Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2564/2024 13.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən evinə qızı -xx.xx.1976-cı il təvəllüdlü qızı X1 pasport qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ildə xx.xx.1976-cı il təvəllüdlü qızı X2 qeydiyyatdan çıxarılmışdır. Hal-hazırda yuxarıda qeyd etdiyi ünvanda qeydiyyatsız olaraq yaşayır. Bununla əlaqədar olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsi ev 6a yerləşən evinə qeydiyyata düşmək üçün xx.xx.2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin Abşeron Rayon Polis İdarəsi xx.xx.2023-cü il tarixli məktubda qızının qeydiyyata almaqdan imtina etmişdir. Buna səbəb isə yaşadığı evin mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədin olmamasıdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, iddiaçı məhkəməyə ərizə təqdim edərək növbəti məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, hazırkı iddia tələbinə heç bir etirazının olmamasını və qərar qəbul olunacağı təqdirdə tərəfindən icra olunacağını bildirmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 59/2-82325 nömrəli imtina məktubu, Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 59/2-49056 nömrəli məktub, Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı MTİİTS tərəfindən verilmiş 918 nömrəli, xx.xx.20224-cü il tarixli arayış, 917 nömrəli, xx.xx.2024-cü il tarixli arayışın surəti, MKİS tərəfindən verilmiş mənzilin şəxsi hesab vərəqəsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən evin istifadəçisidir. Hazırkı iddia tələbi üzrə onun qızı X1 qeyd olunan mənzilə pasport qeydiyyatına almaq niyyətindədir. Belə ki, iddiaçı sahibliyində olan evə yaxın qohumununun pasport qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş lakin onun müraciəti müsbət həll edilməmişdir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. ünvan 1 ünvanında yerləşən ev iddiaçıya ayrılmışdır. İşin hallarından görünür ki, mənzil xüsusi təyinatlı mənzildir, iddiaçı və ailəsinə yaşaması üçün verilməsi nəzərdə tutulmuşdur. İddiaçı ərizəsində qeyd edir ki, övladı X2 yaşadığı mənzildən 2023-cü ildə pasport qeydiyyatından çıxarılmışdır. Məhkəmə tərəfindən Polis idarəsinə ünvan 1 ünvanının, ünvan 2maması barədə sorğu göndərilmiş və məlum olmuşdur ki, həmin mənzillərin qeydiyyat ünvanı eyni deyildir. İddiaçı həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Nəzərə alınmalıdır ki, ünvan 1 ünvanında yerləşən ev Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır və həmin mənzilə köçmə üçün iddiaçıya razılıq verilmiş və iddiaçı uzun müddətdir ki, həmin mənzildə yaşayır. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı MTİİTS tərəfindən verilmiş 918 nömrəli, xx.xx.20224-cü il tarixli, 917 nömrəli, xx.xx.2024-cü il tarixli arayışlardan və MKİS tərəfindən verilmiş mənzilin şəxsi hesab vərəqəsinin surətindən görünür ki, iddiaçı və digər ailə üzvləri mübahisəli mənzildə qeydiyyatdadırlar. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının övladı X1 yaşayış sahəsinə pasport qeydiyyatına alınması üçün heç bir maneə yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, istifadəsində olan ünvan 1 ünvanında yerləşən evə iddiaçının qızı X1 pasport qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalı və iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən evə xx.xx.1976-cı il təvəllüdlü X1 pasport qeydiyyatına alınması vəzifəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2564/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2564/2024
13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver