Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2614/2024 01.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ X4 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “onu mənzil uçotuna alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı “onu mənzil uçotuna alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinədair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edən iddiaçının həyat yoldaşı X1 İddiaçı xx.xx.2024-cü ildə vəfat etməsinə dair ölüm haqqında şəhadətnamənin surətini təqdim etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 447662 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçı Qaraciyər çatışmazlığı səbəbindən vəfat etmişdir Məhkəmə hesab edir ki, hazırkı iddia tələbində adıçəkilən şəxs vəfat etdiyindən və eyni zamanda onun hüquqi varisliyini təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iddiaçı vəfat etdiyindən 2-1(118)- 2614/2024 nömrəli işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddiaçı Cavabdehnə qarşı “onu mənzil uçotuna alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X5
Məhkəmə qərarları › İş №2-1(118)-2614/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2614/2024
01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver