Məhkəmə qərarları › İş №2-1(118)-2590/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2590/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2590/2022 21.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “0.14 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınmasına dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “0.14 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınmasına dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 29 iyun 2022-ci il tarixli, 2-(112)-8908/2022 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardadında qeyd edilmişdir ki, “Hazırkı mübahisə daşınmaz əmlakla bağlı olduğundan inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********44 nömrəli məktubdan görünür ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən Abşeron rayonu ərazi hüdudları daxilində yerləşir.” Bakı İnzibati Məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı olduğundan inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin daşınmaz əmlakın Abşeron rayonu ərazi hüdudları daxilində yerləşməsi əsası ilə işi aidiyyəti üzrə göndərməsi əsaslı olmamışdır. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR publik hüquqi şəxsinə ünvanladığı xx.xx.2022-ci il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi Abşeron rayonunun istifadəsində olmaqla faktiki olaraq Bakı Şəhəri inzibati ərazisinə aiddir. Məhkəmə təcrübəsindən də müəyyən olunduğu kimi Bakı şəhəri ərazisində Abşeron rayonunun idarəçiliyində olan torpaq sahələri yerləşir, həmin ərazilər Abşeron rayonunun inzibati ərazisi sayılmır. Abşeron rayonun idarəçiliyində olan və Bakı şəhərinin rayonlarının inzibati ərazisində yerləşən torpaq sahələri üzərində Abşeron İcra Hakimiyyətinin sərəncam vermək hüququ olsa da, həmin ərazilərdə dövlət xidmətləri Abşeron İcra Hakimiyyətinə yox torpağın yerəşdiyi rayonun müvafiq qurumlarına aid edilir. Müvafiq reyestr xidmətləri bəzi hallarda Bakı şəhərinin ərazisində yerləşən torpaq sahələrinin Abşeron rayonunun inzibati ərazisində yerləşməsi ilə bağlı məktublar versə də, məhkəmə təcrübəsindən müəyyən edilmişdir ki, Abşeron rayonu keçmiş Quşçuluq sovxozuna aid torpaq sahələri Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olmaqla Bakı Şəhəri inzibati ərazisində yerləşir. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi Abşeron rayonunun idarəçiliyində olan torpaqlarda yerləşsə belə, inzibati ərazi baxımından Bakı şəhərinin ərazi hüdudlarında yerləşdiyi üçün yenə də mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Çünki bunu Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsi şərtləndirir.Həmin normaya əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iş üzrə əmlakın və ərazinin aid olduğu yerin məhkəməsi isə Bakı İnzibati Məhkəməsidir. Məhkəmə hesab edir ki, qanun bu normasının qeyd edilən əsaslarla müəyyən olunmasında qanunvericinin iradəsi, sübutların əldə edilməsi və yerində müayinə edilmə imkanları baxımından operativlik və məqsədəmüvafiqlik tələblərinə uyğunluğun əsas alınmasına yönəlmə kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3 maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş aidiyyətin müəyyən olunması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunan xüsusatlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci, 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “0.14 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınmasına dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2- 1(118)-2590/2022 nömrəli inzibati iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar