Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-258/2023 24.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “Zəmi” X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Siyəzən rayon şəhər İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli,71 saylı sərəncamı ilə “Zəmi” X3 kənd təsərrüfatı məhsullarının istehsalı üçün Siyəzən rayonun Sədan kəndi ərazisində ayrılmış və Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 25 aprel 1998-ci il tarixli,JN-173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“na əsasən daimi istifadəsinə verilmiş 50,0 hektar torpaq sahəsi üzərində “Zəmi” X2 daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli,71 saylı sərəncamı ilə “Zəmi” X3 kənd təsərrüfatı məhsullarının istehsalı üçün cizgidə göstərilmiş ölçülər çərçivəsində Siyəzən rayonun Sədan kəndi ərazisində 50,0 hektar torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi 1998-ci ilin aprel ayında daimi istifadə hüququ ilə “Zəmi” X2 adına dövlət qeydiyyatından keçirilmiş və bununla bağlı Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 25 aprel 1998-ci il tarixli, JN-173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“ verilmişdir. Həmin vaxtdan bugünədək torpaq sahəsi “Zəmi” X2 istifadəsində olmaqla təyinatı üzrə istifadə edilməkdədir. Lakin qeyd edilən torpaq sahəsi üzərində “Zəmi” X2 daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilməsi və bununla bağlı müvafiq reyestr çıxarışının və torpağın planı və ölçüsünün alınması ilə əlaqədar aidiyyəti üzrə müraciət etdikdə süni maneələrlə qarşılaşmışlar. Belə ki, hüququn qeydiyyatı ilə əlaqədar etdiyimiz müraciətə cavabdeh tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli, **********69 saylı cavab məktubunda torpaq sahəsinin faktiki yerləşdiyi yerin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“nın kadastr məlumat bazasında qeyd olunduğu yerdən 1967,0 metr kənarda yerləşdiyi, həmçinin kadastr məlumat bazasına əsasən faktiki torpaq sahəsinin 1,37 ha hissəsinin **********95 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilərək hüququn dövlət qeydiyyatının aparılmasından imtina olunmuşdur.“Zəmi” X2 torpaq sahəsi üzərində daimi istifadə hüququnun qeydiyyata alınmasından cavabdehin imtinasını tamamilə əsassız və qərəzli sayırıq.Belə ki,sözügedən məktubda cavabdeh tərəfindən göstərilmiş dəlillər hüququn qeydiyatından imtinası üçün əsas sayıla bilməz. İlk növbədə qeyd edilməlidir ki, “Zəmi” kft-nin torpaq sahəsi üzərində daimi istifadə hüququ hələ 1998ci ildə dövlət qeydiyyatından keçirilmiş və həmin qeydiyyat bugün də qüvvədədir. Göründüyü kimi, torpaq sahəsinin harada yerləşməsindən asılı olmayaraq cavabdeh istənilən halda torpaq üzərində “Zəmi” kft-nin daimi istifadə hüququnu dövlət qeydiyyatına almalı idi və bu onun vəzifəsi idi. Bu qeydiyyat, ən azından ləğv edilmiş Dövlət Toıpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“nın kadastr məlumat bazasında göstərilmiş koordinatlar əsasında həyata keçirilməli idi.Cavabdehin həmin sənəddə göstərilmiş koordinatların torpağın faktiki yerləşdiyi kordinatlarla üst-üstə düşməməsi barədə bildirdikləri isə müvafiq sənədlərlə və faktlarla təkzib olunur. Əvvəla, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli, 71 saylı sərəncamı ilə “Zəmi” kft-yə kənd təsərrüfatı məhsullarının istehsalı 50,0 hektar toıpaq sahəsi Siyəzən rayonunun Sədan kəndi ərazisində ayrılmışdır. Cavabdehin 13 aprel 2022-ci il tarixli, **********69 saylı cavab məktubunda bildirdiyi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“nın kadastr məlumat bazasında qeyd olunduğu yerdən 1967,0 metr kənarda yerləşən torpaq sahəsi isə Siyəzən rayonunun Sədan kəndinin deyil, rayonun Çarxana kəndinin inzibati ərazisi daxilində yerləşir ki, bu da həmin torpaq sahəsinin “Zəmi” kft-yə ayrılmış torpaq sahəsi olmasını istisna edir.Həmçinin,onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki,“Zəmi” kft-yə ayrılmış 50,0 hektar torpaq sahəsinin naturada təsbit edilmiş dəqiqləşdirilmiş koordinatları hələ 2016-cı ildə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2 saylı Sumqayıt Layihə Tədqiqat İdarəsi tərəfindən hazırlanaraq müvafiq qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim olunmuşdur. Həmin İdarənin rəisinin imzası ilə cavabdehə ünvanlanmış 22 fevral 2016-cı il tarixli, xx-xx/2016 saylı Arayışa “Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə(baxış) Aktı”, həmçinin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının da əks etdirildiyi rəqəmsal kadastr xəritəsindən çıxarış əlavə edilmişdir ki, həmin sənədlərdə “Zəmi” kft-yə ayrılmış 50,0 hektar torpaq sahəsinin naturada təsbit edilmiş koordinatlarının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“mn kadastr məlumat bazasında qeyd olunduğu kimi olduğu müəyyən edilmişdir. Cavabdeh həmin sənədləri diqqətə almayaraq əsassız şəkildə torpaq sahəsinin yerinin guya başqa yer olduğu qənaətinə gəlməklə qanunsuzluğa yol vermişdir. Bu baxımdan cavabdehə təqdim olunmuş hüquqmüəyyənedici və texniki sənədlərlə nəzərdə tutulmuş torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına ahnmasınmdan imtina etməkdə haqlı sayıla bilməz. Hesab edir ki, imtina qanunsuz olduğundan məhkəməyə müraciət etmiş və qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli, 71 saylı sərəncamı ilə “Zəmi” X3 kənd təsərrüfatı məhsullarının istehsalı üçün Siyəzən rayonunun Sədan kəndi ərazisində ayrılmış və daimi istifadə hüququ ilə qeydiyyatdan keçmiş torpaq sahəsinin 48,63 ha hissəsi üzərində “Zəmi” KFT-nın daimi istifadə hüququnun ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 25 aprel 1998-ci il tarixdə tərtib edilmiş, JN-173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”nda göstərilmiş torpağın konfiqurasiyasına uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, əraziyə müayinə baxışı keçirilən zamanı əldə olunan məlumatların kadastr məlumat bazasında yoxlanılması zamanı müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsinin yerləşdiyi yer ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-173 KOD 30503018 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair dövlət aktı”nın kadastr məlumat bazasında qeyd olunduğu yerdən 1967.0 metr kənarda yerləşir. Faktiki torpaq sahəsinin yerləşdiyi ərazi kadastr məlumat bazasında örüş torpaqları kimi qeyd edilmişdir. Həmçinin, kadastr məlumat bazasına əsasən faktiki torpaq sahəsinin 1.37 ha hissəsi **********95 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, göstərilən səbəblərdən 50.0 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinizin icrası təmin oluna bilmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 13 aprel 2022-ci il tarixli, **********69 nömrəli imtina məktubu, etirazı, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli, 71 saylı sərəncamının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 25 aprel 1998-ci il tarixdə tərtib edilmiş, JN-173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”nın təsdiqlənmiş surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin **********66 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2 saylı Sumqayıt Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş 22 fevral 2016-cı il tarixli, xx-xx/2016 saylı Arayışın təsdiqlənmiş surəti, X6 rayon filialı tərəfindən verilmiş 19 nömrəli, xx.xx.2023-cü il tarixli məktub, Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 20/3-4 nömrəli, xx.xx.2023-cü il tarixli məlktub və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə daimi istifadə hüququnun yaranması haqqında Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli, 71 saylı sərəncamının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı oğlu DƏDKR-in 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 13 aprel 2022-ci il tarixli, **********69 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Siyəzən rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli, 71 saylı sərəncamı ilə “Zəmi” X3 kənd təsərrüfatı məhsullarının istehsalı üçün Siyəzən rayonu Sədan kəndi ərazisində 50,0 hektar torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi 1998-ci ilin aprel ayında daimi istifadə hüququ ilə “Zəmi” X2 adına dövlət qeydiyyatından keçirilmiş və bununla bağlı Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 25 aprel 1998-ci il tarixli, JN-173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“ verilmişdir. “Zəmi” X4 istifadəsində olan 48,63 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilməsi və bununla bağlı müvafiq reyestr çıxarışının və torpağın planı və ölçüsünün alınması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur ki, Siyəzən rayonu, Sədan kəndi ərazisində yerləşən, JN-0099, kod 30800036 nömrəli “Torpağın daimi istifadəyə verilməsinə dair” Şəhadətnamə ilə 48.63 ha (faktiki 50 ha) torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Belə ki, cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi arqumentlər aşağıdakılardan ibarət olmuşdur. 1) Elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi olması, 2) torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluqların olduğu, konfiqurasiyasının və yerinin dəyişdirilməsi, 3) kadastr məlumat bazasına əsasən faktiki torpaq sahəsinin 1.37 ha hissəsi **********95 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşməsi. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün gətirilən arqumentlər əsassızdır. Cavabdehin imtinasında gətirdiyi 1-ci arqumentə, yəni sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi olmasına münasibətdə məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətə deyil iddiaçının istifadəsinə verilməsi nəzərdə tutulur. Qanunvericiliyin tələbləri baxımından örüş torpaq sahələrinin vətəndaşların istifadəsinə verilməsi nəzərədə tutulur. Belə ki, 1992-ci ilə qədər qüvvədə olan 1982-ci il tarixli Azərbaycan SSR-nin Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən torpaq sahələri daimi və müvəqqəti verilir. Torpaq sahələri 3 ildən 10 ilə qədər uzunmüddətli, 3 ilə qədər qısamüddətli hesab olunur. Həmin Məcəllənin 14-cü maddəsinə görə kənd təsərrüfat təyinatlı torpaq sahələri ilk növbədə kənd təsərrüfat müəssisələri və təşkilatlarına yarılır. Həmin Məcəllənin 24-cü maddəsinə əsasən kolxoz, sovxoz və digər torpaq istifadəçilərinə verilən torpaq sahələri torpaqdan istifadəyə dair dövlət aktları ilə rəsmiləşdirilir.Həmin Məcəllənin 66-cı maddəsinə əsasən kolxoz,sovxoz, kənd təsərrüfat fəaliyyəti ilə məşğul olan dövlət və kooperativ, o cumlədən ictimai müəssisə və təşkilatlara torpaq sahələri daimi istifadəyə verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dəvəçi rayonu XDS-nin 23 fevral 1990-cı il tarixli 03 nömrəli qərarı ilə “Zəmi” kəndli (fermer) təsərrüfatına daimi istifadəyə verilmişdir. Yuxarıda sadalanan və zaman etibarı ilə qüvvədə olan maddi hüquq normalarından məlum olur ki, torpaq sahəsinin X3 daimi istifadəyə verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilən idi. İş üçün preyudisial əhəmiyyət kəsb etmiş Dəvəçi rayonu XDS-nin 23 fevral 1990-cı il tarixli 03 nömrəli qərarı qüvvədədir. Belə olan halda cavabdehin gətirdiyi 1-ci arqument əsassız hesab olunur. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cu il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 13.11-ci maddəsinə əsasən Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Torpaq mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmiş eyniadlı Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerqurluşu Lahiyə İnstitunun arxivində müddətsiz olaraq saxlanır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanın rayon (şəhər) torpaq şöbələri həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verilməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keşmiş DTXK tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Cavabdeh təşkilatın imtinasında gətirdiyi 2-ci arqument ilə bağlı, yəni torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluqların olduğu, konfiqurasiyasının və yerinin dəyişdirilməsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“nın kadastr məlumat bazasında qeyd olunduğu yerdən 1967,0 metr kənarda yerləşən torpaq sahəsi isə Siyəzən rayonunun Sədan kəndinin deyil, rayonun Çarxana kəndinin inzibati ərazisi daxilində yerləşir ki, bu da həmin torpaq sahəsinin “Zəmi” kft-yə ayrılmış torpaq sahəsi olmasını istisna edir. Belə ki, məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə təşkil edilmiş yerli baxışı zamanı müəyyən olundu ki, texniki qurğular vasitəsilə uyğunsuzluğun olduğu torpaq sahələri arasındakı məsafənin 1967 m olduğu bildirilsə də həmin kəndlər arasında olan məsafə 4-5 km-də çox təşkil edir.Yəni iddiaçının istifadəsində olan torpaq sahəsinin cavabdeh təşkilat tərəfindən göstərilən torpaq sahəsi tamamilə başqa ərazidə yerləşir. Həmçinin, məhkəmə onu da bildirir ki, “Zəmi” kft-yə ayrılmış 50,0 hektar torpaq sahəsinin naturada təsbit edilmiş dəqiqləşdirilmiş koordinatları hələ 2016-cı ildə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2 saylı Sumqayıt Layihə Tədqiqat İdarəsi tərəfindən hazırlanaraq müvafiq qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim olunmuşdur. Həmin İdarənin 22 fevral 2016-cı il tarixli, xx-xx/2016 saylı Arayışa “Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə(baxış) Aktı”, həmçinin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının da əks etdirildiyi rəqəmsal kadastr xəritəsindən çıxarış əlavə edilmişdir ki, həmin sənədlərdə “Zəmi” kft-yə ayrılmış 50,0 hektar torpaq sahəsinin naturada təsbit edilmiş koordinatlarının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“nın kadastr məlumat bazasında qeyd olunduğu kimi olduğu müəyyən edilmişdir. Bu fakt Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin **********66 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə də təsdiqlənir. Belə olan halda cavabdehin bu qəbildən gətirdiyi arqumenti əsassız olur. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı“nda göstərilmiş koordinatlar zaman etibarı ilə qüvvədə olmuş DTXK-si tərəfindən (“Pulkova-1942” koordinat sistemi ilə) müəyyən edilmişdir. Lakin məhkəməyə təqdim edilmiş sxemdə müəyyən edilmiş koordinatlar DƏDRX (“WGS-84” koordinat sistemi ilə) tərəfindən işləndiyindən torpaq sahəsinin yerləşdiyi yer üzrə uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, DƏDRX tərəfindən “WGS-84” koordinat sistemi ilə müəyyən edilmiş koordinatlarla 50 ha torpaq sahəsinin Sizyəzən rayonu Çarxan kəndi ərazisinə düşdüyü müəyyən olunur. Lakin iddiaçının faktiki istifadəsində olan və koordinatları DTXK tərəfindən “Pulkova-1942” koordinat sistemi işlənmiş 48.63 ha torpaq sahəsi hər hansı fiziki və hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşmür və Siyəzən rayonun Sədan kəndində yerləşir. Nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ləğv edilmiş X5 Komitəsinin hüquqi varisidir və koordinat sistemlərinin dəyişməsi səbəbindən torpaq sahələrinin yeri ilə bağlı uyğunsuzluğun əmələ gəlməsində torpaq sahələrinin sahiblərinin hər hansı bir təqsiri yoxdur. Nəzərə alınmalıdır ki, Siyəzən rayonun Sədan kəndi ilə Çarxan kəndinin ərazi vahidlərində hər hansı bir dəyişiklik olmayıb və ayrılan torpaq sahəsi Sədan kəndi ərazisində yerləşmiş “28 May” təsərrüfatı ərazisində yerləşmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının faktiki sahibliyində olan 48,63 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün gətirilən 2-ci arqument də əsassızdır. Cavabdeh təşkilatın gətirdiyi 3-cü arqumentə yəni, kadastr məlumat bazasına əsasən faktiki torpaq sahəsinin 1.37 ha hissəsi **********95 reyestr nömrəli torpaq sahəsi ilə üstüstə düşməsinə münasibətdə məhkəmə bildirir ki, iddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 1,37 ha hissəsindən imtina etmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsindən yalnız 48,63 ha hissəsinin qeydə alınması tələbi onun konstitusion hüquqlarının həyata keçirilməsindən irəli gəlir və iddiaçıya torpaq sahəsinin 50 ha dövlət qeydiyyatına alınmasına məcbur etmək onun konstitusion hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilə bilər. Belə olan halda cavabdehin gətirdiyi bütün arqumentlər əsassız olur. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli, 71 saylı sərəncamı ilə “Zəmi” X3 kənd təsərrüfatı məhsullarının istehsalı üçün Siyəzən rayonunun Sədan kəndi ərazisində ayrılmış və daimi istifadə hüququ ilə qeydiyyatdan keçmiş torpaq sahəsinin 48,63 ha hissəsi üzərində “Zəmi” KFT-nın daimi istifadə hüququnun (ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən) 25 aprel 1998-ci il tarixdə tərtib edilmiş, JN-173 kod 30503018 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”nda göstərilmiş torpağın konfiqurasiyasına uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-258/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-258/2023
24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver