Məhkəmə qərarları › İş №2-1(118)-2558/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2558/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2558/2022 12.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “X1, xx.xx.2009-cü il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X7 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 11-ci küçə ünvanda yerləşən 48 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11-ci küçədə yerləşən 48 saylı evə dair 22541 reyestr nömrəli Qeydiyyat vəsiqəsi onun adınadır. Ona məxsus evdə keçmiş gəlini X2 və onun azyaşlı övladları X10, X11 və X12 qeydiyyatdadırlar. Abşeron Rayon Məhkəməsinin 2(012)-2251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən oğlu X8 ilə X2 arasında olan rəsmi nikahın pozulması, birgə nikahdan adan olmuş xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X7 anası X1 yanında qalmaları,xx.xx.2009-cu il təvəllüdlü X10, 27,09.2011-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X13mın yetkinlik yaşına çatanadək saxlanmaları üçün 150 (yüz əlli) manat olmaqla cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment X3mın xeyrinə tutulması qət edilmişdir.X2 və azyaşlı övladları onun evində yaşamasalar da formal qeydiyyatda qalmışdırlar. İddiaçı ilk əvvəl həmin şəxslərin qeydiyyatdan çıxması ilə bağlı cavabdehə müraciət etmiş, lakin inzibati orqan onun müraciətini təmin etməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 128-42590Ə nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu, 22541 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, Abşeron Rayon Məhkəməsinin 2(012)-2887/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surəti, Abşeron Rayon Məhkəməsinin 2(012)-278/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu, MSK tərəfindən verilmiş arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materiallarından görünür ki, iddiaçı Əkpərov X4 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 11-ci küçə ünvanda yerləşən 48 nömrəli evin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs – X2 iddiaçının keçmiş gəlinidir, azyaşlı uşaqlarda onun nəvələridir və onlar qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən də müəyyən olunduğu kimi X8 ilə X2 arasında olan rəsmi nikahın pozulması, birgə nikahdan adan olmuş xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X7 anası X1 yanında qalmaları qət edilmişdir. Həmçinin, Abşeron Rayon Məhkəməsinin 2(012)-278/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan da müəyyən etmək olur ki, iddiaçının keçmiş gəlini X1 onun torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. Belə olduğu tədqirdə X1 və onun övladlarının mənzildə pasport qeydiyyatında qalması üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, X2 və onun övladlarının mübahisəli evdə pasport qeydiyyatda qalması iddiaçının mənzil hüquqlarının pozulmasına səbəb olur. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi üzrə 3-cü şəxsin və onun övladlarının sözügedən mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil 3-cü şəxs ilə yaxın qohum münasibətlərində olan şəxsin, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunan şəxslərin (Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarında həmin şəxslərin dairəsi müəyyən edilib) dairəsinə daxil olsaydı onun həmin mənzildə istifadə hüquqları yaranmış olardı. Lakin həmin şəxsin pasport qeydiyyatına düşdüyü mənzil keçmiş qohumu olan İddiaçı mülkiyyətində olduğuna görə həmin mənzilə 3-cü şəxsin istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, X1 və onun övladlarının mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X1, xx.xx.2009-cü il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X7 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 11-ci küçə ünvanda yerləşən 48 nömrəli evdən qeydiyyatdan çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar