Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2619/2022 19.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Qusar rayonu Samur Bələdiyyəsinə qarşı “ona Samur Bələdiyyəsi ərazisindən 0.98 ha torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1977-ci ildə Qusar rayonu, Quxuroba kəndində anadan olmuş və hal-hazırda Qusar rayonu Samur qəsəbəsində qeydiyyatdadır.Samur qəsəbə İnzibati Ərazi Dairəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamağına baxmayaraq ona Aqrar islahatı zamanı pay torpağı ayrılmamışdır. Qusar rayonu Samur qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nürnayəndələyin verdiyi xx.xx.2021-ci il tarixli, 114, 116 və 117 saylı arayışa görə Samur qəsəbə İƏD üzrə nümayəndəliyində torpaq islahatı zamanı adambaşına düşən pay torpaq sahəsi təxminən 0.98 ha olmuşdur. O, 18 may 2022-ci ildə məktubla Samur qəsəbə Bələdiyyəsinə müraciət edərək Samur qəsəbə Bələdiyyəsinin ərazisindən ona 0,98 ha torpaq sahəsinin ayrılmasını xahiş etmiş, müraciətindən 2 aydan artıq vaxt keçsədə Samur qəsəbə Bələdiyyəsi məktubuna cavab verməmiş, xahişini təmin etməmişdir. Hesab edir ki, Qusar rayon Samur qəsəbə Bələdiyyəsinin üzərinə ona Bələdiyyə torpağından 0,98 ha torpaq sahəsi ayrılması öhdəlinin qoyulması barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, “Aqrar islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə kənd təsərrüfatı təyinatlı torpaqların vətəndaşların xüsusi mülkiyyətinə verilməsi məqsədi ilə yerli X1 yaradılmışdı. Bu komissiyalar 1996-cı ildə fəaliyyətə başlamış və 2002-ci ildə Respublika ərazisində kənd təsərrüfatı məqsədli torpaq fondunun xüsusi mülkiyyətə verilməsi prosesinin tam başa çatması ilə fəaliyyəti dayandırılmışdır. O, cümlədən Qusar rayonu Samur qəsəbəsi ərazisində “Oktyabr inqilabı üzümçülük sovxozunun aqrar islahatı komissiyası” fəaliyyət göstərirdi. Sonradan bu məsələnin həlli bələdiyyələr və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilmiş, hazırda isə kənd təsərrüfatı məqsədli uqodiyası əkin olan torpaq sahələri üzrə əməliyyatların aparılması Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aiddir. X3 Komissiyassiyasının fəaliyyəti dövrünə aid sənədlərin Dövlət Arxivinə təhvil verilməsi səbəbindən vətəndaş İddiaçı adının "Oktyabr inqilabı üzümçülük sovxozu ərazisində torpaq islahatı ilə əlaqədar torpaq fondunun pay şəklində xüsusi mülkiyyətə veriləcək subyektlərin siyahısı”na hansı səbəbdən düşməməsi barədə məlumat yoxdur. “Aqrar islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq adambaşına düşən pay torpaq sahəsini veriləcək subyektlərin siyahısına *(a)torpaq islahatı vaxtında həmin sovxozda işləyən fəhlə və qulluqçular; *(b)- 02 avqust 1996-cı il tarixinə həmin ərazidə doğulmuş və qeydiyyatda olan, torpaq payı almaq hüququ olan, həmin sovxozda işləyən fəhlə və qulluqçuların ailə üzvləri; *(c)- həmin sovxozda işləmiş və sovxozdan təqaüdə çıxmış şəxslər aid olmuşdur. Çox güman ki, vətəndaş İddiaçı "Oktyabr inqilabı üzümçülük sovxozu"nda o zaman işləməmiş, yaxud da Samur qəsəbəsi ərazisində passport qeydiyyatında olmamışdır və ya qeydiyyat ünvanından köçüb getmişdir. (iddia ərizəsindən məlum olur ki, xx.xx.1996-ci il tarixinə L.Butayeva ünvan 1i ünvanında passport qeydiyyatında olmuş və hal hazırda da orada qeydiyyatdadır). Belə olan halda məsələ ilə bağlı o ancaq xx.xx.1996-ci il tarixinə passport qeydiyyatında olmuş inzibati ərazi üzrə müraciət edə bilər. Vətəndaş İddiaçı pay torpaq sahəsinin düşməməsi və ərazidə adambaşına düşən pay torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi ilə bağlı Qusar rayonu Samur bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Ərizə xx.xx.2022 -ci ildə qeydiyyata alınmış, ona xx.xx.2022-ci il tarixli 58 saylı cavab məktubu göndərilmişdir. Bundan əlavə olaraq Samur qəsəbə sakini X2 Samur bələdiyyəsinə dəvət olunmuş, bu mövzu ilə bağlı mövcud qanunvericilik aktlarının tələbləri ilə tanış edilmiş, maarifləndirici söhbət edilmişdir. Bu səbəbdən də iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edilmişdir. Cavabdeh təşkilat eyni zamanda iddia tələbinə nümayəndələrinin iştirakı olmadan baxıb, tələbin təmin edilməməsi barəsində qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin etiraz ərizəsi, şəxsiyyət vəsiqəsinin surəti, arayışlar və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun Qusar rayonu Samur qəsəbəsinin sakini olduğu vaxtdan yaranmış olur. Qusar rayonu Samur Bələdiyyəsi iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Bələdiyyə hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının əldə etmək istədiyi olan torpaq sahəsi Qusar rayonu Samur Bələdiyyəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə torpaq sahəsinin ayrılması səlahiyyəti Samur Bələdiyyəsinə aiddir. Belə olduğu tədqirdə Qusar rayonu Samur Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Qusar rayonu Samur Bələdiyyəsi müraciət etmiş və inzibati orqanın iddiaçının müraciətinə rəsmi münasibət bildirməmişdir. Cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının məhkəmədə iddia qaldırmaq hüququ yaranmış olur. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı bələdiyyə ərazisində qeydiyyatda olduğunu əsas gətirərək, Qusar rayonu Samur Bələdiyyəsinin mülkiyyətindən 0.98 ha torpaq sahəsinin ona verilməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh torpaq sahəsinin ona verilməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığını əsas gətirərək iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Həmçinin iddiaçı iddia tələbinin əsası kimi onu da göstərmişdir ki, ona Aqrar islahatı zamanı pay torpağı ayrılmamış, Qusar rayonu Samur qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndələyin verdiyi xx.xx.2022-ci il tarixli, 117 saylı arayışa görə Samur qəsəbə İƏD üzrə nümayəndəliyində torpaq islahatı zamanı adambaşına düşən pay torpaq sahəsi təxminən 0.98 ha olduğundan ona da eyni ölçüdə torpaq sahəsinin ayrılması niyyətindədir. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. ........Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər......Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəalarına əsasən nəzərdən keçirərək ona müraciət edən şəxsə ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Yəni qeyd olunan normaları müqayisə edərkən müəyyən edilir ki, qeyd olunan Qanunun 9.1-ci maddəsi torpaq sahələri ayrılarkən prosedurun ikinci mərhələsinə aiddir. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verməkdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Həmin Qanunun 5.4-cü maddəsinə müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyri-hökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. Bundan başqa o da nəzərə alınmalıdır ki, Qusar rayonu Samur Bələdiyyəsi inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən istər beynalxalq qanunvericiliyin tələbləri baxımından istərsə də Azərbaycan Respublikası Konstitusiyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81, 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Qusar rayonu Samur Bələdiyyəsinə qarşı “ona Samur Bələdiyyəsi ərazisindən 0.98 ha torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2619/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2619/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver