Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2574/2022 14.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının Xudat şəhər sakini X1 Xaçmaz rayonunun Yergüc İƏV-nin ərazisində yerləşən dövlət fonduna aid torpaqlardan fərdi yaşayış evin tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrılmasına dair xx.xx.2005-ci il tarixli, 66/1 saylı sərəncamın və 900 kv.m torpaq sahəsinin istifadəsinə verilməsinə dair xx.xx.2005-ci il tarixli, 44/1 saylı sərəncamların qanunsuz hesab edilməklə etibarsız sayılması barədə qərar çıxarılması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının Xudat şəhər sakini X1 Xaçmaz rayonunun Yergüc İƏV-nin ərazisində yerləşən dövlət fonduna aid torpaqlardan fərdi yaşayış evin tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrılmasına dair xx.xx.2005-ci il tarixli, 66/1 saylı sərəncamın və 900 kv.m torpaq sahəsinin istifadəsinə verilməsinə dair xx.xx.2005-ci il tarixli, 44/1 saylı sərəncamların qanunsuz hesab edilməklə etibarsız sayılması barədə qərar çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Armudpadar Bələdiyyəsinin 15 oktyabr 2004-cü il tarixli 63 saylı qərarı ilə iddiaçıya bələdiyyənin ehtiyyat fondundan fərdi iaşə obyektlərinin tikintisi üçün 0.60 ha torpaq sahəsi satılmışdır. Həmin 0,60 ha torpaq sahəsinə 03 noyabr 2004-cü il tarixdə DT və XK Xaçmaz rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən onun adına JN-9090 KOD 30209048 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Mülkiyyətinə verilmiş 0,60 ha torpaq sahəsində təbii bulaq mövcud olmuş, restoranın tikintisinə başlayanda o həmin bulaq suları təbii axarı gözləməklə ərazidə əvəlldən mövcud olmuş su arxın keçdiyi Xaçmaz - Xudat yolu istiqamətdə borular vasitəsilə yerin altı ilə aparmış, həmin boruya qonşuluqda yerləşən bir neçə yaşayış evinin və torpaq mülkiyyətçilərinin suları da birləşir.Təsdiq edilmiş layihəyə əsasən o həmin torpaq sahəsində “Çeşmə” restoranı inşa etdirmiş və istifadə edir. Xaçmaz-Xudat şosse yolundan “Çeşmə” restoranına gedən yolun sağ tərəfində X3 məxsus yaşayış evi vardır. Cari ilin aprel ayının əvvəllərində Həqiqət Orucəliyeva “Çeşmə” restoranının ərazidəki bulaq suları axıdılan boruları evin qarşısından keçən hissəsində qazıyıb çıxarmış və suyun axarını bağlamışdır. Bunun səbəbini soruşduqda Həqiqət Orucəliyevanın həyat yoldaşı bildirmişdir ki, boruların onun ərazisindən keçməsinə razı deyildir və ona görə də boruların bir hissəsini çıxarıb suyun axarını bağlamışdır. Aidiyyəti qurumlara müraciət etsə də müsbət nəticəsi olmamış, ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hazırkı iddia ərizəsinin hazırlanması ilə əlaqədar məlum olmuşdur ki, hazırda X2 yaşayış evinin yerləşdiyi torpaq sahəsi Yergüc bələdiyyəsinin ümumi istifadədə olan örüş torpaqlarına aid olsa da, Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli 66/1 sərəncamı ilə adına verilmişdir. Bundan da əlavə Cavabdeh başçısının xx.xx.2005- ci il tarixli 44/1 saylı sərəncamı ilə qərara alınmışdır ki, Xaçmaz rayonu Xudat şəhər sakini X3 Xaçmaz rayonun Yergüc İƏV-nin ərazisində yerləşən Dövlət Fonduna aid torpaqlardan fərdi yaşayış evinin tikintisi üçün istifadəsinə ayrılmış 600 m2 torpaq sahəsini genişləndirmək məqsədilə həmin torpaq sahəsinə bitişik olan 900 m2 torpaq sahəsi onun istifadəsinə verilsin. Bu sərəncamla ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilsin. Həmin sərəncamların əsassızlığı və qanunsuzluğu onların verilməsi tarixləri ilə əyani şəkildə təsdiq olunur. Belə ki, 600 kv.m torpaq sahəsinin ayrılmasına dair sərəncamın tarixi xx.xx.2005-ci il göstərildiyi halda, 600 kv.m torpaq sahəsinin genişləndirilməsi məqsədilə 900 kv.m torpaq sahəsinin istifadəyə verilməsi barədə sərəncamın tarixi xx.xx.2005-ci il göstərilmişdir. Belə çıxır ki, H.H.Orucəliyevaya 600 kv.m metr torpaq sahəsi ayrılmamış ona həmin torpaq sahəsinin genişləndirilməsi məqsədilə bir ay qabaqcadan 900 kv.m torpaq sahəsi verilmişdir. Hesab edir ki, hər iki sərəncam qanunsuz və əsassızdır ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə ərizə ilə müraciət edən cavabdeh inzibati orqan müvafiq sərəncamların ləğv edilməsi məsələsinə qanunvericiliyə uyğun qaydada baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən X4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, qeyd olunan torpaq sahələri ona qanuni şəkildə ayrılmışdır. İddiaçının sahibliyində olan restoranın həyətində olan bulaqdan çıxan suyun öz sahibliyində olan torpaq sahəsindən keçirilməsinə etirazı yoxdur. Mübahisənin yaranmasına səbəb həmin suların axıdılması üçün iddiaçı tərəfindən quraşdırılmış boruların keyfiyyətsiz olması səbəbindən mütamadi olaraq sınması və buna görədə sahibliyində olan torpaq sahəsinin palçıq olması ilə əlaqədar olmuşdur. Xarab olmuş borulardan axan suyun qarşısını almaq məqsədi ilə həmin suyun qarşı onun tərəfindən kəsilmişdir. Lakin, iddiaçı həmin suyun axıdılmasını keyfiyyətli borular vasitəsilə onun sahibliyində olan torpaq sahəsindən aparılmasına etirazı yoxdur və gələcəkdə həmin işlərin aparılması üçün tikinti işlərinə hər hansı bir maneə aparmaq fikrində deyil. Məhkəmədən qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı Cavabdeh tərəfindən torpaq sahəsinin ayrılması haqqında qərarlarının mübahisələndirilməsi o halda mümkün olardı ki, həmin qərarlar əsasında ayrılmış torpaq sahələrinin koordinatları iddiaçının sahibliyində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmüş olsun. Lakin, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsəd su borularının Həqiqət Orucəliyevanın sahibliyində olan torpaq sahəsindən keçirilməsinə qoyulmuş qadağa ilə bağlı olmuşdur. Bu isə inzibati icraat çərcivəsində deyil qonşular arasında torpaq sahəsindən servitut alınması ilə bağlı (hüquqların məhdudlaşdırılması) mülki icraat qaydasında baxılmalı olan iddia tələblərinə aid olmalıdır. Başqa sözlə desək mübahisə predmeti olan qərarların Həqiqət Orucəliyevanın qadağa xarakterli hərəkətlərinə hər hansı bir aidiyyəti yoxdur. Nəzərə alınmaldır ki, qeyd olunan torpaq sahələrinə verilmiş qərarların etibarsız hesab edilməsi tələbi İddiaçı deyil müvafiq qurumların özü və ya onların fəaliyyətinə nəzarət funksiyasına malik müvafiq orqanların səlahiyyətlərinə aiddir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının Xudat şəhər sakini X1 Xaçmaz rayonunun Yergüc İƏV-nin ərazisində yerləşən dövlət fonduna aid torpaqlardan fərdi yaşayış evin tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrılmasına dair xx.xx.2005-ci il tarixli, 66/1 saylı sərəncamın və 900 kv.m torpaq sahəsinin istifadəsinə verilməsinə dair xx.xx.2005-ci il tarixli, 44/1 saylı sərəncamların qanunsuz hesab edilməklə etibarsız sayılması barədə qərar çıxarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2574/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2574/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver