Məhkəmə qərarları › İş №2-1(118)-254/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-254/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-254/2020 16.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı yaşayış sahəsinə ehtiyacı olanlar sırasına bərpa olunması öhdəliyinin qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinəqarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X1 mənzil növbəsində qeydə alındığı tarixdən, yəni xx.xx.2008-ci ildən onun əvəzinə yaşayış sahəsinə ehtiyacı olanların siyahısına bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 2-ci qrup Qarabağ müharibəsi əlili kimi imtiyazlı şərtlər əsasında xx.xx.1995-ci il tarixdən mənzil növbəsində olmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 757 saylı sərəncamına əsasən 2 nəfərlik ailə üzvünə hal hazırda yaşadığı ümumi sahəsi 21,75 kv.m olan 1 otaqlı mənzil verilmişdir. Buna görə də mənzil növbəsindən çıxarılmışdır. Sonradan həyat yoldaşı X2 1-ci qrup əlil kimi xx.xx.2008-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır. Həyat yoldaşı xəstəlik səbəbindən xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.7-ci maddəsini əsas götürərək onu mərhum həyat yoldaşının əvəzinə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsini mümkün hesab etməmiş və xx.xx.2019cu il tarixli məktubu ilə imtina cavabı vermişdir. İddiaçı bildirir ki, o, xx.xx.2002-ci ildə anadan olmuş X7 və xx.xx.2004-cü ildə anadan olmuş X8 ilə birlikdə yaşayır. Mövcud yaşayış normasına görə adambaşına düşən mənzil norması qanunvericiliyə uyğun deyildir. O, cavabdehin hərəkətlərini əsassız hesab edir. Hesab edir ki, mərhum həyat yoldaşının mənzil növbəsində qeydə alındığı tarixdən, yəni xx.xx.2008-ci ildən cavabdeh onu mənzil şəraitinin yaxşılaşdırılanların uçotuna götürülməlidir. Cavabdeh iddiaya xx.xx.2019-cu il tarixli etirazında bildirmişdir ki, İddiaçı 2-ci qrup Qarabağ müharibəsi əlilidir. İmtıyazı əsasındaxx.xx.1995-ci il tarixdən mənzil növbəsində olmuş, Sumqayıt ŞİH Başçısının xx.xx.1999-cu il tarixlı 757 saylısərəncamına əsasən onun 2 (özu və arvadı) nəfərdən ibarət ailə tərkibinə yaşayış sahəsi 21,75 kvm olan1 otaqlı 2-ci mikrorayon ev 38 b/44 mənzil 29 verilmiş və o, növbədən çıxarılmışdır. Sonradan iddiaçının arvadı X2 ümumi səbəbdən 1-ci qrup əlil kimi17.05 2008-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır. İlhamə Ağayeva xx.xx.2015-ci iltarixdə vəfat etmişdir. İddiaçı hazırda 6 nəfərdən ibarət ailə tərkibi ilə mülkıyyətində olan. yaşayış sahəsi 21,75kv.m olan 1 otaqlı 2-ci mikrorayon ev 38b/44 mənzil 29 ünvanında qeydıyyatdadır. İddiaçı tərəfindən novbəliliklə bağlı qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlərtəqdım edilərsə onun yaşayış sahəsınə ehtiyacı olan hesab edilməsi mümkün olduğu halda, yenidənmənzil uçotuna alınması məsələsinə baxıla bilər. Qeyd edilənlər nəzərə alınaraq İddiaçı mənzil uçotununxx.xx.2008-ci il tarixdən bərpa edilməsi barədə iddia tələbinin təmin edilməsi mümkün hesab edilmir. Şifahi məhkəmə baxışında iddiaçı eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsi səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2019-cu il tarixli A-268/2-068 nömrəli imtina məktubuna əsasən müəyyən edilir ki, iddiaçı 2-ci qrup Qarabağ əlili imtiyazı əsasında xx.xx.1995-ci il tarixdən mənzil növbəsində olmuş, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 757 nömrəli sərəncamına əsasən onun 2 nəfərdən ibarət ailə tərkibinə yaşayış sahəsi 21,75 kv.m. olan 1 otaqlı 2-ci mikrorayon ev 38b/44 mənzil 29 verilmiş və o, növbədən çıxarılmışdır. Sonradan arvadı X2 ümumi səbəbdən 1-ci qrup əlil kimi xx.xx.2008-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsinə alınmış, xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.7-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslər vəfat etdikdə mənzil uçotundan çıxarılırlar. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli 35 nömrəli məktubda da eyni məzmunlu imtina verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən iddiaçının İ.Ağayeva ilə birgə nikahından xx.xx.2002-ci il təvəllüdlü X7 və xx.xx.2004-cü il təvəllüdlü X8 adlı övladlarının dünyaya gəldiyi müəyyən edilmişdir. İş materiallarında olan AZ-İ 752549 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, iddiaçının arvadı xx.xx.2015-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 502 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Sumqayıt ŞİH Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş akta əsasən müəyyən edilir ki, iddiaçının qızı G.Ağazadə, oğlu N.Ağazadə, 1938-ci il təvəllüdlü atası X4 və 1952-ci il təvəllüdlü anası X3 ilə birlikdə kommunal şəraiti çox çətin vəziyyətdə olan 1 otaqlı ünvan 2 ünvanında yaşayır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatlarını dinləyərək, işüzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinin göndərişlə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə isə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəlləsinin 50.1-ci maddəsinə görə, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Məcəllənin 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Bu mənada məhkəmə cavabdehin etirazının dəlilləri ilə razılaşmır və onları əsassız hesab edir, iddiaçının tələbinin iş materialları ilə tam təsdiq olunduğu qənaətinə gəlir. Belə ki, iş materiallarına əsasən Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi hüquq münasibətləri yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək yarandığından, hazırkı mübahisəyə yuxarıda qeyd olunan normaların tələbinə əsasən, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları, yəni xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikası ərazisində qüvvədə olmuş xx.xx.1982ci il tarixli qanunla qəbul edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi tətbiq edilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyası da normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olduğunu tələb edir. Bu baxımdan cavabdehin iddiaçıya münasibətdə imtinası əsassız və ədalətsiz olmuşdur. 1982-ci ildə qanuni qüvvəyə minmiş Mənzil Məcəllənin vətəndaşların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda qalmaq hüququnun saxlanması qaydasını tənzimləyən 34-cü maddəsinə əsasən uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür; həm də iş yerində ehtiyacı olanların uçotuna ailə üzvü yalnız o halda götürülür ki, o həmin müəssisədə, idarədə, təşkilatda işləsin, uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öldükdə isə ailə üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləməsindən asılı olmayaraq uçota götürülür. Normanın tələbindən də göründüyü kimi, uçotda olan vətəndaşın ölməsi halı üçün qanunverici mənzil şəraitinin yaxşılaşdırılmasına olan ehtiyac aradan qalxmamışdırsa ailə üzvlərindən birinin onun yerinə uçota götürülməsini nəzərdə tutmuşdur. İş materiallarının tədqiqindən də göründüyü kimi, iddiaçının 1999-cu ildə İ.Ağayeva ilə ailə qurduqdan sonra iki nəfərdən ibarət ailə üçün nəzərdə tutulmuş 1 otaqlı mənzillə təmin olunması onun mənzil şəraitinin yaxşılaşdırılmasına olan ehtiyacının aradan qaldırılması kimi qiymətləndirilə bilməz. Belə ki, artıq arvadının vəfat etməsinə baxmayaraq, iddiaçının onunla birlikdə yaşayan valideynlərindən başqa, birgə nikahdan dünyaya gəlmiş iki övladı da vardır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.3). NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mərhum arvadı X1 mənzil növbəsində qeydə alındığı tarixdən, yəni xx.xx.2008-ci ildən onun əvəzinə yaşayış sahəsinə ehtiyacı olanların siyahısına bərpa olunması öhdəliyi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar