Məhkəmə qərarları › İş №2-1(118)-2574/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2574/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2574/2023 20.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı xx.xx.2021-ci il təvəllüdlü X1 adının “Yusif”ə dəyişdirilməsinə dair razılığın verilməsi öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı xx.xx.2021-ci il təvəllüdlü X1 adının “Yusif”ə dəyişdirilməsinə dair razılığın verilməsi öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh Sumqayıt şəhər İcra Hakmiyyəti ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının prosessual iştirkaına xitam verilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti cavabdeh qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının X3 ilə fatiki nikah münasibətlərindən xx.xx.2021-ci il təvəllüdlü X4 anadan olmuşdur. R.Əfəndiyevin atalığı müəyyən edilmiş, doğlum haqqında şəhadətnamədə atanın adı ananın ərizəsinə əsasən qeyd edilmişdir. O, uşağın adının dəyişdirilməsinə icazə verilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən ərizənin təmin olunmasından imtina olunmuş və xx.xx.2023-cti il tarixində mənə ünvanlanmış imtina məktubunda qeyd olunmuşdur. İddiaçı iddia tələbini müdafiə etdi və iddia rəizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Bundan əlavə iddiaçı izah etdi ki, o, uşağını tək böyüdür, uşağın faktiki atası olan X5 uşağın tərbiyədində və böyüdülmsəində iştirak etmir. “Saleh” Aadı uşağın faktiki atasının ata adıdır, lakin iddiaçı uşağının həmin adı daşımaq istəmədiyindən onun adının “Yusif”ə dəyişdirilməsini xahiş edir. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayənəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı faktiki nikah münasibətlərindən doğulmuş övladı xx.xx.2021-ci il təvəllüdlü X1 adının “Yusif”ə dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin Sumqayıt şəhər icra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulmasını tələb etmişdir. Qaldırılan məsələ ilə bağlı iddiaçı Komissiyada qəbul edilmişdir. Qəbul zamanı ərizəçiyə uşağın adının dəyişdirilməsi barədə qanunvericiliyin tələbləri barədə ətraflı izahat verilmişdir. Eyni zamanda ərizəçilərə, qaldırılan məsələ ilə bağlı 5-6/1-Ə-41-164/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu göndərilmişdir.Cavab məktubunda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1 -ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bildiyini, müraciətdə adı qeyd olunan uşağın üzərində atalığın müəyyən edilmədiyi və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54-cü maddəsinin dispozisiyasında bu barədə qeyd nəzərdə tutulmadığından müraciətin müsbət həlli şəhər İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. İş materiallarında olan: -AZ-İV № 665932 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-cü il tarixdə anadan olmuşdur. -Sumqayıt Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 31 mart 2022ci il tarixli arayışdan görünür ki, X6 xx.xx.2021-cü il tarixdə anadan olmuşdur. Anası İddiaçı, atası X3 qeyd edilmişdir. -1 saylı Sumqayıt Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2021 -ci il təvəllüdlü X1 doğumu xx.xx.2021-ci il tarixdə 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən, 5930 saylı akt qeydi ilə tək ananın ərizəsi əsasında qeydə alınmışdır. xx.xx.2021-ci il təvəllüdlü X1 atalığının müəyyən edilməsinə dair yoxlama zamanı “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində məlumat aşkar olunmadı. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının 21 iyul 1992-ci ildən qoşulduğu "Uşaq hüquqları haqqında" Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideyinlərini tapmaq və onlardan qayğı görmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Məhkəmə aradşırması zamanı müəyyən olundu ki, xx.xx.2021-ci il təvəllüdlü X4 faktiki nikah münasibətlərindən doğulmuş, onun barədində atalıq müəyyən edilməmişdir. Hazırda tək ana olan iddiaçı uşağın adının dəyişdirilməsinə icazə almaq üçün cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdeh qanunvericilikdə uşağıln adının dəyişdirilməsi üçün hər iki valideynin müraciət edilməli olmasına istinad edərək ona imtina cavabı vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və ya rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri, xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki iş üzrə adının dəyişidirilməsi tələb edilən Saleh azyaşlıdır və anası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun adının dəyişdirilməsinə icazə verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinin tələblərinə uyğun olaraq uşağın adının dəyişdirilməsi üçün valideynlərin birgə müraciəti tələb edilsə də, hazırki iş üzrə iddiaçı tək ana olduğundan, yəni uşağının barəsində atalığın müəyyən edilməməsi səbəbindən və bu hal qanunvericilikdə konkret olaraq öz tənzimlənməsini tapmadığından mübahisə iddiaçının xeyrinə həll olunmalıdır. Uşağın üzərində atalığın müəyyən edilməməsi səbəbindən hər iki valideynin uşağın adının dəyişdirilməsi üçün müraciət etməsi hazırki vəziyyətə mümkün deyildir və bu səbəbdən onun adının dəyişdirilməsinin qeyri-mümkünlüyü onun Azərbaycan Respublikası Konstitusiyası və “Uşaq hüquqları haqqında” Konvensiyasında nəzərdə tutulmuş hüquqularını məhdudlaşdırılmasına səbəb ola bilər. Məhkəmə hesab edir ki, adın dəyişdirilməsi uşağın mənafeyinə zidd deyildir və qanunvericiliyin tələbləri çərçivəsindədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qeyd olunan Qanunun 24.2-cü və 24.3-cü maddələrinə görə isə, inzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək, xx.xx.2021-ci il təvəllüdlü X1 adının “Yusif”ə dəyişdirilməsinə razılığın verilməsi öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X1 adının “Yusif”ə dəyişdirilməsinə dair razılığın verilməsi öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar