Məhkəmə qərarları › İş №2-1(118)-26/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-26/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-26/2021 02.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X13 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Xaçmaz rayonu Həsənqala kəndində yaşayan) iştirakı ilə, İddiaçı oğlunun cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0.14 ha torpaq sahəsinin 1990-cı ildən istifadəsində olan 0.14 ha torpaq sahəsi ilə birlikdə və həmin 0.18 ha torpaq sahəsi üzərində tikilmiş birmərtəbəli, 3 otaq və dəhlizdən ibarət yaşayış evinin dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, JN-098 A kod 30213078 saylı mülkiyyət hüququna dair şəhadətnaməsini təsdiq edən faktını koordinatlara əsasən qeydiyyata alınması və yaşayış evinin öz faktiki yerində və faktiki ölçülərə əsasən qeydiyyata alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0.14 ha torpaq sahəsinin 1990-cı ildən istifadəsində olan 0.04 ha torpaq sahəsi ilə birlikdə və həmin 0.18 ha torpaq sahəsi üzərində tikilmiş birmərtəbəli, 3 otaq və dəhlizdən ibarət yaşayış evinin dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çəxarılmasını xahiş etmişdir. İstinad olunan Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə göstərilən iddiaçının ailə üzvləri X3, X20, X12 və X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan” sovxozununun 05.08.1990-cı il tarixli 71 saylı əmrinə və tərtib edilmiş akta əsasən yaşayış evi tikmək məqsədi ilə 0.10 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.11.1998-ci il tarixli 12 saylı qərarı ilə iddiaçıya əvvəlki torpaq sahəsi ilə bitişik yerləşən 0.14 ha torpaq sahəsi ayrılmış və torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsini iddiaçı yararlı vəziyyətə salmışdır. İddiaçıya ayrılmış torpaq sahəsi ata mülkü ilə həmsərhədddir. Atası 2003-cü ilə vəfat etdikdə sonra qardaşı Əlisəfa Qurbanov özünə məxsus evi və torpaq sahəsini sataraq və iddiaçının əkdiyi 12 ədəd ağacları çıxararaq qanunsuz ev tkimiş və bununla iddiaçının gediş-gəliş yolunu bağlamışdır. Bununla bağlı onun oğlu X2 rayon Məhkəməsində X7 qarşı iddia qaldıraraq torpaq sahəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi və qanunsuz tikilinin sökülməsinə dair iddia qaldırmış, həmin Məhkəmənin 30.04.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Belə ki, qətnaməyə görə cavabdehin inşa etdiyi yaşayış evi iddiaçıya məxsus torpaq sahəsində yerləşmir və torpaq sahəsinin zəbt edilməsi faktı mövcud deyildir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək şəhadətnaməyə əsasən ona məxsus 0.14 ha və 1990-cı ildən istifadəsində olan 0.04 ha, cəmi 0.08 ha torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydə alınması və ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh ona imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üşüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı müayinə aparılmasına şərait yaratmadığına və torpaq sahəsinin mübahisəli olduğuna görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş materiallarında olan : - JN-098A KOD 30213079 seriyalı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədən görünür ki,Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 0.14 hektar torpaq sahəsi verilmişdir. - Xaçmaz rayon Məhkəməsinin 2(067)-47/2019 saylı 30.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 caabdeh X9 qarşı torpaq sahəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi və tiklinin sökülməsi barədə iddiası təmin edilməmişdir. Həmin qətnamənin əsaslandırığı hissəsində müəyyən edilmişdir ki, İddiaçı və ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 0.14 ha torpaq sahəsinin hər hansı bir hissəsinin cavabdeh X15 tərəfindən yaşayış evi v ya başqa tikilinin inşa edilmədiyi müəyyən edilmişdir. - “Azərbaycan” Sovxozunun 08.05.1990-cı il tarixli 71 nömrəli əmrindən görünür ki, Xaçmaz rayon X23 28.10.1988-ci il 387 nömrəli məktubuna əsasən artırılmış torpaq fondu hesabına adları çəkilən şəxslərə, o cümələdən X19 0.10 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. - “Azərbaycan“ sovxozu tərəfindən tərtib edilmiş 11.05.1990-cı il tarixli aktdan görünür ki, sovxozun 08.05.1990-cı il tarixli 71 nömrəli əmrinə əsasən 0.10 ha torpaq sahəsi İddiaçı təhvil verilmişdir. -Xaçmaz rayon Qusarçay kənd XDS İcraiyyə Komitəsinin 02 nömrəli 14 dekabr 1990-c il tarixli protokolundan çıxarışdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28.10.1988-ci il tarixli 387 nömrəli qərarı ilə artılrılmış həyətyanı torpaq fondu hesabına İddiaçı 0.10 sot torpaq sahəsinin ayırlması və təhkim edilmiş torpaq sahəsində fərdi yaşayış mənzilinin tikintisinin Xaçmaz RİK-nin Tkinti və Memarlıq şöbəsinin eynitipli layihəsi əsasında başlanması qərara alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.05.2018-ci il tarixli rəyindən görünür ki, Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 5 saylı Xaçmaz LTİ-nin rəisi A.İbadov tərəfindən imzalanmış 11.05.2018-ci il tarixli **********01 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, JN-098A seriyalı 30213078 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.11.1998-ci il tarixli 12 nömrəli qərarı ilə İddiaçı, X1, X8, X4 və X10 paylı mülkiyyətinə verilmiş, Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 0.14 ha torpaq sahəsinin hər hansı bir hissəsindən cavabdeh X15 tərəfindən istifadə edilmir. İddiaçı, lurbanova Milvari Bayraməli qızının, X8, X4 və X10 paylı mülkiyyətinə verilmiş, Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 0.14 ha torpaq sahəsində cavabdeh X16 yaşayış evi və ya başqa tikili inşa etməmişdir. Cavabdeh X5 inşa etdiyi yaşayış evinin 28.0 kv m hissəsi atası X11 məxsus JN-086A kod 30213078 olan şəhadətnamənin yerləşdiyi torpaq sahəsinin cizgiləri daxilində, 104 kv m hissəsi isə bələdiyyə mülkiyyətinə məxsus (0.0524 ha) torpaq sahəsinin cizgiləri daxilində inşa edilmişdir. -06.03.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş 24.10.2018-ci il tarixli rəyə əsasən, JN 098A seriyalı 30213078 kodlu "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Xaçmaz rayon Aqrar islahat Komissiyasının 27.11.1998-ci il tarixli 12 nömrəli qərarı ilə İddiaçı və qeyrilərinin paylı mülkiyyətinə verilmişXaçamz rayonun Həsənqala kəndi ərazisində yerləşən 0.14 ha torpaq sahəsinin hər hansı hissəsinin cababdeh X15 tərəfindən istifadə edilmədiyi müəyyən edilir. Həmin torpaq sahəsində cavabdeh X15 tərəfindən yaşayış evi və ya başqa tikili inşa edilmədiyi müəyyən edilir. Cavabdeh X5 inşa etdiyi yaşayış evinin 28 kv m hissəsinin atası X11 JN-086A saylı 30213078 kodlu şəhadətnamə ilə verilən torpaq sahəsinin cizgiləri daxilində, 100.4 kv.m hissəsi isə bələdiyyə mülkiyyətinə məxsus (0.0524 ha) torpaq sahəsinin cizgiləri daxilində inşa edildiyi müəyyən edilir. -Xaçmaz rayon Məhkəməsinin 2(067)-447 saylı 01 aprel 2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və cavabdeh X6 iştirakı ilə İddiaçı cavabdeh X7 qarşı cavabdeh X16 tərəfindən tikilmiş özbaşına tikilinin onun hesabına sökülməsi, zəbt edilmiş 0,02 ha torpaq sahəsinin boşaldılaraq mülkiyyətinə qaytarılması, habelə cavabdehin evinin qarşısına atdığı zibillərin və digər predmetlərin onun hesabına təmizlənməsi, əvvəllər mövcud olmuş su arxının cavabdehin hesabına bərpa edilməsi barədə iddiası qismən təmin edilərək, X16 tərəfindən İddiaçı evinin qarşısına atılmış zibil və digər predmetlərin təmizlənməsi qət edilmişdir. İş üzrə təyin edilmiş ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18.12.2020-ci il tarixli mütəxəssis rəyindən və keçirilmiş məhkəmətexniki-tikinti ekspertizasının 01.04.2021-ci il tarixlli 10/1141 saylı ekspert rəyindən görünür ki, Vahid elektron baza məlumatalarında olan xəritə materiallarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-098A kod 30213078 saylı Şəhadətnaməyə əsasən 0.14 ha torpaq sahəsi naturada mövcuddur. Lakin mülki ış materiallarına əlavə olunmuş sənədlərdə "Azərbaycan’' toxumçuluq sovxozunun 71 saylı 08.05.1990-cı il tarixli əmri ilə ayrılmış 0.10 ha torpaq sahəsinə aid hec bir sxem və koordinatlar olmadığından həmin torpaq sahəsini naturada müəyyən edilməsi mümkün deyildir. Vahid elektron baza məlumatalarında olan xəritə materiallarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-098A kod 30213078 saylı Şəhadətnaməyə əsasən 0.14 ha torpaq sahəsi onun faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür (sxem tərtib edilib). Lakin mülki iş materiallarına əlavə olunmuş sənədlərdə “Azərbaycan" toxumçuluq sovxozunun 71 saylı 08.05.1990-cı il tarixli əmri ilə ayrılmış 0.10 ha torpaq sahəsinə aid hec bir sxem və koordinatlar olmadığından həmin torpaq sahəsinin iddiaçının faktiki isitifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün deyildir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını xahiş etmiş, lakin cavabdeh orqan 29.11.2018-ci il tarixli məktubla daşınmaz əmlak üzərində mübahisə mövcud olduğundan və müayinə işlərinin aparılmasından iddiaçının imtina etməsi səbəbindən onun müraciətindən imtina etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 25.06.1999-cu il tarixli 695-İQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina halları göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf məhkəmə araşdırması zamanı mübahisə obyekti olan 0.04 ha torpaq sahəsi üzərində hüquqların yaranması üçün əsas hesab edilə biləcək hər hansı hüquqmüəyyənedici sənədi təqdim edə bilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina cavabında göstərdiyi dəlil, yəni torpaq sahəsinin mübahisəli olması və ya iddiaçının müayinə aparmasına şərait yaratmaması öz təsdiqini tapmadı və hər halda hüquqların qeydə alınması üçün əsas deyildir. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçıya və ailə üzvlərinə ayrılmış 0.14 ha torpaq sahəsi üzərində başqa şəxsə məxsus olan evin olmaması və ya torpağın başqa şəxslərin zəbtində olmadığı müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, JN-098A saylı kod 30213078 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. JN-098A saylı kod 30213078 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş birmərtəbəli, 3 otaq və dəhlizdən ibarət yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar