Məhkəmə qərarları › İş №2-1(118)-258/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-258/2022

30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-258/2022 30.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədirliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Ağaəli qızının cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı “cavabdehdən maddi ziyana görə 61 800 (altmış bir min səkkiz yüz) manat (yəni mülkiyyətində olan Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən, 28,10 kv.metr olan qeyri-yaşayış sahəsinin 0,0040 ha torpaq sahəsi ilə birlikdə olan dəyəri 41400 (qırx bir min dörd yüz) manat və 2016-cı il iyun ayı tarixindən hazırki dövrədək icarə dəyəri 51 ay x 400 manat (əldən çıxmış fayda) 20 400 (iyirmi min dörd yüz) manat), mənəvi zərərə görə isə, 10 000 (on min) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Ağaəli qızı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı “cavabdehdən maddi ziyana görə 61 800 (altmış bir min səkkiz yüz) manat (yəni mülkiyyətində olan Quba şəhəri, 31-ci məhəllə ünvanında yerləşən, 28,10 kv.metr olan qeyri-yaşayış sahəsinin 0,0040 ha torpaq sahəsi ilə birlikdə olan dəyəri 41400 (qırx bir min dörd yüz) manat və 2016-cı il iyun ayı tarixindən hazırki dövrədək icarə dəyəri 51 ay x 400 manat (əldən çıxmış fayda) 20 400 (iyirmi min dörd yüz) manat), mənəvi zərərə görə isə, 10 000 (on min) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 30 avqust 2022-ci il tarixdə məhkəməyə İddiaçı Ağaəli qızının iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsi daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar