Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2590/2024 16.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçı oğlunun cavabdeh Aəzrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Kirov rayonu ZDS İK-nin (indiki Binəqədi RİH-nin) xx.xx.1956-cı il tarixli, 74 saylı protokolu üzrə Xırdalan qəsəbəsi, 4-cü Xırdalan (indiki Xırdalan şəhəri N,Nərimanov küçəsi, 3 saylı ev) sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılmış 400 kv.m torpaq sahəsi üzərində və 400 kv.m torpaq sahəsində tikilmiş fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, həmin daşınmaz əmlaklara dair "çıxarış"ların ona verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi idarəsi üzərinə qoyulması”na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş mərhum atası X3 Kirov rayonu ZDS İK-nin, indiki Binəqədi RİH-nin xx.xx.1956-cı il tarixli, 74 saylı protokolü üzrə Xırdalan qəsəbəsi 4-cü Xırdalan sahsində fərdi yaşayış evi tikmək məqsədi ilə 400 kv.m torpaq sahəsi ayrılımışdır. X2 həyat yoldaşı X4 həyat yoldaşına 1956-cı ildə ayrılmış Xırdalan şəhərindəki torpaq sahəsindəki fərdi yaşayış evinin istismara qəbul edilməsi barədə yazılı müraciətinə Abşeron Rayon icra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 2045 saylı Sərəncamı ilə və icra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin 1672-A saylı, xx.xx.2010-cu il tarixli rəyi nəzərə alınaraq Xırdalan şəhəri ərazisində istifadəsində olan 0,04 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin istismara qəbul edilməsi qərara alınmışdır. X1 və atası X2 vəfatından sonra bu günə kimi həmin əmlakı idarə etməklə orada yaşayırlar. Belə ki, Kirov rayonu ZDS İK-nin, (indiki Binəqədi RİH-nin) xx.xx.1956-cı il tarixli, 74 saylı protokolü üzrə Xırdalan qəsəbəsi 4-cü Xırdalan sahsində fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılmış 400 kv.m torpaq sahəsinin yerləşdiyi inzibati ərazi hazırda Xırdalan şəhəri N.Nərimanov küçəsi ev 3 saylı kimi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə qeydiyyatdan keçir. Valideynlərindən miras qalmış əmlakın vərəsə kimi ilkin hüquqi qeydiyyatdan keçirmək məqsədi ilə Abşeron rayon 2 saylı Notariat ofisinə müraciət etmişdir. Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 205 saylı məktubuna əsasən Xırdalan şəhəri ərazisində yerləşən ümumi sahəsi 400 kv.m olan torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışı Abşeron rayon 2 saylı notariat ofisinə göndərməyi Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsindən xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfində həmin torpaq sahəsinə baxış keçirilmiş və xx.xx.2023-cü il tarixli 3213-32/2-Ə-0313-8/23 saylı müraciətə baxılması barədə məktubda göstərilir ki, "aparılmış araşdırma zamanı keçmiş Kirov rayonu ZDS İK-nin, (indiki Binəqədi RİH-nin) arxiv fondu üzrə xx.xx.1956-cı il tarixli 74 saylı protokol ilə ayrılmış torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı hazırki ərizəyə əlavə olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən də ərizənin icrasından imtina edilir". Qeyd edilən imtina məktub rəsmi olaraq təqdim edilmədiyindən, bu məktubu xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatdan reyestr kitabına imza etməklə rəsmi olaraq götürmüşdürlər. Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi idarəsinin əməkdaşları tərəfində həmin torpaq sahəsinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli 3213-32/2-Ə- 0313-8/23 saylı müraciətidə göstərilən yəni torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı hazırki ərizəyə əlavə olunmadığı müəyyən edilməsi halı tam qanunsuz və əsassızdır. Ona görə ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən torpaq sahələri ayrılarkən ayrılmış torpaq sahələri barədə baş plan verilmirdi. Əgər belə bir plan olmuş olsaydı yəqin ki, Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub üzrə protokoldan çıxarışa əlavə edərdi. İddiaçı sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət edilmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş, xx.xx.2024-cü il tarixdə daxil olmuş teleqrama əsasən mümkünlük iclasının iştirakı olmadan baxılıb icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı Kirov rayonu ZDS İK-nin xx.xx.1956-cı il tarixli, 74 saylı protokolu üzrə Xırdalan qəsəbəsi, 4-cü Xırdalan (indiki Xırdalan şəhəri N,Nərimanov küçəsi, 3 saylı ev) sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılmış 400 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi üzərində özünün mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. İşin hallarından görünür ki, 15 avqust 2007-ci il tarixdə vəfat etmiş X2 adına vərəsəlik işi açılmışdır. Lakin iddiaçı qanunvericiliyin tələbinə uyğun olmadan həmin əmlak üzərində özünün mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istəyir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Belə ki, Qanun belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Bu halda iddiaçı “hüququn ölmüş şəxsə mənsub olması barəsində arayışın verilməsi” tələbini irəli sürə bilərdi. Eyni zamanda iddiaçı həm torpaq sahəsi ilə bağlı hüquqların, həmdə yaşayış evi üzərində hüquqların qeydiyyatını məhkəmədən xahiş edir, lakin iş materiallarından görsənir ki, inzibati orqanın imtinası ancaq torpaq sahəsi ilə bağlıdır. İddiaçıya izah edilsin ki, inzibati məhkəmə icraatı qaydasında baxılan iddialardan öhdəliyin icrası ilə bağlı iddialarda məhkəmədən xahiş edilən tələb ilkin olaraq inzibati orqandan tələb edilməlidir. Eyni zamanda həmin iddialara iddia müddəti şamil edilmir. Hazırkı tələbdə öhdəliyin icrası iddialarına şamil edilir. İddiaçıya əlavə olaraq izah edilsin ki, o, iddia tələbinin torpaq sahəsi hissəsində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə uyğunlaşdırmaqla hüququn ölmüş şəxsə mənsub olması barəsində arayışın verilməsinə dair yenidən məhkəmədə iddia qaldıra bilər. Yaşayış evi ilə bağlı isə inzibati orqana müraciət etməsi tövsiyyə olunur. Hər iki tələbə bir iddiada baxılmasını istəyirsə, yaşayış evi ilə bağlı inzibati orqanın imtinası və ya hərəkətsizliyi olarsa, ondan sonra həm torpaq sahəsi, həm də yaşayış evi ilə bağlı tələblər irəli sürə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2590/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2590/2024
16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver