Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-26/2025 30.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X6 adına verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X6 adına verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda 600 m2 torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə onun atası X2 adına qeydiyyata alınmışdır. Qusar Rayon Məhkəməsinin icraatında qardaşı X3 ona və qeyrilərinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki iş olmuş və məhkəmənin 16 may 2014-cü il tarixli 2(029)-375/2014 saylı qətnaməsi ilə iddia təmin edilərək X3 01 iyun 2003-cü il tarixdə vəfat etmiş X1 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmış, 01 iyun 2003-cü il tarixdə vəfat etmiş X4 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair X3 vərəsəlik hüququ tanınmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra o mərhum atası Səbri Babayevin qanun üzrə birinci dərəcəli vərəsəsi olduğundan vərəsə kimi özünə çatası payını tələb etmiş, bu məqsədlə Qusar rayon məhkəməsinə müraciət etmiş və onun da mərhum atasının mirasına dair vərəsəlik hüququ tanınmışdır. Bu barədə Qusar rayon məhkəməsi tərəfindən 17 fevral 2017-ci il tarixli 2(029)-240/2017 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Qusar rayon Notariat Kontoruna göndərilmişdir. Lakin, Qusar rayon Notariat Kontoru tərəfindən ona həmin şəhadətnamənin verilməsi mümkün olmamışdır. Buna səbəb o olmuşdur ki, artıq əvvəlcə qardaşı Abdulməcid Babayevin, daha sonra onun oğlu Faiq Babayevin adına həmin mirasa dair çıxarış verilmişdir. Həmin çıxarış birbaşa qətnamə əsasında verilmişdir. Ona görə də, iddiaçı Qusar rayon məhkəməsində Abdulməcid Babayevin adına verilmiş çıxarışın, o cümlədən Faiq Babayevin adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsini xahiş etmiş və Qusar Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(029)-292/2018 saylı qətnaməsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Qusar rayon Notariat Kontoru tərəfindən X5 adına verilmiş xx.xx.2016-cı il tarixli 2V-551 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir.Həmin qətnamə qanuni qüvvəyə minmişdir.Budan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Faiq Babayevin adına xx.xx.2016-cı il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməlidir. Daha sonra isə X6 adına xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Halbuki, həmin çıxarışların verilməsinə əsas olan sənədlər etibarsız hesab olunmuşdur. Ona görə də, hesab edir ki, Çimnaz Babayevanın adına verilmiş həmin çıxarış ləğv edilməlidir.Həmin çıxaışm ləğv edilməsi barədə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarə tərəfindən xx.xx.20222-ci il tarixli məktub verilərək çıxarışın yalnız məhkəmə qərarı ilə ləğv edilməsinin mümkün olduğu bildirilmişdir.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan ərizə təqdim edərək bildirmişdir ki, Qusar şəhəri, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair vətəndaş X6 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli ərizəyə 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən baxılmışdır. “müraciətə xx.xx.2022-ci il tarixli **********04 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş nüquqlarm dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır.Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar şəhəri, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair X6 adına verilmiş çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür”. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən üçüncü şəxs X6 nümayəndəsi X7 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə lazimi qaydada iddiaçı, cavabdeh və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında çox saylı məhkəmə mübahisələri olmuş və Qusar Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(029)-292/2018 saylı qətnaməsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş seriya RX ******* saylı xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Qusar rayon Notariat Kontoru tərəfindən X5 adına verilmiş xx.xx.2016-cı il tarixli 2V-551 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)-1956/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(029)-292/2018 saylı qətnaməsinin qismən, iddia tələbinin təmin edilən hissəsində-Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və Qusar rayon Notariat Kontoru tərəfindən X5 adına verilmiş xx.xx.2016-cı il tarixli, 2V-551 reyestr nömrəli qanun üzrə vəsərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2027/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)-1956/2023 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı məhkəməyə xx.xx.2024-cü ildə ərizə ilə müraciət edərək, mübahisə ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etdiyini və bu səbəbdən işin icraatının dayandırılmasını xahiş etmişdir. Lakin, aradan uzun müddət keçsə də, iddiaçı tərəfindən mübahisənin Konstitusiya icraatı ilə bağlı hər hansı məhkəmə aktını Sumqayıt İnzibati Məhkəməsinə təqdim etməmişdir. Göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(105)-1956/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən X3 adına verilmiş seriya RX ******* saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və Qusar rayon Notariat Kontoru tərəfindən X5 adına verilmiş xx.xx.2016-cı il tarixli, 2V-551 reyestr nömrəli qanun üzrə vəsərəsəlik hüququ haqqında şəhadətnamə qüvvədə qalmışdır. Daha sonra mübahisəli daşınmaz əmlak vərəsəlik qaydasında X5 adına rəsmiləşdirilmiş və xx.xx.2018-ci ildə bağışlanma müqaviləsi əsasında X8 bağışlanmışdır. Hal-hazırda mübahisəli daşınmaz əmlaka sonuncunun adına xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçının hazırkı iddia tələbi mülki mühakimə icraatı qaydasında baxılmalı olduğundan iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan plenum qərarının tələbləri baxımından hazırkı iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmələr tərəfindən baxılacaq iddia tələblərinin növləri göstərilmiş və iddia tələbinə cavab verməli tərəfin inzibati orqan olmasının zəruriliyi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınının 17-ci bəndində göstərilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.” Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X6 adına verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X13
Məhkəmə qərarları › İş №2-1(118)-26/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-26/2025
30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver