Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-26/2022 16.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 31 may 2020-ci il tarixli **********720900 saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 31 may 2020-ci il tarixli **********720900 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin sentyabr-noyabr aylarında iddiaçı idxal etdiyi malların alqı-satqısının sənədləşdirilməsini həyata keçirə bilmədiyi üçün aktlar əsasında rəsmiləşdirmişdir. Belə ki, vergi orqanı tərəfindən depozit hesabı bloklaşdırılmış və nəticədə alıcılar tərəfindən alınan malların dəyərinin ödənilməsi mümkün olmamışdır. Vergi orqanı tərəfindən aparılan opertativ-nəzarət tədbirləri zamanı həmin mallar aşkarlanmamışdır. 2019-cu ilin oktyabr ayında və dekabr ayının sonunda Vergilər Nazirliyi tərəfindən ƏDV depozit hesabının bloklaşdırılmasının aradan götürülməsindən sonra, təqdim olunan malların sənədləşdirilməsi 2020-ci ilin fevral ayına kimi hissə-hissə həyata keçirilmişdir və alıcılar tərəfindən mallar üçün ödənişlər hesaba daxil olmuşdur. Vergi orqan bu halları nəzərə almadan iddiaçıya külli miqdarda vergi borcu hesablamışdır. Bundan başqa cavabdeh malın dəyərini, yəni alınması üçün sərf olunan vəsaiti və digər xərcləri nəzərə almadan mənfəət vergisini hesablamışdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya 497644.54 manat əlavə vergi borcu hesablamışdır. Hazırda iddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin 2019-cu il üçün vermiş olduğu mənfəət vergisi bəyannaməsinə əsasən hesablanmış borcun vergi orqanı tərəfindən silindiyini, qeyd olunanların MMC-nin şəxsi hesab vərəqəsində öz əksini tapdığını bildirmiş və Azərbaycan Respublikası İPM-nin 67ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələbi ona əlavə vergi borcunun hesablanması ilə bağlı cavabdeh vergi orqanının 31 may 2020-ci ikl tarixli **********720900 saylı qərarının ləğv edilməsindən ibarət olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisə məhkəmədən kənar qaydada nizama salınmışdır və həmin vergi borcu azaldılmışdır. İddiaçı mübahisənin bu cür nizama salınması ilə razılaşaraq mübahisənin həll edilmiş sayılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə öz həllini tapdığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 31 may 2020ci il tarixli **********720900 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-26/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-26/2022
16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver