Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2557/2022 25.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “onun adının “Validə”dən “Aygün” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı adının “Validə”dən “Aygün”ə dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş və qeydiyyat orqan tərəfindən adın dəyişdirilməsindən imtina edilmişdir. İmtinanın səbəbi isə Nazirlər Kabinetinin xx.xx.2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adnın və soyadının verilməsi və dəyişdirilməsi Qaydaiarrinın 6.15-ci maddədə toplanmış sənədlərin yoxlama aparılması üçün Abşeron rayon polis idarəsinə göndərilməsi və polis idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixil rəydə göstərilən məlumatlara əsaslaraq adın dəyişdirilməsinin məqsədə müvafiq hesab edilməməsi olmuşdur. İddiaçı ölkə üzrə tanınmış rəqqasədir və hər kəs onu Aygün adı ilə tanıyır. O, bütün tədbirlərdə, məclislərdə, TV proqramlarında özünü Aygün adı ilə təqdim edir və həmin adla tanınmışdır. Həmçinin ona dair məlumatlar üzrə internet üzərindən və sosial şəbəkə vasitəsilə axtarış aparılarkən “Rəqqasə Aygün” yazmaqla onun haqqında olan məlumatlar eləcədə iştirak etdiyi tədbirlər, məclislər və proqramlar tapılır. Onu demək olar ki, heç kəs “Validə” adı ilə tanımır, hətta ailə üzvləri belə onu “Aygün” adı ilə çağırır. Bu zərurətlə əlaqədar o, adının “Validə”dən “Aygün”ə dəyişdirilməsi qərarına gəlmişdir. Bundan əlavə onun ödənilməmiş və götürülməmiş məhkumluğu yoxdur, cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. Lakin, cavabdeh əsassız olaraq tələbin təmin edilməsindən imtina edir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı adının “Validə”dən “Aygün”ə dəyişdirilməsi ilə bağlı müraciət etmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən, ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda,habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın,ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmin Qaydaların 6.15-ci maddəsinə əsasən Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Abşeron rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən adın “Aygün”ə dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmədən xahiş etmişdir ki, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclaslarına onların nümayəndəsinin iştirakı olmadan baxılsın.Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-753/15 nömrəli imtina məktubu, etiraz ərizəsi, doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surəti, Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, Abşeron Rayon Polis İdarəsinin 128-89308 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu, Abşeron Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli rəyinin surəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 350-10501B-3222 nömrəli, xx.xx.2022-ci il tarixli Arayış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-42/08 nömrəli, 20 fevral 2008-ci il tarixli hökmün surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qaydaların 6.2ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində xx.xx.1991ci il tarixdə VVAQ-da tərtib edilmiş 134 nömrəli doğum haqqında akt qeydində adı “Validə” kimi qeyd edilmişdir. İddiaçı Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarında əks olunmuş hüquqlarından istifadə edərək adının dəyişdirilməsi qərarına gəlib. Bununla bağlı iddiaçı Cavabdehnə müraciət edərək, adının “Validə”dən “Aygün” adına dəyişdirilməsi istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin polis idarəsinin rəyinin müsbət olmamasını əsas gətirərək, tələbin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.15-ci və 6.16-cı bəndlərinə əsasən, ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli rəyinin surətindən görünür ki, polis idarəsi tərəfindən rəy verilsə də İddiaçı adın dəyişdirilməsinin məqəsədəmüvafiq olmadığını əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-42/08 nömrəli, 20 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzası 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilmiş və məhkəmə hökmü tam icra edilmişdir. Hal-hazırda da iddiaçının məhkumluğu yoxdur. Belə ki, bu fakt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 350-10501B-3222 nömrəli, xx.xx.2022-ci il tarixli Arayışı ilə də öz təsdiqini tapır. Eyni zamanda Abşeron Rayon Polis İdarəsinin 128-89308 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, İddiaçı adının dəyişdirilməsinə hər hansı bir məhdudiyyət yoxdur. Belə olan halda iddiaçı Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarında əks olunmuş hüquqlarından istifadə edərək adının dəyişdirilməsinə hər hansı bir maneə mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçının adına qeydə alınmış doğum akt qeydlərində onun adının “Validə”dən “Aygün” adına dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2557/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2557/2022
25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver