Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2565/2024 12.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X8 və X9 adına 0,87 ha torpaq sahəsinə dair JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktına əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X8 və X9 adına 0,89 ha torpaq sahəsinə verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar Rayon AlK-nin 1997-ci il 11 dekabr tarixli, 17/02 saylı qərarına əsasən ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən verilmiş JN- 351 KOD 30103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə mülkiyyətinə 1,06 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istədiyi vaxt ona məlum olmuşdur ki, JN-351 KOD 30103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə mülkiyyətimə verilmiş 1,06 ha torpaq sahəsinin 351B (0,85 ha) hissəsinə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənmişdir.Ona görə də həmin torpaq sahəsinin hər hansı hissəsinin digər şəxsin adına özgəninkiləşdirildiyi təqdirdə hansı əsasa görə verilməsi barədə xx.xx.2022-ci il tarixli vəkil sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, qeyd olunan dövlət aktının 351B (0,85 ha) hissəsinə Qusar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-511a/2007 saylı qətnaməsinə və JN- 286 kod 30103018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X8 və X9 adına dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış işlənmişdir. Qusar Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya verilmiş xx.xx.2022-ci il tarixli, G(029)-357/2022 saylı cavab məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivində 2-511a/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin mövcud olmaması səbəbindən hər hansı sənədin təqdim edilməsi mümkün deyildir. Göründüyü kimi, JN- 351 KOD 30103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə mülkiyyətimə verilmiş 1,06 ha torpaq sahəsinin 351B (0,87 ha) hissəsinə X8 və X9 adına dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın işlənməsi mövcud olmayan məhkəmə qətnaməsi əsasında baş vermişdir. Ona görə də ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X8 və X9 adına 0,89 ha torpaq sahəsinə dair JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktına əsasən işlənmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsinə dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan müvafiq tələbin məhkəmə qaydasında həll edilməsinin mümüknlüyü bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, iddiaçı müraciət etmiş onun müraciətinə cavab olaraq bildirilmişdir ki, “Məlumat üçün bildiririk ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, Avaran kəndində yerləşən X9 adına hazırlanmış JN-286 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın və həmin dövlət aktı əsasında verilmiş torpaq sahəsinə dair **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür”. Qeyd edilir ki, iddia ərizəsində göstərilən X5 və X11 adına dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışda göstərilən 0.91 ha torpaq sahəsi notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir. Bununla da ləğv edilməsi tələb olunan torpaq sahəsinə dair mülkiyyət hüququ X8 və X15 tərəfindən itirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki,İddiaçınm ləğv edilməsini xahiş etdiyi xx.xx.2008-ci il tarixli Seriya MH ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən 0.91 hektar kənd təsərrüfatı təyinatlı torpaq şahəsi üçüncü şəxs X8 və X16 tərəfindən təxminən 5 il bundan əvvəl ona satılmış, hamin vaxtdan etibarən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Həmin şəxslərin etibarnamə üzrə nümayəndəsi olan X10 ilə onun arasında 20 aprel 2018-ci il tarixli AN-İ ******* saylı 4Ə-688 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, həmin alqısatqı müqaviləsi əsasında isə həmin torpaq sahəsinə dair onun adına xx.xx.2022-ci il tarixli ********** qeydiyyat, **********69 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. X8 vəfat etmiş, X17 isə xeyli müddətdir yataq xəstəsidir. Bununla da, X5 və X12 həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən xitam verilmişdir. Ona görə də, artıq xitam verilmiş mülkiyyət hüququnu təsdiq edən Çıxarış ləğv edilə bilməz. Bundan başqa, İddiaçı 15 ildən artıqdır ki, Azərbaycan Respublikasını tərk edərək Rusiya Federasiyasına getmiş, hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Həmin vaxtdan indiyədək həmin şəxs Azərbaycana gəlməmiş, ünvan 2 ünvanda yaşamamışdır. 15 il müddətində heç vaxt İddiaçı onun satın aldığı torpaq sahəsindən Ağadadaş Kəlovun istifadə etməsinə, daha sonra isə son beş ildə onun həmin torpaq sahəsindən istifadə etməyinə, ona sahiblik etməyinə heç bir etiraz etməmiş, hazırda da həmin şəxsin ona qarşı heç bir iddiası yoxdur. Həmin müddət ərzində onun tərəfindən həmin torpaq sahəsindən təyinatına uyğun istifadə edilmiş, bunu İddiaçı da bilmişdir.Belə ki, Gülmira Qurmaliyevanın torpaq sahəsi onun Ağadadaş Kəlovdan satın alaraq istifadə etdiyi torpaq sahəsindən aralıda yerləşir və uzun müddətdir ki, həmin torpaq sahəsini Gülmiranın qohumu Vahid adlı şəxs istifadə edir. Vahid adlı şəxs də onun torpaq sahəsini qanuni şəkildə satın aldığını yaxşı bilmiş, uzun müddət buna heç bir etiraz etməmişdir. Torpaq sahəsini o vicdanlı şəkildə müvafiq alqı-satqı müqaviləsi əsasında satın almış, alqı-satqı müqaviləsi bağlanarkən şəxs X5 və X13 torpaq sahəsinə dair mülkiyyət hüququ notariat orqanı tərəfindən yoxlanılmış, həmin şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla xx.xx.2008-ci il tarixli Seriya MH ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirildiyi təsbit edilmişdir. Həmin vaxtadək qeyd olunan şəxslərin həmin torpaq sahəsinə dair mülkiyyət hüququ hər hansı şəkildə mübahisələndirilməmiş, reyestrdəki qeydlə bağlı etiraz olunmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X6 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2022-ci il tarixli, **********05 nömrəli imtina məktubu, etiraz ərizəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-351 KOD 30103018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının notarila qaydada təsdiqlənmiş surəti, DƏDRX tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, **********69 reyestr nömrəli çıxarışın surəti, xx.xx.2022-ci il tarixli, **********69 reyestr nömrəli çıxarışın surəti, Cavabdehin xx.xx.2023-cü il tarixli, **********56 nömrəli məktubu, X20 verilmiş 3-48- 30RA/1-Q-2xx-xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub, X20 verilmiş 3-48-30RA/2xx-xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub, Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, G(029)-357/2022 nömrəli məktubu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və yerquruluşu Layihə-X21 Məsuliyyətli Cəmiyyətinin 3-21-3-60/2-336/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-351 KOD 30103018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Qusar rayon Aqrar islahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 nömrəli qərarı ilə iddiaçının adına JN:351 KOD: 30103018 nömrəli “Torpağa mülkiyyət hüququna dair”’ Dövlət Aktına əsasən 1.06 ha pay torpaq sahəsi verilmişdir. Qeyd edilən JN:351 KOD: 30103018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına daşınmaz əmlakın dövlət reyestrindən adına mülkiyyət hüququna dair çıxarış almaq istədikdə onlara məlum olmuşdur ki, baza məlumatlarına əsasən dövlət reyestrindən digər şəxsin adına çıxarış işlənilərək rəsmiləşdirilmişdir. İddiaçı Gülmira X2 və X9 adına 0,87 ha torpaq sahəsinə dair JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktına əsasən X8 və X9 adına 0,89 ha torpaq sahəsinə verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh təşkilat digər şəxslərin mülkiyyət hüquqlarının pozulması halını nəzərə alaraq onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının ləğv etmək istədiyi JN- 286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktına əsasən X8 və X9 adına xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış verilmiş və həmin şəxslər alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini X1. Sonuncu da öz növbəsində xx.xx.2022-ci ildə **********69 reyestr nömrəli çıxarış əldə etmişdir. Nəzərə alınmalıdır ki, X6 həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının xx.xx.2022-ci ildə **********69 reysetr nömrəsi ilə qeydiyyata alınmasına əsas xx.xx.2008ci il tarixli, **********69 reyestr nömrəli çıxarış olmuşdur. Həmin çıxarışın verilməsi üçün əsas dövlət aktı, dövlət aktının verilməsi üçün əsas isə rayon aqrar islahat komissiyasının qərarı olmuşdur. Belə ki, məhkəmənin sorğusu əsasında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən göndərilən sənədlərdən məlum oldu ki, X7 dövlət aktının verilməsi üçün məhkəmə qətnaməsi deyil Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1999-cu il tarixli 9/4-1 saylı qərarı olmuşdur. X20 verilmiş 3-48-30RA/1-Q-2xx-xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, “Şərq” sovxozu bazası əsasında yaranmış Avaran BKT-da əmlak payı düşən ailələrin siyahısında Gülmira Qurbalıyevanın adı qeyd olunmuş və ona əmlak payı bağ sahəsi kimi 0.74 ha torpaq sahəsi ayrılmışdır. X20 verilmiş 3-48-30RA/2-xx-xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan isə müəyyən olunur ki, Qusar rayon Aqrar islahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 nömrəli qərarı ilə İddiaçı 1.06 ha torpaq sahəsinin ayrılmasına dair məlumatlar mövcud deyildir. Hesab olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və yerquruluşu Layihə-X21 Məsuliyyətli Cəmiyyətinin 3-21-3-60/2- 336/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1999-cu il tarixli 9/4-1 saylı qərarı məhkəmə qaydasında ləğv edilmədən iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyil. Lakin o da nəzərə alınmalıdır ki, hazırkı iddianın təmin edilməməsi üçün yaranmış maneə aradan qaldırılarsa iddiaçının analoji tələb ilə bağlı yenidən məhkəməyə müraciət etmək hüququ yaranacaqdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. Lakin, iddiaçı tərəfindən tədqim edilən sübutlar ilə mübahisə predmetinə dair Torpaq məcəlləsinin bu maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilmədi. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, torpağa dair verilmiş şəhadətnamələr-daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilir. Həmin Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatından imtina olunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X8 və X9 adına 0,87 ha torpaq sahəsinə dair JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktına əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X8 və X9 adına 0,89 ha torpaq sahəsinə verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2565/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2565/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver