tam iş günü ərzində kimya istehsalatının 1 və 2 saylı Siyahısında quraşdırıcı çilingər peşəsi nəzərdə tutulmadığına görə İddiaçı bu peşə üzrə güzəştli şərtlərlə pensiya hüququ verən arayışların təqdim olunması mümkün deyildir. Hal-hazırda zavodun ştat cədvəlində quraşdırıcı çilingər peşəsi olmadığına görə quraşdırıcı çilingər peşəsinə oxşar 5-cı dərəcəli təmirçı çilingər peşəsinin təlimatı məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq STP MMC-nin xx.xx.2025-ci il tarixli, 001/0024/2025 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2012-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək X4 1 nömrəli Quraşdırma sahəsinin qaynaq bölməsində 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində çalışmışdır. Həmin dövrdə İddiaçı əmək müqaviləsi rəsmiləşdirilərkən, əmək müqaviləsində "işçi aşağıdakı əmək funksiyanın icrasını öhdəsinə götürür bölməsində" "vəzifə təlimatlarına uyğun olaraq" sözləri qeyd edilmişdir. Lakin həmin dövrdə sənədləşməni həyata keçirən əməkdaşlar tərəfindən 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsi üzrə vəzifə təlimatları hazırlanmamışdır (təsdiq edilməmişdir). Buna görə də İddiaçı vəzifə funksiyasının nədən ibarət olmasını təsdiqləyən vəzifə təlimatını məhkəməyə təqdim etmək imkan xaricindədir. Əlavə olaraq bildirirlər ki, İddiaçı "xxxx" MMC-də 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsi üzrə faktiki yerinə yetirmiş olduğu əmək funksiyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 35-ci fəslində müəyyən edilmiş "Ümumi peşələr" sahəsinin 68-ci sətrində müəyyən edilmiş "əl ilə qaynaq aparan elektrik qaynaqçıları" vəzifəsinin xüsusiyyətləri ilə eynilik təşkil edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan xx.xx.2024-cü il tarixdə imtina etdiyindən iddiaçı xx.xx.2024-cü ildə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı xx.xx.1999-cu ildən xx.xx.2015-ci ilə qədər “Sumqayıt məişət kimyası” zavodunda, Sumqayıt “Sintezkauçuk” zavodunda, “Sumqayıt Texnalogiyalar Parkı”nda xüsusi ilə zərərli və ağır olan sexlərdə maşinist, təmirçi-çilingər, elektrikqaynaqçısı işlədiyi müddətlər sosial sığorta stajına daxil edilərək, iş stajının düzgün hesablanması və hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin tələbinə görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Sintezkauçuk zavodunun keçmiş işçisi İddiaçı xx.xx.2001-xx.xx.2002-cı il tarixində təmir quraşdırma sexində quraşdırıcı çilingər, xx.xx.2002-xx.xx.2005-ci il tarixində Mexaniki təmir və quraşdırma sexində quraşdırıcı çilingər və xx.xx.2005-xx.xx.2006-cı il tarixində Təmir quraşdırma sexində quraşdırıcı çilingər peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən tam iş günü ərzində kimya istehsalatının 1 və 2 saylı Siyahısında quraşdırıcı çilingər peşəsi nəzərdə tutulmamışdır. X2 etilen-polietilen zavodu kadrlar şöbəsinin arayışlarında qeyd edilmişdir ki, iddiaçı 26 yanvar 2006-cı il tarixindən 22 yanvar 2007-ci il tarixinədək, 23 yanvar 2007-cı il tarixindən 05 dekabr 2007-ci il tarixinədək “Azərikimya" Dövlət Şirkətinin “Sintezkauçuk” zavodunun Təmir quraşdırma sexində elektrik qaynaqçısı peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 8-ci bölməsinin 8.1.1 bəndinə əsasən siyahıda sadalanan (butadien,spirt,kauçuk istehsalı) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. STP MMC-nin xx.xx.2024-cü il tarixli 31 saylı arayışında qeyd edilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixindən (əmr 01/KŞ saylı) xx.xx.2015-ci il tarixinədək (əmr 01- KŞ/X saylı) X4 1 N-li Quraşdırma sahəsinin Qaynaq bölməsinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində çalışmışdır. Göstərilən peşə Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci fəslində müəyyən edilmiş "Ümumi peşələr" sahəsinin 68-ci sətrində müəyyən edilmiş "əl ilə qaynaq aparan elektrik qaynaqçıları" vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 2 (iki) il, 0 (sıfır) ay, 5 (beş) gün təşkil edir. Göründüyü kimi iddiaçının 12 il 6 ay güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Məhkəmə həmçinin kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı,xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır.” X2 Etilen-polietilen zavodunun 21 yanvar 2025-ci il tarixli, 14-2-3-1/2-16/2025 saylı məktubuna əsasən İddiaçı xx.xx.2001-xx.xx.2002-cı il tarixində Təmir quraşdırma sexində quraşdırıcı çilingər, xx.xx.2002-xx.xx.2005-ci il tarixində Mexaniki təmir və quraşdırma sexində quraşdırıcı çilingər və xx.xx.2005-xx.xx.2006-cı il tarixində Təmir quraşdırma sexində quraşdırıcı çilingər peşəsində işlədiyi dövrlər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə pensiya hüququ verən arayışların təqdim edilməsinin mümkün olmaması qeyd edilmişdir. Beləliklə iddiaçının güzəştli iş stajı (xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2007xx.xx.2007-ci il və xx.xx.2012-xx.xx.2015-ci il) 3 il 10 ay 18 gün təşkil edir. İddiaçının xx.xx.1999-cu il tarixindən xx.xx.2001-ci il tarixinədək “Sumqayıt məişət kimyası” İB-də, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixinədək "xxxx" MMC-də, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövrlərlə bağlı məhkəmə qeyd edir ki, həmin dövrün güzəştli iş stajı olması barədə iddiaçı tərəfindən işəgötürənin müvafiq arayışı məhkəməyə təqdim edilməmişdir. Lakın nəzərə almaq lazımdır ki, həmin dövrün (cəmi 7 il 5 ay 9 gün) güzəştli iş stajına daxil edilməsi halında belə iddiaçının 12 il 6 ay güzəştli iş stajı tamamlanmamış olacaqdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar