Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2580/2025 18.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin müəyyən edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, 03 iyun 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının pozulmasına görə əlilliyin təyin olunmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Rəşad İsrafılov (bundan sonra iddiaçı) xx xxxxxx 1984-cu ildə Bakı şəhərində anadan olub. Abşeron rayonu Masazır qəsəbəsində yaşayır. (qoşma 1) İddiaçı 2006-cı ildən "leytenant" həqiqi hərbi xidmətə başlayıb. Xidməti dövründə dəfələrlə müxtəlif medallarla təltif edilib. 2022-ci ilə kimi “polkovnik-leytenant" hərbi rütbəsində ehtiyata buraxılıb. (qoşma 2) İddiaçı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış 11 Qarabağ savaşının döyüş əməliyyatlarında iştirak edib. Bu xidmətlərinə görə müxtəlif medallarla təltif edilmişdir. (qoşma 3) 19 oktyabr 2020-ci ildə döyüş tapşırığı yerinə yetirərkən yaralanmış, “barotravma; keçirilmiş qapalı kəllə beyin travması; sağ diz oynağının kor qəlpə yaralanması; sağ diz oynağında yad cism" xəsarətləri almışdır. (qoşma 4) Daha sonra 13 iyul 2022-ci ildə iddiaçıya partlayış travması, keçirilmiş qapalı kəllə beyin travması. baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntusu, postkommosion sindrom, vegetativ damar davamsızlığı olan nəticəsi, mülayim dərəcədə ifadə olunmuş uzunmuddətli posttravmatik stress pozuntusu, sağ tibial sinirinin posttravmatik neyropatiyası nəticəsində ətrafın funksiyasının mülayim dərəcədə pozulması, sağ diz oynağının oynaq boşluğuna nüfuz edən kor qəlpə yaralanmasına görə aparılmış artrotomiya. yad cismin xaric edilməsindən sonrakı bərkimiş dəri çapığı, sağ diz oynağının median meniskinin arxa buynuzunun nahiyyəsinin İİİ A dərəcəli yırtığı diaqnozu qoyulmuşdur, (qoşma 5) 19 iyun 2023-cü ildə iddiaçıya Həkim Psixiatr komissiyasının rəyi ilə üzvi affektiv pozuntu, tez-tez təkrarlanan depressiv epizodlar, koqnitiv funksiyanın enməsi . intihar fikirləri (F 06.3) diaqnozu qoyulmuşdur, (qoşma 6) Uzun müddətdir mütəmadi ambulator və stasionar müalicələr alır, (qoşma 7) Əvvəllər iddiaçı əlilliyinin qiymətləndirilməsi üçün müraciət etsə də ona bildirildi ki, əlavə müalicəyə ehtiyacı var. İddiaçı elmi tədqiqat bərpada müalicə aldı və ikinci dəfə cavabdehə müraciət etdi. 03 iyun 2024-cü ildə cavabdeh orqan iddiaçıya bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları“-na əsasən əlillik təyin edilmir. Başqa əsaslandırma gətirilməmişdir. Bu məktub iddiaçıya 17 sentyabr 2024-cü ildə verilmişdir. Əvvəla cavabdeh orqan iddiaçıya əlilik təyin etməkdən imtinasını kifayət qədər əsaslandırmamışdır. Bu səbəbdən də iddiaçıya ona əlillik təyin edilməsinə mane olan hallar barədə yetərincə məlumat ala bilməmişdir. Bu səbəbdən də iddiasım uyğun şəkildə əsaslandırmaqda çətinlik çəkir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”-nın 6.1.5-ci bəndində vegeto-damar mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası. 7.4-cü bəndində Əhval pozuntuları (affektiv pozuntular), 7.6.2 bəndində üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. 11.1.2.3 və 11.1.2.4-cü bəndində mülayim statodinamik pozuntularla nəticələnən əzələ toxumasının (miopatiya) və sinir sisteminin (neyropatiya) mülayim və təzahür edən patologiyaları olan xəstəliklərin orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddətləri əksini tapmışdır. Həmin Meyarların affektiv pozuntulara aşağıdakı qeyd verilmişdir: affektiv pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: -affektiv epizod dövründə (Hamilton Depressiya şkalası və Yanq Maniya şkalası vasitəsilə müəyyən edilir) affektiv epizodların ağırlıq dərəcəsi və psixotik simptomların olması (sayıqlama, hallüsinasiya. nizamsız davranış); - epizodların tezliyi (ildə 2 və daha çox sayda olması tez-tez təkrarlanan epizod hesab edilir); epizodların davametmə müddəti (3 aydan çox davam edən epizodlar davamlı. 2 ildən çox davam edənlər isə xroniki sayılır); - remissiyanın keyfiyyəti (tam. natamam, olmaması) və onun davametmə müddəti; - sosial təhlükəli davranışların tezliyi (ətrafdakılara qarşı aqresiv davranış və suisidal cəhdlər); - dəstəkləyici terapiya da daxil olmaqla, müalicə və reabilitasiya müdaxilələrinin effektliliyi: - sərbəst yaşayış, ailə və sosial əlaqələr və özünəqulluq qabiliyyətinin olması. X6 və davranış pozuntuları hissəsinə aşağıdakı qeyd verilmişdir: şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: -şəxsiyyətin koqnitiv. emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; - uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; -dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; -kompensasiya dövründə adaptasiya imkanları; - sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); -intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi. Göründüyü kimi cavabdeh iddiaçının əliliyini qiymətləndirərkən nə iddiaçıya qoyulmuş diaqnozların meyarlarda əksini tapmasını nəzərə alıb, nə də həmin xəstəliklərdən irəli gələn davamlı pozuntuların, funksiyaların təzahür dərəcələrinin kəmiyyətcə qiymətləndirilməsini aparıb. Bundan əlavə iddiaçı ömrünün çox hissəsini xəstəxanalarda keçirir, bu səbəbdən demək olar ki, həyat funksiyalarının müəyyən hissəsindən məhrum olmuşdur. Digər tərəfdən iddiaçı hesab edir ki, ona əlillik təyin edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları" na deyil, ona qədər qüvvədə olmuş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə" uyğun istinad edilməli idi. Belə ki, iddiaçı bu əlilliyi köhnə əsasnamə qüvvədə olduğu dövrdə döyüş əməliyyatlarında iştirak edərkən almışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd edir ki, Bakı şəhər sakini xx.xx.1984-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir (ESDAS:3-17-4/3-1- 20230/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 8713 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, postkommosion sindrom, vegetativ damar davamsızlığı olan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması, sağ tibial sinirinin posttravmatik neyropatiyası nəticəsində ətrafın funksiyasının mülayim dərəcədə pozulması. Partlayış travması (xx.xx.2020), sağ diz oynağının oynaq boşluğuna nüfuz edən kor qəlpə yaralanmasına görə aparılmış artrotomiya, yad cismin xaric edilməsi əməliyyatından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı. Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sağ diz oynağının median meniskinin arxa buynuzunun nahiyəsinin İİİ A dərəcəli yırtığı.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Baş beynin diffuz travması.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” müəyyənləşdirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 674 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi affektiv pozuntu, tez-tez təkrarlanan depressiv epizodlar, koqnitiv funksiyaların enməsi, intihar fikirləri ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11219/22 nömrəli Çıxarışında diaqnoz “Üzvi (baş-beynin kontuziyası) affektiv pozuntu. İfadə olunmuş postravmatik stress pozuntusu.” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı göz ağrısından, baş ağrısından, başgicəllənmədən, başında olan küydən, sağ diz oynağı nahiyəsində olan ağrıdan, sağ aşağı ətrafda olan ağrıdan, keyimədən, zəifləmədən, əsəbilikdən, yuxu pozğunluğundan şikayətlənmişdir.” kimi qeyd olunmuş, Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ aşağı ətrafından yaralandığını bildirmiş, keyimədən, gücsüzlükdən, hərəki məhdudluqdan şikayətlənmişdir. Sağ diz nahiyəsindən cərrahi əməliyyat keçirdiyini bildirmiş, təxminən 5-6 sm ölçüdə əməliyyat çapığı izlənmiş, hərəkətləri sərbəst olmuşdur. Ambulator, stasionar müalicəsi olmamış, təfəkkürü, mühakimə qabiliyyəti saxlanılmışdır. Sağ dizində ~5-6 sm ölçülü əməliyyat çapığı izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Nevroloji müayinə zamanı heç bir sinir patologiyası izlənilməmiş, əzələlərdə heç bir atrofiya müşahidə edilməmişdir. Zədənin lokalizaiyası Tibial sinirin proyeksiyasına uyğun olmamışdır. Psixi statusu: Qavraması yüksək, təfəkkürü ardıcıl, məntiqi olmuşdur. Koqnitiv fəaliyyəti olduqca yüksək, intellektual-mnestik funksiyaları yaşına, təhsilinə uyğun müşahidə edilmişdir. Mühakimə və analiz qabiliyyətinin yüksək və adaptivliyi aşkar nəzərə çarpmışdır. Psixi sağlamlığı ilə bağlı yeganə müalicə 2022-ci ildə şəhadətləndirmə (dəyişdirilmə) və Psixi rəy alma dövründə olmuşdur. Öncəki əyani müayinədə müalicənin davam etdirilməsi ilə bağlı qərar verilsə də, həmin dövrdən bu günə qədər heç bir stasionar, ambulator müalicə sənədləri təqdim edilməmişdir. Heç bir patoloji affekt halı izlənilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: N №li hərbi hissə tərəfindən verilmiş travma haqqında arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün uğurunda gedən döyüşlərdə “barotravma, keçirilmiş qapalı kəllə beyin travması, sağ diz oynağının kor qəlpə yaralanması, sağ diz oynağında yad cisim xəsarətləri almışdır. Xəsarət döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. 13 iyul 2022-ci il tarixli 8713 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı partlayış travması , keçirilmiş qapalı kəllə beyin travması, baş silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, postkommosion sindrom, vegetativ damar davamsızlığı olan nəticəsi, mülkiayim dərəcədə ifadə olunmuş unzunmüddətli posttravmatik stress pozuntusu, partlayış travması, sağ tibial sinirinin postravmatik neyropatiyası nəticəsində funksiyasının mülayim dərəcədə pozulması, partlayış travması, sağ diz oynağının oynaq boşluğuna nüfuz edən kor qəlpə yaralanmasına görə aparılmış artrotomiya, yad cismin xaric edilməsi əməliyyatından sonrakı bərkimiş dəri çapığı, keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, sağ diz oynağının median meniskinin arxa buynuzunun nahiyyəsinin İİİ A dərəcəli yırtığı.—hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiə Zamanı alınmışdır. Qalxanvari vəzinin kistası eutireoid forma---xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin 19 iyun 2023-cü il tarixli 674 saylı məktubu ilə təqdim edilmiş 14 iyun 2023-cü il tarixli 1089 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı həkim psixiatriya komissiyası tərəfindən müayinə edilmişdir: üzvi affektiv pozuntu, tez-tez təkrarlanan depressiv epizodlar, koqnitiv funksiyaların enməsi, intihar fikirləri ilə F06.3 Tibbi Sosial Ekspert Komissiyasının 03 iyun 2024-cü il tarixli xxxxxxx0002 saylı qərarı ilə iddiaçıya diqnoz əlillik əlaməti təyin etmir əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. 09 aprel 2024-cü il tarixli forma 88 arayışında TSEK-ə göndəriş zamanı İddiaçı aşağıdakı xəstəliklər aşkar edilmişdir: XBT 10 Diaqnoz Xəstəliyin adı kodu Əsas diaqnoz Y36 Hərbi əməliyyatlar, Partlayış travması Ağırlaşma F07.2 Postkontuzion sindrom, Postkontıızion sindrom Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ diz oynağının kontrakturası Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə-beyin travması.Baş-beyin silkələnməsindən sonraki vəziyyət Ağırlaşma G83.1 Aşağı ətrafların monoplegiyası, Sağ əşağı ətrafın dərin monoparezi əzələ gücü 2 bal Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yeriş və hərəkətin pozulması Ağırlaşma T93.4 Aşağı ətrafın sinirinin travmasının nəticələri, Sağtərəfli N. Tibialis posttravmatik neyropatiyası Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ aşağı ətrafın hipotrofiyası Ağırlaşma R52.2 Digər daimi ağrı, Daimi ağrı sindromu Yanaşı xəstəliklər Z98.8 Digər dəqiqləşdirilmiş cərrahı müdaxilədən sonrakı vəziyyətlər, Sağ diz oynağının kor qəlpənin çıxarılması əməliyyatından sonraki vəziyyət Yanaşı xəstəliklər S83.4 Diz oynağının yan bağının (daxili) (xarici) gərilməsi və cırılması, Diz oynağının yan bağının cırılması Yanaşı xəstəliklər M23.3 Meniskin digər zədələnmələri, Menisk yırtığı Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 24 yanvar 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixində Y36 (Partlayış travması), T90.5 (Keçirilmiş qapalı kəlləbeyin travmasının qalıqları), T93.4 (Sağ tərəfli n.Tibialisin postravmatik neyropatiyası), G83.1 (Sağ aşağı ətrafın monoparezi) diaqnozları ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasında həkimnevropatoloqa müraciət edərək, tibbi rəy üçün Respublika Klinik Xəstəxanasına göndərilmişdir. xx.xx.2023-cü il tarixində vətəndaşın Forma 088 sənədləri sistemə işlənmiş, lakin müalicə davam edilsin cavabı gəlmişdir. R.X5 X7 stasionar müalicə almışdır. Vətəndaşın Forma 088 sənədləri yenidən xx.xx.2024-cü il tarixində sistemə işlənmiş və xx.xx.2024- cü il tarixində imtina cavabı gəlmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin T307/2025 saylı 07 mart 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli M00118441FUF saylı Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas daiqnoz: Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə töranmiş zədələnmələr. Hərbi partlayış travması; Ağırlaşmalar: T90.5-Kəllədaxili travmalarm nəticələri. Keçirilmiş kəllə beyin travması baş beyin sirkələnməsindən sonrakı vəziyyət; M24.5-Oynaqların kontrakturası. Sağ diz oynağının kontrakturası; G83.1-Aşağı ətrafların monoplegiyası. Sağ aşağı ətrafın dərin monoparezi; Z98.8-Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sağ diz oynağının kor qəlpənin çıxarılması əməliyyatından sonrakı vəziyyət. R26.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yerişin pozulması; F07.2- Postkontuzion sindrom; Yanaşı xəstəlikləır: Əhvalın üzvi mənşəli affektiv pozuntu, tez-tez təkrarlanan depressiv epizodlar, koqnitiv funksiyaların enməsi, intihar fikirləri ilə” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı qoyulmuşdur. 2.Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. 3.Vətəndaş R.R.İsrafılovun adına Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli M00118441FUF saylı Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş diaqnozda olan xəstəliklər, suallardakı xəstəliklərlə eynilik təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 2652 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı F07.2 postkontuzion sindrom (aşağıda qeyd edilən uyğun mövcud ağırlaşmalara istinad edilməklə) 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar. bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psıxotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq): təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (travma mənşəli) affektiv pozuntu, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla (F06.3)” aşkar olunur. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ona əlilliyin müəyyən edilməsini istəyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin T307/2025 saylı 07 mart 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli M00118441FUF saylı Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas daiqnoz: Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə töranmiş zədələnmələr. Hərbi partlayış travması; Ağırlaşmalar: T90.5-Kəllədaxili travmalarm nəticələri. Keçirilmiş kəllə beyin travması baş beyin sirkələnməsindən sonrakı vəziyyət; M24.5-Oynaqların kontrakturası. Sağ diz oynağının kontrakturası; G83.1-Aşağı ətrafların monoplegiyası. Sağ aşağı ətrafın dərin monoparezi; Z98.8-Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sağ diz oynağının kor qəlpənin çıxarılması əməliyyatından sonrakı vəziyyət. R26.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yerişin pozulması; F07.2- Postkontuzion sindrom; Yanaşı xəstəlikləır: Əhvalın üzvi mənşəli affektiv pozuntu, tez-tez təkrarlanan depressiv epizodlar, koqnitiv funksiyaların enməsi, intihar fikirləri ilə” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 2652 saylı ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (travma mənşəli) affektiv pozuntu, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla (F06.3)” aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının XBT 10 kodu T90.5 6.1.4 bəndinə əsasən psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə, XBT 10 kodu F07.2 postkontuzion sindrom 7.6.2.1. bəndinə əsasən əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) orqanizmin funksiyalarının 35-60 faiz pozulması 2 il müddətinə əlilliyin təyini üçün əsas müəyyən edilmişdir. 13 iyul 2022-ci il tarixli 8713 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı barəsində “partlayış travması , keçirilmiş qapalı kəllə beyin travması, baş silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, postkommosion sindrom, vegetativ damar davamsızlığı olan nəticəsi, mülkiayim dərəcədə ifadə olunmuş unzunmüddətli posttravmatik stress pozuntusu, partlayış travması, sağ tibial sinirinin postravmatik neyropatiyası nəticəsində funksiyasının mülayim dərəcədə pozulması, partlayış travması, sağ diz oynağının oynaq boşluğuna nüfuz edən kor qəlpə yaralanmasına görə aparılmış artrotomiya, yad cismin xaric edilməsi əməliyyatından sonrakı bərkimiş dəri çapığı, keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, sağ diz oynağının median meniskinin arxa buynuzunun nahiyyəsinin İİİ A dərəcəli yırtığı” diaqnozu hərbi travma olaraq Azərbaycan Respublikasının müdafiə zamanı alınması qeyd edilmişdir. Bu halda iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə əlillik müəyyən edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən təyin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı imtina haqqında sonuncu qərarın qəbul edildiyi 03 iyun 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2580/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2580/2025
18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver