Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2568/2025 09.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X17 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ona məxsus Quba rayonu İqrik kəndində yerləşən 1.32 ha torpaq sahəsinə xx.xx.2014cü il tarixdə DƏDRX-də mülkiyət hüququ barədə aparılmış dövlət qeydiyyatının etibarsız bilinərək onun əsasında verilən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ona məxsus Quba rayonu İqrik kəndində yerləşən 1.32 ha torpaq sahəsinə xx.xx.2014cü il tarixdə DƏDRX-də mülkiyət hüququ barədə aparılmış dövlət qeydiyyatının etibarsız bilinərək onun əsasında verilən çıxarışın ləğv edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X16 ilə X7 arasında bağlanmış 4 noyabr 2014-cü il tarixdə AN-İN-0466729 nömrəli alqı-satqı müqaviləsinin etibarsız bilinməsi barədə onun qarşılıqlı iddia tələbi Sumqayıt Kommersiya Məhkəməsində icraatdadır. Qeyd edir ki, həmin iş üzrə iddiaçı X9 iddiası üzrə cavabdehlərə qarşı torpaqdan çıxarılması ilkin iddia verdikdən sonra bilmiş ki, Quba rayonu İcra Hakimiyyəti Başçısının 5 yanvar 2011-ci il tarixli N-01 nömrəli sərəncamı ilə Quba rayonu İqrik kəndində yerləşən 1.32 ha ona məxsus torpağı rəhmətlik Afdandil Xudaverdiyev öz bacısı oğlu X9 adına notariusda onun razılığı olmadan keçirmişdir. Qeyd edir ki, o İddiaçı tərəfindən X4 0,32 ha torpağı istifadə etmək üçün verdiyi etibarnamə ilə ona hansısa məlumat verməyərək və onun razılığı və iradə ifadəsi olmadan ona məxsus Quba rayonu İqrik kəndində yerləşən 1.32 ha torpaq sahəsinə dair qanunsuz yolla mülkiyət hüququna dair xx.xx.2014-cü il tarixdə çıxarış almışlar. İddiaçı X4 0,32 ha torpağa dair verdiyi etibarnamədən istifadə edərək saxta yolla DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsindən xx.xx.2014-cü il tarixdə 1.32 ha torpağına çıxarış almaqla onun torpağını ələ keçirmək məqsədində olmuşlar. Belə ki, vəkili tərəfindən verilmiş vəsatət əsasında Kommersiya Məhkəməsi tərəfindən DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə verilmiş sorğuya alınan xx.xx.2024-cü il tarixli cavaba əlavə olunmuş xx.xx.2014-cü il tarixli müraciət ərizəsi ilə xx.xx.2024-cü il tarixdə tanış olanda bilmiş ki, onun adından istifadə etməklə iddiaçının əvəzinə xx.xx.2014-cü il tarixdə saxta imza atmaqla ərizə ilə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Bildirir ki, o xx.xx.2014-cü il tarixdə ərizə ilə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə ona məxsus Quba rayonu İqrik kəndində yerləşən 1.32 ha torpaq sahəsinə dair mülkiyət hüququnun qeydiyata alınması üçün hər hansı çıxarışın alınmasına müraciət etməmiş və belə bir ərizəyə imza atmamışdır. Həmin ərizə və ona atılmış imza saxtadır ona həmin imza məxsus deyil və Quba rayonu İqrik kəndində yerləşən 1.32 ha torpaq sahəsinə dair mülkiyət hüququnun qeydiyata alınması etibarsız bilinərək onun əsasında verilən çıxarış və digər hüquqi sənədlər ləğv edilməklə həmin torpaq əvvəlki hüquqi vəziyyətinə qaytarılmalıdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, ünvan 1ində yerləşən 1.32 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən xx.xx.2014-cü il tarixli **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə əlaqədar bildirir ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məlumat üçün bildirir ki, ərizədə qeyd olunan torpaq sahələri notariat qaydada təsdiqlənmiş müqavilələr əsasında digər şəxsə satılmış və sonuncunun mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla da mülkiyyət hüququ hüquq sahibi tərəfindən itirilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə etiraz edən üçüncü şəxs X16 bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddianın mümkün hesab edilməməsini xahiş edir. Ona görə ki, iddiaçı iddia ərizəsinə torpaq sahəsinə onun icazəsi olmadan X1 çıxarış aldığını, daha sonra isə alqı-satqı ilə ona satdığını, bu alqı-satqıdan xəbəri olmadığını bildirmişdir. Beləliklə iddiaçının iddia tələbi öz adına alınmış çıxarışın ləğvi barədədir. İddiaçının da iddia ərizəsində qeyd etdiyi kimi Sumqayıt Kommersiya Məhkəməsində olan iş üzrə qarşılıqlı iddia verən zaman və bu iş üzrə bütün məhkəmə iclaslarında torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirdiyini, torpaq sahəsinin özünə məxsus olduğunu, torpaq sahəsini Aftandil Xudaverdiyevə və Kamal Məmmədova istifadəyə verdiyini qeyd edir.Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz.Göründüyü kimi, torpaq sahəsinə hüquq yalnız mülkiyyət hüququnun qeydiyyatdan keçdiyi vaxtdan, ona çıxarış alınan vaxtdan hesablanır. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnu həyata keçirdiyini deyir, lakin adına verilmiş çıxarışın onun icazəsi olmadan alındığını deyir. Çıxarış olmadan hansı mülkiyyət hüququndan söhbət gedə bilər? Bundan başqa iddiaçı özünün adına olan çıxarışın ləğvini tələb edir. Bu çıxarışın ləvği üçün hansı əsas var? İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun olması ilə bağlı bildirsə də, öz özünü inkar edərək adına olan həmin torpaq sahəsinə dair çıxarışın ləğvini tələb edir. İddiaçının iddia etdiyi kimi onun xəbəri olmadan adına çıxarış alınmış belə (halbuki bu hal tamamilə əsassızdır, bu barədə 2-ci bəndə qeyd etmişəm) bu onun xeyrinə alınmış çıxarışdır. Öz xeyrinə olan çıxarışın ləğvi barədə iddia mümkün sayılmamalıdır. İddiaçı çıxarışın ləğvini onunla əsaslandırır ki, həmin çıxarış əsasında Aftandil Xudaverdiyev alqı-satqı müqaviləsi bağlamış və torpaq sahəsini ona satmışdır. Ona görə çıxarış ləğv edilməlidir. Bu çıxarışın alqı-satqı müqaviləsinə heç bir aidiyyəti yoxdur. Ona görə ki, alqı-satqı müqaviləsi bağlamaq üçün iddiaçı Aftandil Xudaverdiyevə etibarnamə vermiş, həmin etibarnamədə keçirilmiş ekspertiza zamanı iddiaçının öz imzası ilə verildiyini bir daha təsdiq etmişdir. Bundan başqa əgər iddiaçı öz adına çıxarış almamışdırsa və ya yaxud öz adına alınmış (özünün dediyi kimi icazəsiz alınmış çıxarış) çıxarışdan məlumatı olmamışdırsa, hansı səbəbdən hazırda mübahisələndirdiyi çıxarışda göstərilən Quba rayonu İqriq kəndində yerləşən 1,32 ha torpaq sahəsinə dair (tarixi, nömrəsi, reyestri, ölçüsü, ərazisi göstərilməklə) 01 noyabr 2014-cü il tarixdə Sumqayıt şəhərində yerləşən 4 saylı notariat kontorunda X4 01 noyabr 2014-cü il tarixli, 7E/46718 reyestr nömrəli etibarnamə verir. Əgər həmin torpaq sahəsinə dair çıxarış almamışdırsa, hansı səbəbdən etibarnaməni imzalayır. Həmin zaman deyərdi ki, bu hansı çıxarışdı, onun bundan xəbəri yoxdur, o imzalamır. Həmçinin iddiaçı 01 noyabr 2014-cü il tarixdə Sumqayıt şəhərində yerləşən 4 saylı notariat kontorunda X4 verdiyi 01 noyabr 2014-cü il tarixli, 7E/46718 reyestr nömrəli etibarnamədəki imzanın onun olmadığını Sumqayıt Kommersiya Məhkəməsində baxılan zaman bildirir. Daha doğrusu ətraflı suallar verilən zaman etibarnamə verməyinin yadına düşmədiyini, həmin imzanın özünə aid olub-olmadığını dəqiq bilmədiyini qeyd edir. Lakin iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizası zamanı həmin imzanın iddiaçıya aid olduğu məlum olur.Göründüyü kimi iddiaçı etibarnamə verdiyi, etibarnamədə də barəsində bütün məlumatlar göstərildiyi çıxarışın alınmasından məlumatlı olmadığını hazırkı iddia da bildirir. Bu isə absurd və inandırıcı bir məsələ deyil. Necə olar ki, məhz mübahisələndirdiyi çıxarışla bağlı etibarnamə verəsən, həmin etibarnamədə də çıxarışla bağlı məlumatlar yazılsın lakin çıxarışın alınmasından məlumatın olmasın?. Hazırda mübahisələndirilən çıxarış artıq mövcud deyildir, həmin çıxarışla Quba rayonu İqriq kəndində yerləşən 1,32 ha torpaq sahəsində dair iddiaçı özü şəriki adlandırdığı X4 etibarnamə vermiş, Aftandil Xudaverdiyev isə həmin torpaq sahəsini 04 noyabr 2014-cü il tarixdə AN-0466729 nömrəli alğı-satqı müqaviləsinə əsasən ona satmış, reyestrdən RX seriyalı, ******* saylı, ********** qeydiyyat tarixli, **********35 reyestr nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba rayonu, İqrıq kəndində yerləşən 1.32 ha torpaq sahəsi X9 mülkiyyətindədir. Həmin çıxarış mübahisələndirilsə belə, artıq mövcud deyildir, çıxarış əsasında alqı-satqı müqaviləsi olmuş, alqı-satqı müqaviləsinin bağlanılmasından sonra onun mübahisələndirilməsi üçün məhkəməyə iddia ərizəsilə müraciət edildiyi vaxtdan 8 ildən çox müddət ötmüşdür. İşin əsas mahiyyəti ondan ibarətdir ki, üçüncü şəxs X16 iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, X5, X6 və X8 xüsusi mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1,32 ha torpaq sahəsi, onun üzərində tikilmiş inzibati bina və yardımçı tikililərdən, eyni zamanda mərhum dayısına məxsus qurğuların X2, X3 və X10 məxsus texnikaların onun özünün hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra torpaq sahəsindən və əmlakdan çıxmaq istəməyən X5, X6 və X14 üçüncü şəxsə qarşı əsassız iddia qaldırmış, həmçinin hazırkı İddiaçı bu əsassız iddialarına daxil etmiş, o da iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən X4 0,32 ha torpağı istifadə etmək üçün verdiyi etibarnamə ilə ona hansısa məlumat verməyərək və onun razılığı olmadan ona məxsus ünvan 1ində yerləşən 1.32 ha torpaq sahəsinə dair cavabdeh X16 ilə X7 arasında bağlanmış 04 noyabr 2014-cü il tarixdə AN- 0466729 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş Sumqayıt Kommersiya Məhkəməsində baxılan zaman hazırkı iddiaçı mübahisələndirdiyi alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan alqı-satqı müqaviləsində Aftandil Xudaverdiyevə verilmiş etibarnamənin onun tərəfindən verilmədiyini bildərərək, etibarnamədə olan imzanın ekspertizaya göndərilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş ekspertiza zamanı etibarnamədəki imzanın hazırkı iddiaçıya məxsus olduğu bir daha təsdiq edilmişdir. Hazırkı iddiaçının qaldırdığı iddianın əsassız olduğunu görərək, işin süni surətdə uzadılması üçün heç bir əhəmiyyət kəsb etməyən, özünə aid çıxarışın ləğv edilməsi barədə hazırkı məhkəmədə absurd və əsassız bir iddia qaldırmışdır. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə də inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçının hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu aşkar edilməmişdir. Öz adına alınmış çıxarışın ləğvində hansı hüquq və qanunla qorunan maraq pozula bilər?İddiaçının iddia ərizəsində qeyd etdiyi həmin çıxarışla sonradan alqı-satqı olunması məsələsi ilə tamamilə başqa bir iddiadır bununla bağlı da iddiaçı özü qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş və iş Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olmaqla, hazırkı iddiada göstərilən əsaslar (bəhanələr) müzakirə olunmuş, Sumqayıt Kommersiya Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 2-2(119)-320/2024 nömrəli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır.Qeyd edilən halları nəzərə alaraq İddiaçı cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın ləğvi tələbinə dair iddiasının mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən üçüncü şəxs X9 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını yoxlamalıdırlar. İddia tələbindən görünür ki, iddiaçının hüquqi marağı əvvəllər mülkiyyətində olmuş 1.32 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reystrində aparılmış məlumatların etibarsız hesab edilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı öz adına verilmiş daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmış **********35 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi niyyətindədir. Tələbini onunla əsaslandırır ki, həmin vaxt etibarnəmə əsasında əmlakını idarə etmiş Avtandil Xudaverdiyev onun xəbəri olmadan mübahisəli torpaq sahəsini Elməddin Həsənova satmışdır. Ona görə öz adına verilmiş çıxarışın ləğv edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh də müvafiq hərəkətlərin yalnız məhkəmə tərəfindən edilə biləcəyini bildirərək, onun müraciətini müsbət həll etməmişdir. İddiaçı bildirir ki, öz adına verilmiş hüquqmüəyyənedici sənəd olan çıxarış xx.xx.2014-cü ildə alğı-satqı müqaviləsi əsasında X11 nümayəndəsi vasitəsilə onun razılığı olmadan satılmış, sonuncu da öz növbəsində daşınmaz əmlakın dövlət reystrindən **********35 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış almışdır. Məhkəmə xətşünaslıq ekspertizası zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən çıxarış alınması üçün ərizə ilə müvafiq dövlət orqanına müraciət olunmayıb. İddiaçı öz məqsədinə çatmaq üçün ilk növbədə qeyd edilən alğı-satqı müqaviləsini və X9 adına verilmiş çıxarışı mübahisələndirməli və onun hüquqi taleyindən asılı olaraq müvafiq hərəkətlər etməlidir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ona məxsus Quba rayonu İqrik kəndində yerləşən 1.32 ha torpaq sahəsinə xx.xx.2014cü il tarixdə DƏDRX-də mülkiyət hüququ barədə aparılmış dövlət qeydiyyatının etibarsız bilinərək onun əsasında verilən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X20
Məhkəmə qərarları › İş №2-1(118)-2568/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2568/2025
09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver