Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-258/2021 12.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 (1 saylı Vəkil Bürosunun vəkili, Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Qurbanov küçəsi 24 saylı evdə yaşayan) Üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Musayev Elnur Musa oğlunun (Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin Korporativ hüquq şöbəsində böyük hüquq məsləhətçisi işləyən, Bakı şəhəri, Neapol küçəsi, ev 4B, mənzil 23-də yaşayan) iştirakı ilə, İddiaçı “Alov-1” kiçik müəssisəsinin cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş 0.2250 ha torpaq sahəsi üzərində 21.07.2016-cı il tarixli, RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 712.0 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı “Alov-1” kiçik müəssisəsi cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş 0.2250 ha torpaq sahəsi üzərində 21.07.2016-cı il tarixli, RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 712.0 ha hissədə etibarsız sayaraq, həmin hissədə çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi P.Məhərrəmov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş 0.2250 ha torpaq sahəsi üzərində 21.07.2016-cı il tarixli, RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 712.0 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar çxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 08.02.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində minzibati məhkəmə icraatında cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29.12.1997-ci il tarixli 818 saylı sərəncamı ilə Sumqayıt şəhərinin Sülh küçəsində avtomobillərə maye qaz doldurma məntəqəsinin tikintisi üçün 3000 kv.metr torpaq sahəsi "Alov-1" kiçik müəssisəsinin istifadəsinə ayrılmışdır. Ayrılmış torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən yerində ölçülərək kiçik müəssisəyə təhvil verilmiş, eyni zamanda həmin idarə tərəfindən torpağın inşaat pasportu da hazırlanaraq təqdim edilmişdir. Ayrılmış torpaq sahəsində inşa edilmiş tikinti təmir sexləri Azərbaycan Respublikası keçmiş Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Sumqayıt şəhər Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən "Alov-1" kiçik müəssisəsinin tam mülkiyyəti kimi dövlət qeydiyyatından keçmiş və bununla bağlı kiçik müəssisənin adına Qeydiyyat Şəhadətnaməsi və Texniki Pasport verilmişdir. Həmin vaxtdan tikili və ayrılmış torpaq sahəsi "Alov-1" kiçik müəssisəsinin istifadəsindədir. Lakin, bir müddət əvvəl sözügedən torpaq sahəsində başqa şəxslər tərəfindən iddiaçıya məxsus dörd avtomobil təmiri sexi və bir ədəd yeməkxana qanunsuz olaraq sökülərək onların yerində tikinti işlərinin aparılmasına başlanılmış və tikinti başa çatdırılmışdır. Mübahisəli torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29.12.1997-ci il tarixli 818 saylı sərəncamı ilə "İddiaçı istifadəsinə ayrıldığından, həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinə ümumiyyətlə hər hansı aidiyyətı yoxdur. Torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi dövlət qeydiyyatına alınarkən qüvvədə olan qanun normalarının tələbləri pozulmuş, "Alov-1" kiçik məüssisəsinin hüququ ilə yüklü edilmiş torpaq sahəsi əsassız olaraq bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınmışdır. Mübahisəli torpaq sahəsi DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən 0,2250 ha torpaq sahəsi üzərində 21.07.2016-cı il tarixdə Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmış və bu barədə Sumqayıt Bələdiyyəsinin adına Seriya RX ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü" təqdim olunmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-960/2019 saylı, 08.10.2019-cu il tarixli qərarı ilə "Alov-1" kiçik müəssisəsinin cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi idarəsinə və üçüncü şəxs Sumqayıt Bələdiyyəsinə qarşı "torpaq üzərində hüququnun dövlət qeydiyyatının etibarsız sayılması barədə" iddianın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)- 94/2020 saylı 08.06.2020-ci il tarixli qərardadına əsasən, "Alov-1" kiçik müəssisəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(085)- 960/2019 saylı, 08.10.2019-cu il tarixli qərarı ləğv edilərək, “Alov-1" kiçik müəssisəsinin cavabdeh DƏDRX-nin 2 saylı Ərazi idarəsinə qarşı "mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının qanunsuz sayılması və həmin qeydiyyatın və verilmiş mülkiyyət çıxarışının ləğv edilməsi" tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi işdə olan sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29.12.1997-ci il tarixli 818 saylı sərəncamı ilə Sumqayıt şəhərinin Sülh küçəsində avtomobillərə maye qaz doldurma məntəqəsinin tikintisi üçün "Alov-1" kiçik müəssisəsinin istifadəsinə ayrılmış torpaq sahəsi üzərində cavabdeh tərəfindən Sumqayıt şəhər bələdiyyəsinin mülkiyyət hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının qanunsuz sayılması və həmin qeydiyyatın və verilmiş mülkiyyət çıxarışının ləğv edilməsini xahiş etmişdir. Belə ki, işin hallarından iddiaçının hazırki iddia üzrə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X10 iddia tələbini qəbul etmədi və izah etdi ki, qeyd olunan torpaq sahəsi Sumqayıt bələdiyyəsinin mülkiyyətində olmaqla uzunmüddətli istifadə üçün Mərkəzi Banka ayrılması nəzərdə tutulmuşdur. Hal-hazırda həmin torpaq sahəsinin üzərində X9 Mərkəzi tikilib və inzibati binanın tikintisinə Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamı. FHNnin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin müvafiq rəyi əsas olmuşdur. Artıq həmin torpaq sahəsi üzxrənidə X11 İdarəetmə Mərkəzinin inzibati binası inşa edilmişdir. Bununla bağlı üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh DƏDRX –nin 2 saylı Sumqayıt Ərazi İdarəsi və üçüncü şəxs Sumqayıt bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin və üçüncü şəxs Saumqayıt bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərilmişdir ki, iddiaçı “Alov-1” kiçik müəssisəsinin müraciəti ilə əlaqədar olaraq “Alov-1” kiçik müəssisəsinin təsisçisi X5 bildirilmişdir ki, Sumqayıt şəhəri Sülh küçəsində yerləşən 2250 kv.m torpaq sahəsi üzərində 21 iyul 2016-cı ildə Sumqayıt bələdiyyəsinin hüquqları idarəyə təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 20 oktyabr 2016-cı il tarixdə “Alov-1” kiçik müəssisəsinə məxsus daşınmaz əmlakın baş planının hazırlanması ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Ərazi Şöbəsi tərəfindən İdarəyə sifariş daxil olmuş, sifarişin icrası ilə bağlı həmin tarixdə əraziyə baxış keçirilmiş və mövcud vəziyyətə uyğun ərazinin baş planı hazırlanmışdır. Müayinə zamanı müəyyən olunmuşdur ki, “Alov-1” kiçik müəssisəsinə ayrılmış 3000 kv.m torpaq sahəsinin 712.0 kv.m hissəsində yerləşən Sumqayıt Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş texniki pasport və qeydiyyat vəsiqəsi əsasında “Alov-1” kiçik müəssisəsinə məxsus “A” tikilisinin 147.5 kv.m hissəsi sökülmüşdür, həmin torpaq sahəsi başqa müəssisə tərəfindən istifadə olunur və üzərində tikinti işləri aparılır. Üçüncü şəxs Sumqayıt bələdiyyəsinin məhkəməyə ünvanladığı iddiaya dair münasibətdə göstərilmişdir ki, sözügedən torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ qanunvericiliyə uyğin şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının Sədrinin birinci müavini A.Quliyevin imzası ilə 13 noyabr 2015-ci il tarixli,22-00063-2015 saylı məktubla Sumqayıt Bələdiyyəsinə müraciət olunmuş və Azərbaycan Respublikası Mərkəzi X6 Mərkəzinin inzibati binasının tikintisi məqsədilə 2250 kvadrat metr torpaq sahəsinin ayrılması xahiş olunmuşdur.Müraciətə torpaq sahəsinin ayrılması istənən ərazinin sxemi də əlavə olunmuşdur.Adı çəkilən müraciət əsasında Sumqayıt Bələdiyyəsi tərəfindən torpaq sahəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada sənədləşməsinin aparılması məqsədilə müvafiq rəylərin alınması üçün Sumqayıt şəhər icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Sumqayıt Ərazi şöbəsinə müraciət edilmişdir Həmin müraciətlər əsasında şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 25 fevral 2016-cı il tarixli,11 saylı,Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Sumqayıt Ərazi şöbəsi tərəfindən isə 16 mart 2016-cı il tarixli, 122 saylı rəylər verilmiş və bu rəylərdə şəhərin Sülh küçəsi ilə Çerkassı küçəsinin kəsişdiyi yerin yaxınlığında olan ərazidə yerləşən 2250 kvadt metr torpaq sahəsinin hərrac,yaxud müsabiqə yolu ilə icarəyə verilməsinə etiraz edilmədiyi bildirilmişdir.Adı çəkilən müvafiq icra hakimiyyəti orqanlarının sənədlərində mübahisələndirilən torpaq sahəsinin başqa hüquqi və ya fizik şəxslərin mülkiyyətinə və ya icarəsinə verilmədiyi, onun üzərində hər hans məhdudiyyətin(yüklülüyün)mövcud olmadığı birbaşa qeyd olunmuşdur. Məhkəmənir nəzərinə çatdırına ki,yuxarıda qeyd olunan rəylər alındıqdan sonra mübahisələndirilən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədə Sumqayıt Bələdiyyəsinin 30 iyun 2016-cı il tarixli,11 saylı iclasının 34 saylı qərarı.yəni mavafiq inzibati akt qəbul edilmişdir.Həmin bələdiyyə qərarı əsasında Sumqayıt şəhərinin Sülh küçəsi ilə Çerkassı küçəsinin kəsişdiyi yerin yaxınlığında olan ərazidə yerləşən 2250 kvadt metr torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 21 iyul 2016-cı ıl tarixdə Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmiş və bu barədə Sumqayıt Bələdiyyəsinin adına Seriya RX ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarış və "Torpaq sahəsinin planı və ölçüsüi" təqdim olunmuşdur. Göründüyü kımı mubahısələndırılən torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət huququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədə Sumqayıt Bələdiyyəsinin 30 iyun 2016-cı il tarixli, 11 saylı iclasının 34 saylı qərarı,yəni bələdiyyənin inzibati aktı əsasında dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirildikdən sonra Sumqayıt Bələdiyyəsinin 23 sentyabr 2016-cı il tarixli,15 saylı iclasının 16-cı qərarı əsasında Sülh küçəsi ilə Çerkassı küçəsinin kəsişdiyi yerin yaxınlığında olan ərazidə yerləşən 2250 kvadt metr torpaq sahəsinin sahibkarlıq məqsədilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi qərarlaşdırılmış və bununla bağlı müvafiq müsabiqənin keçirilməsi uçun müvafiq hüquqmüəyyənedici və texniki sənədlər əlavə olunmaqla məktubla Azəmaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili uzrə Auksion Mərkəzi 5 saylı Sumqayıt Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına müraciət edilmişdir.Yuxarıda qeyd edilənlər nəzərə alınaraq bildirilir ki, iddiaçının mübahisələndiriyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahəsidir və həmin torpaq sahəsi üzərində Sumqayıt bələdiyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılarkən qanunvericiliyin hər hansı pozuntusuna yol verilməmişdir. İş materiallarında olan : - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 29.12.1997-ci il tarixli 818 saylı sərəncamından görünür ki, Sumqayıt şəhəri Sülh küçəsində avtomobillərə maye qaz doldurma məntəqəsinin tikintisi üçün 3000 kv m torpaq sahəsi “Alov-1” kiçik müəssisəsinin isitifadəsinə ayrılmışdır. -322 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki,Sumqayıt şəhər Sülh küçəsində yerləşən texniki təmir sexləri “Alov -1” kiçik müəssisəsinin adına mülkiyyət hüququ əsasında tam qeydə alınmışdır. -Mənzil Kommunal Təssərüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 322 nömrəli aprel 2003-cü il tarixli texniki pasportdan görünür ki, həmin texniki pasport “Alov -1” kiçik müəssisəsinə ayrılmış torpaq sahəsinə və üzərindəki tikintiyə dair tərtib edilmişdir. -Sumqayıt bələdiyyəsinin 23.09.2016-cı il tarixli 15 nömrəli protokol qərarından görünür ki, Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan Sülh küçəsi ilə Çerkassı küçəsinin kəsişməsində sahəsi 2250 kv.m. torpaq sahəsinin sahibkarlıq məqsədilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınması,Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 49 (qırx doqquz) il müddətinə icarəyə verilməsi məqsədilə müsabiqə keçirilsin Torpaq sahəsi İİ zonada yerləşir, müsabiqədə torpağın icarə haqqının qiyməti müvafiq olaraq bir kvadrat metr 1,12 (bir manat 12 qəpik) manat olmaqla, illik 2520,00 manat müəyyən edilsin və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi 5 saylı torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanılması qərara alınmışdır. -Tikinti-Quraşdırma işləri başa çatmış obyektin isitismara qəbul edilməsi komissiyasının 12.09.2002-ci il tarixli aktından görünür ki, “Alov -1” kiçik müəssisəsinə məxsus Sumqayıt şəhəri Sülh küçəsi ilə topdan satış mağazasına bitişik ərazidə yerləşən avtomobillərə maye qaz doldurma məntəqəsi hazır olduğu üçün istismara qəbul olunmuşdur. -Sumqayıt Torpaq Rədiyyə və Kommunikasiya şöbəsi tərəfindən tərtib edilmiş 30.11.2015-ci il aktdan görünür ki,Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 195 nömrəli 02.09.2014-cü il tarixli sərəncamına əsasən ayrılmış 2250 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Mərkəzi Bankı nümayəndəsinə yerində təhvil verilmişdir. -Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi Dövlət Memarlıq və Tikinti Nəzarət Müfəttişliyi tərəfindən tərtib edilmiş 31.03.2017-ci il tarixli icazdən görünür ki, Sumqayıt şəhər sülh küçəsi ilə Koroğlu prospektinin kəsişdiyi yerin yaxınlığındakı ərazidə tikintinin aparılmasına icazə verilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında X1 təşkili üzrə dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 19.12.2019-cu il tarixli məktubdan görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 29 dekabr 2019-cu il tarixli, 818 nömrəli sərəncamı ilə “Alov-Г Kiçik Müəssisəsinə 3000 kv.metr torpaq sahəsi ayrılmış və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırma bürosu tərəfindən texniki pasport tərtib olunmuşdur.X11 İdarəetmə Mərkəzinin inzibati binasının tikilməsi nəzərdə tutulan 2250 kv.m torpaq sahəsinin 1206 kv m hissəsi kadastr bazasında dövlət mülkiyyətində olan torpaq sahəsi ilə, eləcə də “Alov-1” kiçik müəssisəsinin istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Eyni zamanda icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsi ilə bağlı mübahisəyə hazırda məhkəmədə baxıldığından qeyd olunan məsələ məhkəmənin yekun qərarına uyğun həll edilə bilər. -Azərbaycan Respublikası ƏMDK tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 01.04.2019-cu il tarixli məktubdan görünür ki, sözügedən torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Sumqayıt Bələdiyyəsinin adına 21,07.2016-cı il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.Həmin torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğunu nəzərə alaraq, Sumqayıt Bələdiyyəsi ilə notarial qaydada bağlanmış torpaq sahəsinin icarəyə, istifadəyə və ya mülkiyyətə verilməsinə dair müqavilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olduqdan sonra hüquqların qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. -DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 10.08.2020-ci il tarixli məktubdan görünür ki, 20.10.2016-cı il tarixdə “Alov-1” kiçik müəssisəsinə məxsus daşınmaz əmlakın baş planının hazırlanması ilə əlaqədar ƏMDK-nin 5 saylı Ərazi şöbəsi tərəfindən idarəyə sifariş daxil olmuş, sifarişin icrası ilə bağlı həmin tarixdə əraziyə baxış keçirilmiş və mövcud vəziyyətə uyğun ərazinin baş planı hazırlanmışdır. Müayinə zamanı müəyyən edilmişdir ki, “Alov-1” kiçik müəssisəsinə ayrılmış 3000 kv m torpaq sahəsinin 712.0 kv m hissəsində yerləşən texniki pasport və qeydiyyat vəsiqəsi əsasında “Alov-1 kiçik müəssisənə məxsus “A” tikilisinin 147.5 kv m hissəsi sökülmüş, həmin torpaq sahəsi başqa müəssisə mtərəfindən istifadə olunur və üzərində tikinti işləri aparılır. - -Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1022/2021 saylı 14.06.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı “Alov-1” kiçik müəssisəsinin cavabdeh Sumayıt bələdiyyəsinə qarşı Sumqayıt şəhəri Sülh küçəsi ilə Çerkassi küçəsinin kəsişdiyiyerin yaxınlığındakı ərazidə sahibkarlıq məqsədi ilə 2.250 kv m torpaq sahəsini icarəyə verilməsi barədə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması haqqında Sumqayıt bələdiyyəsinin 30.06.2016-cı tarixli 11 saylı iclasın 34 saylı qərarın ləğv edilməsi barədə iddiası təmin edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qeyd olunan Qanunun 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, işin halalrından müəyyən edildiyi kimi mübahiəsləndirilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas kimi Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması haqqında bələdiyyənin 30.06.2016-cı il tarixli 11 saylı iclasın 34 saylı qərarı olmuşdur. İş materiallarına əlavə edilmiş və qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati Məhkəməsinin 14.06.2021-ci il tarixli qərarından görünür ki, məhkəmə araşdırması zamanı Sumqayıt bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmış 2250 kv m torpaq sahəsinin bir hissəsinin “Alov-1” kiçik müəssisəsinə aid olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli qeydin aparılması üçün əsas olmuş bələdiyyə qərarı ləğv edildiyindən iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş 0.2250 ha torpaq sahəsi üzərində 21.07.2016-cı il tarixli, RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 712.0 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş 0.2250 ha torpaq sahəsi üzərində 21.07.2016-cı il tarixli, RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 712.0 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyi cavabdeh DƏDRXnin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-258/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-258/2021
12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver