Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-255/2022 10.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayev Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 28.02.2012-ci il tarixli 44 nömrəli akt qeydinin dəyişdirilərək nikahın etibarsız hesab edilməsi haqqında akt qeydinin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərində qoyulması barədə tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Cavabdehndə 28.02.2012-ci il tarixdə 44 nömrə ilə qeydə alınmış nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsi”ni məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, Cavabdehndə 28.02.2012-ci il tarixdə 44 nömrəli akt qeydinin dəyişdirilərək nikahın etibarsız hesab edilməsi haqqında akt qeydinin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 13.10.2009-cu il tarixdə X7 ilə nikaha daxil olmuşdur. Bu nikah yalnız sənəd üzərində olmuşdur. Belə ki, 2010-cu ildə Binəqədi rayon məhkəməsinə müraciət edərək həmin nikahın etibarsız hesab olunması ilə bağlı iddia qaldırmışdır. Binəqədi Rayon Məhkəməsi 2(001)-2758/2010 nömrəli 05.07.2010-cu il tarixli qətnamə qəbul edərək həmin nikahı etibarsız hesab etmişdir. X6 28.02.2012-ci il tarixdə Cavabdehnə müraciət edərək Binəqədi rayon məhkəməsinin qərarını icra etdirmişdir. Cavabdeh nikahı etibarsız hesab etməkdən, nikahın pozulması haqqında akt qeydi açaraq nikahın pozulması əməliyyatını aparmışdır. Hal-hazırda o, şəxsiyyət vəsiqəsi ala bilmir. Ondan nikahın pozulması haqqında şəhadətnamə təqdim etməsini istəyirlər. Cavabdeh isə nikahın pozulması barədə şəhadətnaməni verməkdən imtina edir, bildirir ki, qətnamə səhv icra olunub. Cavabdehndən nikahın pozulması haqqında akt qeydinin ləğv olunmasını tələb etdikdə ona bildirilmişdir ki, bu onların səlahiyyətinə aid deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, İddiaçı 28.02.2012-ci il tarixli, 44 nömrəli nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsi ilə bağlı şöbəyə müraciət edilmişdir. Bildiririk ki, Binəqədi rayon məhkəməsinin 2(001)-2758/2010 nömrəli 05.07.2010-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə X3 13.10.2009-cu il tarixli nikah haqqında akt qeydi etibarsız hesab edilmişdir. Qətnamə 28.02.2012-ci il tarixdə qeydiyyat şöbəsi tərəfindən icra edilərkən səhvən nikahın pozulması haqqında akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalara əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aklarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. Akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmadığı üçün vətəndaşa aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - İddiaçı X1 X5 qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Binəqədi rayon Məhkəməsinin 05 iyul 2010-cu il tarixli 2(001)-2758/2010 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, X2 ilə X6 arasında Cavabdehndə 13.10.2009-cu il tarixdə bağlanmış 660 saylı nikah qeydinin etibarsız hesab edilməsi qərara alınmışdır. - Nikahın pozulması haqqında 44 saylı, 28 fevral 2012-ci il tarixli akt qeydindən görünür ki, X6 ilə X2 arasında bağlanmış nikahın pozulması qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı 31.08.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin qaydaların 5.18-ci bəndinə əsasən nikahın etibarsız sayılması hallarında, məhkəmənin nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnaməsi əsasında vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydləri müəyyən olunmuş qaydada ləğv olunur, bu halda şəhadətnamə verilmir. Bu barədə Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə bildiriş göndərilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə X2 arasında bağlanmış nikah Binəqədi rayon Məhkəməsinin 05 iyul 2010-cu il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Bundan sonra 28 fevral 2012-ci ildə cavabdeh tərəfindən onlar arasında bağlanmış nikahın pozulması haqqında akt qeydi tərtib edilmişdir. İddiaçı həmin akt qeydinin nikahın pozulması ilə bağlı tərtib edilməsindən narazı olduğundan, bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmamış, etibarsız hesab edilmişdir. Nikahın pozulması ilə etibarsız sayılmasının hüquqi nəticələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş və eyni nəticələrə deyil, fərqli nəticələrə səbəb olur. Bu səbəbdən də məhkəmə qətanməsi ilə nikah etibarsız sayıldığı halda cavabdeh orqan tərəfindən nikahın pozulmasının qeydə alınması qanunsuz olmaqla yanaşı, iddiaçı üçün fərqli nəticələr yaratmaqla onun hüquqlarının pozulmasına səbəb olur. Eyni zamanda cavabdeh inzibati orqan iddiaya qarşı yazılı münasibətində nikahın pozulması ilə bağlı qeydin səhvən aparıldığını təsdiq edir. Lakin buna baxmayaraq həmin qeydlərə düzəliş edilməsi üçün kifayət qədər əsasların olmadığını əsas göstərir. Amma bu əsasların nədən ibarət olmasını, məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmiş nikahın etibarsız olaraq qeydə alınmalı olması üçün daha hansı sübutun təqdim edilməli olmasını göstərməmiş, bununla da öz imtinasının əsası kimi göstərdiyi halları əsaslandırmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı, cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi əsas hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 28.02.2012-ci il tarixli 44 nömrəli akt qeydi dəyişdirilərək nikahın etibarsız hesab edilməsi haqqında akt qeydinin tərtib edilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Cavabdeh 28.02.2012-ci il tarixli 44 nömrəli akt qeydi dəyişdirilərək nikahın etibarsız hesab edilməsi haqqında akt qeydinin tərtib edilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-255/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-255/2022
10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver